Anons

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Dünən, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Dünən, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Dünən, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

27-03-2024, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

27-03-2024, 20:40- Ramazanın 18-ci gününün DUASI

27-03-2024, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Haqqımızda Əlaqə

Tarix Azərbaycana həmişə minnətdar olacaq

Tarix:7-05-2022, 15:00

Tarix Azərbaycana həmişə minnətdar olacaq Böyük Vətən müharibəsində qələbədən 77 il keçir. Nə o ağır illərin mənəvi, hərbi, sosial sıxıntıları yaddan çıxır, nə döyüşdə itkin düşənlər, həlak olanlar, nə də döyüşlərdən dönənlər. Ötən əsrin sonlarında Azərbaycanın efir məkanında səslənən “O illər dönməsin bir də geriyə” mahnısı sülhə çağırış idi. Ermənistan bu çağırışa ermənilik səbəbindən əməl et­mə­di...

Böyük Vətən mühribəsi başlayanda müttəfiq respublika olaraq Azərbaycan, xalq olaraq azərbaycanlılar müsəlləh əsgər idi. Minlərlə gənc döyüşlərə getmək üçün hərbi komissarlıqlara müarciət edirdi. Azərbaycandan 40 min gənc müharibəyə könüllü getdi. Şair İsa İsmayılza­də­nin Böyük Vətən müharibəsindən yazdığı poemasında “Güllələr demədi qayıdın geri, Hələ uşaqsınız, nə yaşınız var”misraları o illərdə Azərbaycanda yaşanılan gerçəkliklərin ifadəsidir.

Böyük Vətən müharibəsində təkcə kişilər deyil, qadınlar da iştirak etdi, müharibədə Azər­bay­candan 11 min qadın səfərbərliyə alındı.

Müharibənin gedişində azərbaycanlılardan ibarət 77-ci, 223-cü, 227-ci, 242-ci, 271-ci, 392-ci, 394-cü, 396-cı, 402-ci, 414-cü və 416-cı milli diviziyalar formalaşdırıldı. Bu, böyük hərbi qüvvə idi. Bu diviziyaların əksəriyyəti Berlinə kimi döyüş yolu keçdi...

Böyük Vətən müharibəsində Azərbaycandan 600 mindən çox döyüşçü iştirak edib, təxmi­nən yarısı döyüşlərdə həlak olub.

Müharibə illərində Azərbaycan qələbə üçün nələr etmədi? Yaşlılar da, hələ sümüyü bərki­mə­miş uşaqlar da, döyüşlərdən yaralı qayıdanlar da tarlalarda, fabrik-zavodlarda işləyirdi, cəbhəyə daha çox kömək etmək üçün gecələri də gündüz bilirdi...

Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri oldu. İşçi qüv­vəsi, peşəkar neftçi az olsa da döyüşən orduya nəzərdə tutulduğundan min tonlarla çox benzin gön­də­rilirdi. Böyük çə­tin­liklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və səna­ye­mizi yanacaqla təmin ediblər. Böyük Vətən mharibəsində akademik Yusif Məmmə­də­liyevin elmi təfəkkürü ilə ərsəyə gələn yüksək oktanlı benzin qələbə qaznılmasında misilsiz vasitə oldu. Aviasiya ben­zini almaq üçün yaradılan yeni texnologiya ilə alınan benzin ön cəb­hə­­lərdə döyüşlərdə qələbələr qazanmağa kömək edirdi.

Böyük Vətən müharibəsində 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verildi ki, burada istehsal olunan 300-dən artıq mühüm ixtira işləndi və istehsalata tətbiq edildi. Bu, 100 növ kimya məhsulunun, o cümlədən 36 növ sürtkü yağının, 26 növ yandırıcı və partla­yı­cı vasitənin, 9 adda aviasiya benzininin, 8 adda dizel yanacağının kütləvi istehsalının baş­lan­ğı­cı oldu. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olundu ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4 faizini təşkil edirdi.

Müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin, digər neft məhsulları verdilər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. Böyük Vətən müharibəsində döyüşən ordunun sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycandan göndərilirdi.

