Anons

Bu gün, 13:35- İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Bu gün, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Bu gün, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Bu gün, 10:53- “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR

Bu gün, 10:06- Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:14- AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər

Dünən, 19:11- “Bunun sonu faciə olacaq” - Prezident

Dünən, 16:37- Bu televiziyaya rəhbər gətirildi - FOTO

Dünən, 16:01- Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT

Dünən, 15:23- Kəlbəcərdə yük maşını aşıb - ölən var

Dünən, 14:45- “Titanik”in aktyoru vəfat etdi

Dünən, 12:44- Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır - BU NƏDİ BELƏ?!

Dünən, 12:06- Tələbə ağır qəzada öldü, dostları yaralandı - Foto

Dünən, 11:18- “Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... - TƏFƏRRÜAT

Dünən, 10:52- "Bütün sosial şəbəkələrdə sizi biabr edəcəm..." - ETİRAZ VAR...

Dünən, 10:48- Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib

Dünən, 10:12- Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir - FOTOFAKT

Dünən, 09:21- Parklarda fəaliyyət göstərən səyyar kababxanalar hansı məmurlarındır? - BU NƏDİ BELƏ?!

30-04-2024, 19:55- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat

30-04-2024, 19:32- `Pomidor oliqarxı`nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Haqqımızda Əlaqə

Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirildi

Tarix:6-12-2019, 16:32

Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirildi Dekabrın 5-də “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 3 minə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb. Forum çərçivəsində ölkədə fəaliyyət göstərən bütün könüllü hərəkatlarının və gənclər təşkilatlarının sərgisi də təşkil olunub.

Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat Agentləri” könüllüləri proqramda fəal iştirak ediblər. Əvvəlcə Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edən “Nəqliyyat Agentləri” könüllüləri, daha sonra forum çərçivəsində təşkil olunan sərgidə iştirak edərək Bakı Nəqliyyat Agentliyini təmsil ediblər. Agentliyin təşkil etdiyi könüllülük fəaliyyəti ilə bağlı stendə yaxınlaşan gənclər məlumatlandırılıb, onlara maarifləndirici materiallar və hədiyyələr təqdim edilib. Daha sonra könüllülərimiz forumda iştirak ediblər. İl ərzində fəallıq nümayiş etdirən könüllülərin mükafatlandırılması mərasimində Bakı Nəqliyyat Agentliyinin könüllüsü də diplom və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Forum könüllülər təşkilatları və hərəkatlarının təmsilçilərinin “TEDx” formatında çıxışları və beynəlxalq müsabiqələrdə nailiyyətlər əldə edən istedadlı gənclərin təqdimatında musiqi nömrələri ilə davam etdirilib. Sonda rəsmi qonaqlar və könüllü təşkilatlarının təmsilçiləri birgə xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, "Nəqliyyat Agentləri" könüllülük proqramına 60 könüllü qatılıb və proqramı uğurla bitirən 35 nəfər könüllü Bakı Nəqliyyat Agentliyi tərəfindən sertifikatla təltif edilib. Proqramı müvəffəqiyyətlə bitirən könüllülərdən 7 nəfər Bakı Nəqliyyat Agentliyində işlə təmin edilib. Həmçinin, yeni istifadəyə verilən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində "Nəqliyyat Agentləri" könüllülərindən 24 nəfəri sərnişinlərə pik saatlarda növbəli rejimdə xidmət göstərir.

Məhz Azərbaycan Prezidentinin bu sahəyə yüksək diqqət və qayğısı və fəal dəstəyi könüllülüyün bugünkü yüksək inkişaf səviyyəsinə çatmasını təmin etməklə yanaşı, gənclər üçün yeni fürsətlər yaradıb. Könüllülərin səyi nəticəsində hər gün minlərlə insan maarifləndirilir və onlara könüllü xidmət göstərilir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...