Anons

Bu gün, 10:40- Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

Bu gün, 09:55- ""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." - NARAZILIQ VAR...

Dünən, 19:36- Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ... - İLGİNC

4-05-2024, 16:49- Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

4-05-2024, 15:15- Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı -VİDEO

4-05-2024, 14:14- Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...

4-05-2024, 13:38- Əli Əsədov Türkiyəyə səfər edəcək

4-05-2024, 11:55- "Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..." - Jurnalist həbsdən MÜRACİƏT YAYDI

4-05-2024, 10:57- Cahangir Əsgərovun kürəkəni ABŞ-da "Qazelli" adında villasını turistlərə kirayə verir

4-05-2024, 00:34- Bakıda "Dəmir yumuruq" birinciliyi keçirildi

3-05-2024, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

3-05-2024, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

3-05-2024, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

3-05-2024, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

3-05-2024, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

3-05-2024, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

3-05-2024, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

3-05-2024, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

3-05-2024, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

3-05-2024, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Haqqımızda Əlaqə

NATO qarşıdakı dövrdə Azərbaycanla geniş praktiki əməkdaşlığı davam etdirməyə ümid edir

Tarix:18-01-2022, 10:44

NATO qarşıdakı dövrdə Azərbaycanla geniş praktiki əməkdaşlığı davam etdirməyə ümid edir
NATO qarşıdakı dövrdə Azərbaycanla yüksək səviyyəli siyasi dialoqun və geniş praktiki əməkdaşlığın davam etdirilməsinə ümid edir.

Bu barədə Trend-ə NATO-dan bildirilib.

"NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina yaxınlardan regiona etdiyi səfəri zamanı Azərbaycanın bir sıra rəsmiləri ilə görüşüb. Görüşlər zamanı NATO ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri, o cümlədən "Planlaşdırma və Təhlil Prosesi" proqramı çərçivəsində Azərbaycan hakimiyyəti ilə əməkdaşlığın bərpası məsələlərinə baxılıb", - deyə təşkilatdan bildiriblər.

Cənubi Qafqazdakı vəziyyətə gəlincə, NATO-dan qeyd ediblər ki, Alyans Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üzrə addımları görməyə ümid edir.

"Ermənistan və Azərbaycan NATO-nun dəyərli tərəfdaşlarıdır. Biz tərəfləri zorakılığın bərpasına səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırırıq. Həll olunmayan məsələlər diplomatiya yolu ilə həll edilməlidir. Biz Minsk Qrupu prosesi çərçivəsində və xaricində dialoqu alqışlayırıq və iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə addımların atılmasını görməyə ümid edirik", - deyə təşkilatdan bildiriblər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...