Anons

Dünən, 19:36- Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ... - İLGİNC

4-05-2024, 16:49- Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

4-05-2024, 15:15- Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı -VİDEO

4-05-2024, 14:14- Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...

4-05-2024, 13:38- Əli Əsədov Türkiyəyə səfər edəcək

4-05-2024, 11:55- "Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..." - Jurnalist həbsdən MÜRACİƏT YAYDI

4-05-2024, 10:57- Cahangir Əsgərovun kürəkəni ABŞ-da "Qazelli" adında villasını turistlərə kirayə verir

4-05-2024, 00:34- Bakıda "Dəmir yumuruq" birinciliyi keçirildi

3-05-2024, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

3-05-2024, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

3-05-2024, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

3-05-2024, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

3-05-2024, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

3-05-2024, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

3-05-2024, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

3-05-2024, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

3-05-2024, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

3-05-2024, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

3-05-2024, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

3-05-2024, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

Haqqımızda Əlaqə

Müdafiə naziri bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsini tələb edib

Tarix:29-03-2021, 15:19

Müdafiə naziri bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsini tələb edib Martın 29-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə yerləşən birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, azad edilmiş ərazilərdə xidmətin təşkili ilə bağlı məsələlərə toxunan Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişlərini və qarşıda duran vəzifələri müşavirə iştirakçılarına çatdırıb.

General-polkovnik Z.Həsənov şəxsi heyətin hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin artırılmasında Vətən müharibəsində qazanılan təcrübə nəzərə alınmaqla əsas diqqətin hərbi hissələrdə, xüsusilə də azad edilmiş ərazilərdə yerləşən bölmələrdə keçirilən döyüş hazırlığı üzrə məşq və dərslərin keyfiyyətinin yüksəldilməsinə yönəldilməsini tapşırıb.

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

General-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdə hərbi infrastrukturun inkişaf etdirilməsi, mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri, döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat və təchizatının daha da yaxşılaşdırılması ilə bağlı konkret göstərişlər verib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...