Anons

Bu gün, 19:05- Ceyranbatan su kanalında 1 nəfər batıb

Bu gün, 18:02- KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Bu gün, 17:09- "Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

Bu gün, 16:11- "Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

Bu gün, 14:58- Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Bu gün, 12:03- Nə oldu, Makron? - AKTUAL

Bu gün, 10:54- 271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:47- Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Haqqımızda Əlaqə

Ermənistanın yeganə çıxış yolu bölgənin bütün reallıqlarını qəbul etməkdir - ŞƏRH

Tarix:2-05-2022, 18:22

Ermənistanın yeganə çıxış yolu bölgənin bütün reallıqlarını qəbul etməkdir - ŞƏRH ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransın son illərin akademik xarakter daşıyan ən mühüm siyasi intellektual hadisəsi kimi hələ uzun müddət dünyanın aparıcı beyin mərkəzlərinin, analitik resursların tədqiqat predmetinə çevriləcəyinə şübhə etmirəm. İlk növbədə dövlətimizin başçısının Azərbaycan-Ermənistan münasibətlərinin və bütövlükdə Cənubi Qafqazın gələcəyi ilə bağlı fikirlərinə diqqət çəkmək istəyirəm.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib. O bildirib ki, burada önəmli olan məqam, ayrı-ayrılıqda həm Azərbaycan, həm Ermənistan, həm Cənubi Qafqaz, həm də, bütövlükdə dünyadakı reallıqlara ayrı-ayrılıqda və vahid bir prosesin tərkib hissəsi kimi yanaşılması, müharibə gündəliyinin həmişəlik olaraq sülh gündəliyi ilə əvəzlənməsi üçün həyata keçirilməsi zəruri olan tədbirlərin ardıcılıqla sıralanmasıdır.

“Bu xüsusda ölkəmiz öz qarşısına həlli mümkün olmayan hədəflər qoymur, fantastik ideyalarla çıxış etmir, real və mümkün olanı təşviq edir. Məsələn, Prezident İlham Əliyev İsveçdə fəaliyyət göstərən Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru (İsveç) Svante Kornelin regional təsisatların, o cümlədən Regional İnkişaf Fondunun yaradılması ilə bağlı fikirlərinə münasibətdə, bu prosesin irəli aparılması üçün vacib olan məqamlara toxundu və Azərbaycanın, əslində bütün bu istiqamətlərdə çoxsaylı və çoxgedişli kombinasiyalara sahib olduğunu dolayısıyla diqqətə çatdırdı.

Sitat: “Təsisatların qurulması, fikrimcə, müxtəlif istiqamətlərdə getməlidir. Əvvəlcə, biz siyasi çərçivədən başlamalıyıq. Ən vacibi isə Ermənistanın hansı nöqtəyə qədər irəli gedə biləcəyindən ibarətdir”.

Bəli, indi ən müxtəlif ideyalarla çıxış etmək olar, amma bu ideyaların həyata keçirilməsi üçün ilk növbədə siyasi çərçivə və bu çərçivə daxilində əməkdaşlığın perspektivlərini irəliyə doğru apara bilən potensial imkanlar olmalıdır. Ermənistan hansı nöqtəyə qədər irəliləyə bilər? Rəsmi İrəvanın Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü təklifləri qəbul etdiyini açıqlamasına baxmayaraq, hələ də bir çox sualların cavabı tapılmayıb.

Bu sualların cavabı da Ermənistan tərəfindən verilməlidir. Əks təqdirdə dayanıqlı sülhə nail olmaq mümkün deyil. Siyasi çərçivə, ilk növbədə Ermənistan hakimiyyətinin siyasi iradəsinin və qarşılıqlı münasibətlərin perspektivi ilə bağlı ata biləcəyi addımların sərhədlərini nişan verməlidir. Məhz bu siyasi çərçivənin ayrı-ayrı elementləri müstəvisində də yeni təsisatların yaradılması mümkündür. Siyasi çərçivə, iradə və sülhə, təhlükəsizliyə təminat olmadan yaradılan istənilən təsisatın fəaliyyəti forma xarakter daşıyacaq”, - deyə E.Mirzəbəyli vurğulayıb.

O qeyd edib ki, reallıq ondan ibarətdir ki, Ermənistan cəmiyyətinin uzun illər boyu Azərbaycan torpaqlarının işğalı və onun legitimləşdirilməsi üzərində qurulan ideoloji təməlləri sıradan çıxıb və tarixi yalanların, miflərin, fantastik ideyaların yerində kütləvi depressiyanı, xaotik çırpıntıları stimullaşdıran nəhəng bir boşluq yaranıb.

“Yeni və real hədəflər yoxdur. Yeni və real hədəflərin meydana gəlməsi üçün isə əsasız iddialardan əl çəkib gələcəyə hədəflənmək lazımdır. Əslində, Azərbaycan bütün bölgə üçün yeni və real hədəflərin nədən ibarət ola biləcəyini öz təcrübəsi ilə uzun illərdir ki, nişan verməkdədir. Bütün problemlərin həlli yolu güclü iqtisadi, siyasi təmələ, xalqın iradəsinə söykənən real müstəqillikdən keçir. Öz daxili və xarici siyasətinin konturlarını müəyyənləşdirə, müstəqil siyasət yürüdə bilməyən dövlətin milli hədəfləri isə ola bilməz. Bunu tarix dəfələrlə sübuta yetirib.

İndiki şəraitdə Ermənistanın yeganə çıxış yolu bölgənin bütün reallıqlarını, o cümlədən tarixi, siyasi, iqtisadi, demoqrafik və digər bu kimi mühüm amilləri nəzərə almaqla qonşularına münasibətdə müstəqil, davamlı sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən siyasət yürütməsidir.

Azərbaycan Prezidentinin regionun inkişafı, xalqların sülh və təhlükəsizlik şəraitində yaşaması, qarşılıqlı faydalı əməkdaşlığın dövlətlərarası münasibətlərin ali məqsədinə çevrilməsi üçün təqdim etdiyi “Yol xəritəsi”nin alternativi isə yoxdur. Bunu geridə qalan 30 illik zaman kəsiyi də təsdiqləyir”, - deyə o əlavə edib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...