Anons

Bu gün, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Bu gün, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Bu gün, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Bu gün, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Bu gün, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Bu gün, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Bu gün, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Bu gün, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Bu gün, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Bu gün, 10:49- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

Bu gün, 10:08- «AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

Bu gün, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

Dünən, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

Dünən, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

Dünən, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

Dünən, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

Dünən, 18:24- Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

Dünən, 16:48- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

Dünən, 16:18- “Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

Dünən, 15:39- Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

Haqqımızda Əlaqə

Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

Tarix:12-12-2019, 17:44

Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib Dövlət Gömrük Komitəsinin Akademiyasında müasir Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Öncə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademiyanın rəisi Qulu Novruzov dahi rəhbər Heydər Əliyevin həyat və fəaliyyətinin hər bir vətəndaş üçün örnək olduğunu bildirib. Qeyd edib ki, müstəqil Azərbaycanın banisi hər bir azərbaycanlının həyatında dərin iz qoyub. Xalqını dərindən sevən ümummilli lider Heydər Əliyev müstəqilliyimizin qorunması və möhkəmlənməsi, dövlətimizin inkişafı naminə əvəzedilməz işlər görüb.

Heydər Əliyevin zəngin irsindən söhbət açan Akademiyanın rəisi vurğulayıb ki, müdrik dövlət xadiminin istər sovet, istərsə də müstəqillik illərində xalqına, onun gələcəyinə həsr etdiyi ömür, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması istiqamətində atdığı qətiyyətli addımlar bu gün öz bəhrəsini verməkdədir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında Heydər Əliyevin müstəsna xidmətləri danılmazdır.

Qulu Novruzov xalqımızın ümummilli liderinin gənclər siyasətinə xüsusi diqqətinə toxunaraq bildirib ki, Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Hələ sovet dövründə Heydər Əliyev tərəfindən minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərildiyini vurğulayan Akademiyanın rəisi qeyd edib ki, ulu öndər təhsilin xalqın taleyində mühüm rol oynadığını bilirdi və həmin mütəxəssislər Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən təhsilin inkişafına öz töhfələrini verdilər.

Qulu Novruzov ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun, inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Sonra tədbirdə Akademiyanın Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Araz Aslanlı və Hüquqşünaslıq ixtisasının 4-cü kurs tələbəsi Fidan Camalzadənin Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan məruzələri dinlənilib. Çıxışlarda ölkəmizin inkişafında qazanılan bütün nailiyyətlərin Heydər Əliyev siyasətinin bəhrəsi olduğu bildirilib, ulu öndərin tarixdəki müstəsna rolundan bəhs edilib.

Daha sonra tələbələrin ifasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan şeir və mahnılar səsləndirilib.

Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib
Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...