Anons

Dünən, 21:03- “Xarı bülbülü”ü Xarı bülbül də alqışladı.

11-05-2021, 16:02- Radioloq Hürü Rəhimova: "Ürək qüsurlu uşaqlara cərrahi müdaxilə etmək çətin olur"

11-05-2021, 11:32- Dermatoveneroloq Aynur Bədəvi: "İşdənkənar çox mülayim biriyəm"

8-05-2021, 11:12- Azərbaycan taekvondoçusu Tokio-2020-yə lisenziya qazandı

7-05-2021, 17:09- Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

7-05-2021, 16:45- Xalq şairi Musa Yaqub vəfat edib

7-05-2021, 16:18- Azərbaycanda rəqəmsal ödənişlər genişləndiriləcək

7-05-2021, 15:51- Azərbaycanda bayram namazının vaxtı açıqlanıb

7-05-2021, 15:23- Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır

7-05-2021, 15:00- Azər Xudiyev: "ABŞ və Rusiya prezidentlərinin görüşünə Bakının ev sahibliyi etməsi şansı böyükdür"

7-05-2021, 14:36- Sabah Bakıda 20, rayonlarda 27 dərəcəyədək isti olacaq

7-05-2021, 14:07- Bayram namazı kütləvi şəkildə qılınmayacaq - Hacı Şahin Həsənli

7-05-2021, 13:42- Pilot Rəşad Atakişiyevə şəhid statusu verilib

7-05-2021, 13:19- Şuşaya yeni su kəmərinin tikintisinə başlanılıb

7-05-2021, 12:58- AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub

7-05-2021, 12:24- Dünya avtomobil şirkətləri bu ilin ilk yarısında istehsalı 2 milyon azaldacaq

7-05-2021, 12:00- Bakıya qəhrəman şəhər adı verilmədir.

7-05-2021, 10:47- Xalq artisti Arif Quliyev vəfat edib

7-05-2021, 10:13- Hilal Qasımovun yeni kitabı işıq üzü görüb.

6-05-2021, 23:13- İcra başçısının göstərişi tabeçiliyində olan məmurlar tərəfindən icra olunmur: Qazidən giley - VİDEO

Haqqımızda Əlaqə

Prezident AVRO-2021 ilə bağlı sərəncam İMZALADI

Tarix:13-04-2021, 15:14

Prezident AVRO-2021 ilə bağlı sərəncam İMZALADI Prezident İlham Əliyev 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla müəyyən edilib ki, 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun ─ üç qrup və bir 1/4 oyununun (bundan sonra ─ oyunlar) Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2021-ci il mayın 1-dən iyulun 5-dək Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində viza ala bilərlər.

Oyunların təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

- oyunların Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin və ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;

- Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd;

- Bakı şəhərində keçiriləcək oyunlarda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Xarici İşlər Nazirliyi oyunlarla əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməlidir.

Həmçinin nazirlik oyunlarla əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.

Dövlət Miqrasiya Xidməti Azərbaycana uçuş həyata keçirən aviasiya şirkətlərinə oyunlarla əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...