O illərdə Azərbaycan neftçilərinin əməyinə, fədakarlığına yüksək rütbəli hərbçilər də­yər verirdi. Sovet İttifaqı Marşalı Georgi Jukov deyirdi: “Bakı neftçiləri Vətənimizin müda­fiə­sinə, onun düşmən üzərində Qələbəsinə nə qədər lazımdırsa, o qədər də yanacaq verirdi”. Sovet İttifaqı Marşalı Konstantin Rokosovski Bakı neftçilərinə minnətdarlığını belə ifadə edirdi: “Qorxmaz şahinlərin hər bir döyüş zərbəsində, sovet tankçılarının hər bir reydində, alman faşist qüvvələri üzərindəki hər bir qələbədə heç də az olmayan uğur payı Bakı neftçilərinə məxsusdur”. Sovet İttifaqı Marşalı F.İ.Tolbuxin də səmimiyyətlə deyirdi: “Qızıl Ordu qazan­dığı çoxlu qələbələrinə, hücum edən hissələrə vaxtlı-vaxtında keyfiyyətli yanacaq göndərdi­yi­nə görə Azərbaycan xalqı və cəsur Bakı neftçiləri qarşısında borcludur. Stalinqrad ətrafında, Donda, Donbasda, Dneprin, Dnestrin sahillərində, Belqradda, Budapeştdə, Vyanada Azərbay­can neftçilərini minnətdarlıqla xatırlayan bizim cəbhənin döyüşçüləri neft Bakısının cəsur zəhmətkeşlərini salamlayırlar”. Bu fikirlər Bakıya Qəhrəman şəhər adı verilməsi üçün ən eti­bar­lı zəmanət idi. Ancaq Bakı şəhərinə bu ad verilmədi...

1941-ci ildə Azərbaycanda 66 hərbi hospital yaradıldı. Bu hospitallar döyüşlərdən təx­liy­yə edilən yaralıların müalicəsinə xidmət edirdi, yəni Azərbaycan cəmiyyəti səhiyyə sahəsində də müharibəyə səfərbər edilmişdi.

Müharibə qan-qadadı, yaralanmadı, həlak olmadı. Yaralı qan itirir. Ona vaxtında qan vu­rulmasa, həyatını itirər. Ona görə də İttifaq miqyasında donor hərəkatı Azərbaycanda da ge­niş­lənmişdi. Böyük Vətən müharibəsində yaralı döyüşçülər üçün 149.170 vətəndaş qan ver­miş­di, cəbhəyə 41 609 litr qan gön­də­rilmişdi, 7.229 litr qan əvəzləyici preparatlar hazırlan­mış­dı. Bunlar qələbənin tezləşməsi üçün Azərbaycan cəmiyyətinin vətəndaşlıq xidməti idi.

1942-ci ilin yanvarında tibb elmləri doktoru, professor Əziz Əliyevin sədrliyi ilə “Ya­ra­lı Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi” yaradıldı. Bu, ön cəbhə ilə arxa cəbhə arasın­da mənəvi birliyin təzahürü idi. Azərbaycan xalqı 1941-1943-cü illərdə müdafiə fondu üçün 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 311 milyon manat pul toplamış, cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya və 125 vaqon isti paltar göndərmişdi. “Tütək səsi” bədii filmi bu hərəkatın ekran ifadəsidir.

Azərbaycanlı hərbçilər mühahribədə böyük şücaət göstərirdilər. Qafur Məmmədov, Hüseynbala Əliyev, İsrafil Məmmədov, Həzi Aslanov, Züleyxa Seyidməmmədova, daha neçə-neçə qəhrəman həm öz adına, həm də Azərbaycanın adına şöhrət gətirmişdi.

Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər.

Mixaylo kimi tanınan cəsur partizan Mehdi Hüseynzadə Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi. O, Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat-təxribatçı qrupuna rəhbərlik edirdi, fərdi şücaəti sayəsində yüzlərlə faşist zabitini məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. Ukrayna, Polşa və İtaliyada hərbi əsir düşərgə­lə­rində olan sovet əsirlərinin qaçmasına köməklik etmişdi. 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə həlak olmuşdu. 1957-ci ildə ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi.

