Anons

Dünən, 19:36- Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ... - İLGİNC

4-05-2024, 16:49- Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

4-05-2024, 15:15- Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı -VİDEO

4-05-2024, 14:14- Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...

4-05-2024, 13:38- Əli Əsədov Türkiyəyə səfər edəcək

4-05-2024, 11:55- "Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..." - Jurnalist həbsdən MÜRACİƏT YAYDI

4-05-2024, 10:57- Cahangir Əsgərovun kürəkəni ABŞ-da "Qazelli" adında villasını turistlərə kirayə verir

4-05-2024, 00:34- Bakıda "Dəmir yumuruq" birinciliyi keçirildi

3-05-2024, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

3-05-2024, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

3-05-2024, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

3-05-2024, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

3-05-2024, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

3-05-2024, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

3-05-2024, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

3-05-2024, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

3-05-2024, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

3-05-2024, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

3-05-2024, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

3-05-2024, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

Haqqımızda Əlaqə

Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə”lər seçilib

Tarix:5-12-2019, 10:39

Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə”lər seçilib Dekabrın 4-də Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” layihəsində iştirak etmək üçün müraciət edən tələbələrin seçim prosesi başa çatıb. Oktyabrın 26-dan noyabrın 26-dək “Bir günlük xəlifə” layihəsində iştirak etmək üçün 37 rəhbər vəzifə üzrə 215 tələbə müraciət edib. 3-4 dekabr 2-ci mərhələ seçkiləri 37 vəzifə üzrə 97 namizəd iştirak edib.

Rektor vəzifəsi üçün seçilmiş 8 nəfərin namizəddən Gülmalı Məmmədov 98 səslə qalib gəlib. Rektor seçkilərində 235 nəfər seçici qismində iştirak edib. 2 gün ərzində 650 nəfər seçici seçkilərə qatılıb. Tələbələr universitetin rektoru, prorektorlar, fakültə dekanları da daxil olmaqla 37 rəhbər vəzifəni icra edəcəklər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “kölgə kabineti”ni formalaşdırır ki, bu kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir.

Əsasını Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Xalq yazıçısı Kamal Abdullanın qoyduğu “Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Yəni bir günlük rektor, prorektor, dekan, mərkəz müdiri, mətbuat katibi, müəllim, həmkarlar təşkilatının sədri tələbə, magistr və doktorantlar olurlar. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və sair işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər.

Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Rektor Kamal Abdullanın qərarı ilə “Bir günlük xəlifə” tələbə özünüidarəetmə günündə saat 8:30-dan 20:00-dək müvafiq vəzifələri tutan tələbə, magistr və doktorantlar icra etdikləri vəzifənin maaşını da alırlar.

Bu layihə ilə tələbələr bəlkə də illər sonrakı arzularını həmin tarixdə bir günlük də olsa gerçəkləşdirmə şansı qazanırlar.

Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə”lər seçilib
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...