Anons

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Dünən, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Dünən, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Dünən, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

27-03-2024, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

27-03-2024, 20:40- Ramazanın 18-ci gününün DUASI

27-03-2024, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Haqqımızda Əlaqə

UNESCO-da erməni təxribatının qarşısı alındı

Tarix:8-07-2022, 10:47

UNESCO-da erməni təxribatının qarşısı alındı
Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının 9-cu sessiyası başa çatıb.

Azərbaycan sessiyada Mədəniyyət Nazirliyinin nümayəndəsi, eləcə də UNESCO yanında daimi nümayəndəliyimizin diplomatları ilə təmsil olunub.

Baş Assambleyanın son sessiyasında həmişə olduğu kimi Ermənistan nümayəndəliyi UNESCO platformasını yenidən təxribatçı və əsassız iddiaları üçün istifadə etməyə, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd etsə də, onun qarşısı alınıb və yalanları ifşa edilib.

Ermənistan nümayəndəsinin cəfəng fikirlərinə cavab olaraq, Azərbaycan nümayəndəsi bildirib ki, məhz Ermənistan 30 il ərzində ölkəmizin ərazilərinin 20 faizini işğal altında saxlayıb, bu illər ərzində həmin ərazidə yerləşən bütün mədəni və dini abidələri məqsədyönlü şəkildə dağıdıb, beynəlxalq hüququn bütün norma və prinsiplərini, eləcə də UNESCO-nun əsas Konvensiyalarını kobud şəkildə pozub.

Azərbaycan nümayəndəsi torpaqlarımızın Ermənistan tərəfindən işğalı dövründə minlərlə mədəni-dini irs nümunələrimizin tamamilə dağıdıldığını, nəticədə 1 milyona yaxın azərbaycanlı qaçqın və keçmiş məcburi köçkünün öz qeyri-maddi mədəni irs hüquqlarından məhrum olduğunu sessiya iştirakçılarının diqqətinə çatdırıb. Vurğulanıb ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tarixi, mədəni irsə dini və etnik zəmində ayrı-seçkilik etmir, ərazisində yaşayan bütün insanların tam bərabər hüququnu tanıyır. Ermənistan ərazisində yerləşən Azərbaycan xalqına məxsus mədəni irs dağıdılıb və bu vandallıq aktlarının əsas məqsədi də xalqımızın əsrlər boyu həmin torpaqlarda yaşaması ilə bağlı izləri silmək olub.

Bildirilib ki, Azərbaycan öz ərazilərini işğaldan azad etməklə münaqişə başa çatıb və ölkəmiz işğaldan azad olunmuş ərazilərin bərpasına başlayıb. Ermənistana isə beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə, nifrət, düşmənçilik və ərazi iddialarından əl çəkmək, ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət nümayiş etdirməklə, regionda yaranmış yeni reallıqları qəbul etmək tövsiyə edilib.

UNESCO texniki missiyasının səfərinin məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən baş tutmadığı sessiya iştirakçılarının diqqətinə çatdırılıb və qurumun 2005-ci il hesabatında da Ermənistanın UNESCO missiyasının həyata keçirilməsinə maneə törətdiyi qeyd olunub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...