Azərbaycanlılar Krımda, Ukraynada, Belarusda, Şimali Qafqazda, Baltikyanı ölkələr­də, Polşada, Çexiyada, Macarıstanda, Yuqoslaviyada, İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşmuşdular. İsmayıl Əliyev Smolensk vilayətində fəaliyyət göstərən partizan briqadasının qərargah rəisi, Məmməd Əliyev Krımda partizan dəstəsinin rəhbəri, Ələkbər Əliyev Belarusda “Dyadya Kolya” partizan birləşməsinin qərargah rəisi olmuşdu. Ukraynada partizan dəstələrindən biri 400 azərbaycanlıdan ibarət idi. 1942-ci ildə Polşada faşist hərbi əsir düşərgəsində Hadi Qiyasbəyovun və Mirzəxan Məmmə­do­vun başçılığı ilə gizli antifaşist təşkilatı yaranmışdı.

Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fran­sada müqavimət hərəkatında iştirak etmişdilər. Onlardan Fransa müqavimət hərəkatında Əhmədiyyə Cəbrayılov qəhrəmanlıqla vuruşmuşdu. O, “Armed Mişel” (Xarqo) adı ilə müqa­vi­mət hərəkatında fəal iştirakına görə Fransanın 5 ordeni və yüksək fəxri adı - “Fransanın Milli Qəhrəmanı”, şəxsi igidliyinə görə paradda əsgərə generaldan qabaqda getmək hüququ verən hərbi medalı ilə də təltif olunmuşdu.

Böyük tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev Böyük Vətən müharibəsində Azər­bay­canın iştirakını həmişə qürurla xatırladırdı. Bu xatırlatma həlak olanların ruhuna ehtiram, döyüşlərdən dönənlərə sayğı idi. Ulu Öndər 1995-ci ildə Qələbənin 50 illiyinə həsr edilən təntənəli tədbirdə demişdi: “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi”.

Böyük Vətən müharibəsində qazanılan qələbəyə görə döyüşlərdən dönənlərə böyük eh­tiram göstərən böyük tarixi şəxsiyyət Heydər Əliyev müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirərək deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur”.

Ulu Öndərin siyasi kursunu bu istiqamətdə də sədaqətlə davam etdirən Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyev Böyük Vətən müha­ri­bəsi iştirakçılarının – veteranların qayğılarına həssaslıqla yanaşır. Azərbaycan Prezidentinin 2022-ci il 19 aprel tarixli Sərəncamı ilə Böyük Vətən müharibə­sində iştirak etmiş şəxslərə 1500 manat məblə­ğin­də, bu döyüşlərdə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, Böyük Vətən mü­ha­ribəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliy­yat zonaları daxilində ordunun tapşırıqlarını yerinə yetirmiş xüsusi birləşmələrin işçi­lə­rinə, Böyük Vətən müharibəsində Leninqrad şəhə­ri­nin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Lenin­qra­dın mühasirədə olduğu vaxt şəhərin müda­fiə­sində iştirak edənlərə 750 manat məbləğində birdəfəlik maddi yardım verilib.

Azərbaycan Respubliksının Prezidenti cənab İlham Əliyev Böyük Vətən müharibəsi haq­qın­da deyib: “Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk” .

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiyanın nüfuzlu “Nat­sio­nalnaya oborona” jurnalına müsahibəsində veteranlara böyük ehtiramı olduğunu bildirdi, onların cəmiyyətin mənəvi dayaqları olduğunu vurğulayır, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük qüvvə olduğunu dedi: “Biz öz veteranlarımızı qorumalıyıq. Təəssüf ki, onların sayı ilbəil azalır. Adətən mayın 9-da mən həmişə veteranlarla görüşürəm, biz söhbət edirik, həlak olanların xatirəsini ehtiramla yad edirik, onların məzarları üzərinə gül-çiçək, əklillər qoyuruq. Hər dəfə onlarla ünsiyyətdə olanda, sanki enerji alırsan. Özü də onların çoxunun yaşı 90-ı keçib, hətta 100-ü haqlayanlar da var. Lakin əvvələn, fiziki baxımdan onlar möhkəm olduqlarını nümayiş etdirirlər. Ən başlıcası, onların mənəvi ruhu, nikbinliyi və həyatsevərliyi, əlbəttə, bizi heyrətləndirir, təəccübləndirir və biz onlarla yalnız fəxr edə bi­lə­rik”.

Böyük azərbaycan şairi Səməd Vurğun deyirdi:

Yazılsın tarixə bir qızıl xətlə

45-ci ilin 9 May günü...

9 May gününün tarixə qızıl hərflərlə yazılmasında Azərbaycanın misilsiz xidmətləri olub. Tarix bu xidmətlərə görə Azərbaycana əbədiyyən minnətdar olacaq...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...