Anons

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Dünən, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Dünən, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Dünən, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

27-03-2024, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

Haqqımızda Əlaqə

ABŞ-da keçirilən beynəlxalq festivalda Azərbaycanın mina problemi müzakirə olunub

Tarix:5-12-2022, 17:06

ABŞ-da keçirilən beynəlxalq festivalda Azərbaycanın mina problemi müzakirə olunub
2022-ci il 2-3 dekabr tarixlərində ABŞ-ın Napa Vadisində dünyanın aparıcı təşkilatlarından olan “Sülhün Kökləri” tərəfindən “Sülh üçün çağırış festivalı” (The Festival of the Bells for Peace) keçirilib. Tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq əlaqələr, maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti, ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev Azərbaycanı təmsil edərək panel müzakirələrdə iştirak ediblər.

ANAMA-dan Trend-ə bildirilib ki, “Sülh üçün çağırış festivalı” təhlükəli ərazilərin minalardan təmizlənməsi və müharibənin təsirinə məruz qalmış bölgələrin yenidənqurulması və bərpası üçün yardım vəsaitinin toplanmasına həsr olunan beynəlxalq tədbirdir.

Açılış nitqi ilə çıxış edən “Sülhün Kökləri” humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kuhn dünyanın 30 ölkəsində 30 milyondan çox minanın basdırıldığını və bunun insanların təhlükəsiz yaşam şəraitinə ciddi şəkildə təsir göstərdiyini vurğulayıb. Həmçinin, Azərbaycan ərazilərinin kütləvi şəkildə minalanmasına toxunub. Bildirib ki, cari ilin mart ayında BAMF-ın dəvəti və ANAMA-nın dəstəyi ilə ölkəmizə səfər çərçivəsində işğaldan azad olunmuş ərazilərə baş çəkib, minalarla yüksək səviyyədə çirklənməni öz gözləri ilə görüb və beynəlxalq ictimayyyətə bu sahədə dəstək verməyə çağırış edib.

Birinci panel müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərin minalarla çirklənmə səviyyəsinə görə dünyada ilk üçlükdə yer aldığını və hazırki hesablamalara görə işğaldan azad edilmiş ərazilərdə 1,5 milyondan çox minanın basdırıldığını qeyd edib. Mövcud mina probleminin icra edilən bərpa və yenidənqurma işlərinə, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışına ciddi maneə olduğunu, eləcə də regionda sabitlik və davamlı sülhün təmini sahəsində beynəlxalq resursların cəlb olunmasının əhəmiyyətini vurğulayıb. Həmçinin, mina qurbanlarının sayı və Agentlik tərəfindən mina təhlükəsi ilə mübarizə istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumat verib.

“Sülh üçün Minalardan Üzümlüklərə qlobal çağırış” adlı festivalda Azərbaycan nümayəndə heyəti tərəfindən Qarabağda “Minalardan Üzümlüklərə” layihəsinin icrasına başlanılması ilə bağlı qlobal çağırış edilib.

Qeyd edək ki, “Sülhün Kökləri” humanitar təşkilatı tərəfindən müharibə zonalarında sülh toxumları səpmək məqsədilə başladılan “Mines to Vines” ideyası bu gün dünyanın müxtəlif ölkələrində uğurla həyata keçirilir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...