Anons

Bu gün, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Bu gün, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Bu gün, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Bu gün, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Bu gün, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Bu gün, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Bu gün, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Bu gün, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Bu gün, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Dünən, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünən, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Dünən, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Dünən, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Dünən, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Dünən, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Haqqımızda Əlaqə

Ulu Öndərin zəngin irsi hər bir azərbaycanlı üçün həyat məktəbidir.

Tarix:4-10-2022, 12:02

Ulu Öndərin zəngin irsi hər bir azərbaycanlı üçün həyat məktəbidir.
Azərbaycan dövlətçiliyi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini imperiyanın ilhaqında olanda da, müstəqillik dövründə də, ümumiyyətlə, ən çətin məqamlarda da yaşada bilib, məhv olmağa qoymayıb.
Azərbaycanda hakimiyyət boşluğu gənc müstəqil dövləti çətin vəziyyətə salmışdı. Səriştəsizlik, ambisiyalar, separatçılıq ciddi milli qarşıdurmalar yaratmışdı. Azərbaycan dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Onda xalq ciddi təkidlərlə Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi.
Xilaskarlıq missiyasını Azərbaycan naminə öz üzərinə götürən Heydər Əliyev respublikada yaranmış milli qarşıdurmanı aradan qaldırmalı idi. Bu, son dərəcə riskli idi. Böyük tarixi şəxsiyyət bu riski azərbaycançılıq naminə, Azərbaycan dövlətçiliyi naminə böyük siyasi uzaqgörənliklə başa çatdırdı, Gəncədə mövcud vəziyyətin təzahürlərinin genişlənməsinə, ümumiyyətlə, baş verməməsinə nail oldu, təhlükələr sovuşdu, respublikada yaranmış siyasi böhran aradan qaldırıldı.
1993-cü il oktyabrın 3-də prezident seçkiləri keçirildi. Xalq böyük səs çoxluğu ilə böyük tarixi şəxsiyyət Heydər Əliyevi prezident seçdi. Bu seçim Azərbaycanın sabahlarını ehtimal olunan təhlükələrdən xilas etdi, ölkədə iqtisadi inkişaf, tərəqqi üçün böyük imkanlar yarandı, qlobal enerji-kommunikasiya layihələrinin reallaşdırılması istiqamətində istər siyasi, istər də iqtisadi stimul yaradıldı.
Ulu öndər Heydər Əliyev 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra müstəqil Azərbaycanın hüquqi, siyasi və iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli Lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin işlər apardı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişini təmin edən ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik yaradıldı. Separatçı qüvvələr Azərbaycanda dövlət çevrilişi törətmək istəyirdi. Bu çevriliş bəlkə də Azərbaycan dövlətçiliyinin sonu ola bilərdi. Ulu Öndər bu çevrilişin qarşısını müdrikliklə aldı, Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən qurtardı. Bu, respublikada müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə imkan verdi.
1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan müstəqil həyat yaşayır. Dövlətçiliyimizin tarixi əsasları möhkəmlənib, dünyəvi dövlətçiliyin əsasları qoyulub, konstitusiyamız qəbul olunub, milli ideologiyamız formalaşıb. Təsadüfi deyil ki, Ulu Öndərin əsasını qoyduğu azərbaycançılıq məfkurəsi dövlətçiliyin möhkəmləndirilməsində başlıca ideoloji sipərdir.

Sevil Yusifova
YAP Nəsimi rayon Ərazi partiya təşkilatının sədriскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...