Anons

Dünən, 21:03- “Xarı bülbülü”ü Xarı bülbül də alqışladı.

11-05-2021, 16:02- Radioloq Hürü Rəhimova: "Ürək qüsurlu uşaqlara cərrahi müdaxilə etmək çətin olur"

11-05-2021, 11:32- Dermatoveneroloq Aynur Bədəvi: "İşdənkənar çox mülayim biriyəm"

8-05-2021, 11:12- Azərbaycan taekvondoçusu Tokio-2020-yə lisenziya qazandı

7-05-2021, 17:09- Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

7-05-2021, 16:45- Xalq şairi Musa Yaqub vəfat edib

7-05-2021, 16:18- Azərbaycanda rəqəmsal ödənişlər genişləndiriləcək

7-05-2021, 15:51- Azərbaycanda bayram namazının vaxtı açıqlanıb

7-05-2021, 15:23- Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır

7-05-2021, 15:00- Azər Xudiyev: "ABŞ və Rusiya prezidentlərinin görüşünə Bakının ev sahibliyi etməsi şansı böyükdür"

7-05-2021, 14:36- Sabah Bakıda 20, rayonlarda 27 dərəcəyədək isti olacaq

7-05-2021, 14:07- Bayram namazı kütləvi şəkildə qılınmayacaq - Hacı Şahin Həsənli

7-05-2021, 13:42- Pilot Rəşad Atakişiyevə şəhid statusu verilib

7-05-2021, 13:19- Şuşaya yeni su kəmərinin tikintisinə başlanılıb

7-05-2021, 12:58- AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub

7-05-2021, 12:24- Dünya avtomobil şirkətləri bu ilin ilk yarısında istehsalı 2 milyon azaldacaq

7-05-2021, 12:00- Bakıya qəhrəman şəhər adı verilmədir.

7-05-2021, 10:47- Xalq artisti Arif Quliyev vəfat edib

7-05-2021, 10:13- Hilal Qasımovun yeni kitabı işıq üzü görüb.

6-05-2021, 23:13- İcra başçısının göstərişi tabeçiliyində olan məmurlar tərəfindən icra olunmur: Qazidən giley - VİDEO

Haqqımızda Əlaqə

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Tarix:25-02-2021, 10:06

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

Məktubda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım,

Ad gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Bu gün Türkiyə Respublikası əhəmiyyətli sosial-iqtisadi və elmi tərəqqi, hərtərəfli inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Heç şübhəsiz ki, qazanılmış bütün bu uğurlar bilavasitə Sizin böyük dövlət xadimi kimi gərgin fəaliyyətinizin nəticəsidir.

Fəxr hissi ilə qeyd edə bilərik ki, qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan və “Bir millət iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək səviyyəsindədir.

Dostluq və qardaşlıq üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin bu səviyyəyə gəlib çatmasında şəxsən Sizin misilsiz rolunuz var. Çoxşaxəli ikitərəfli əlaqələrimizin və strateji müttəfiqliyimizin daha da möhkəmləndirilməsi yolunda qətiyyətiniz, Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda haqq işinə bütün müstəvilərdə açıq, tərəddüdsüz mənəvi və siyasi dəstəyiniz xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.

İnanıram ki, bütün sahələrdə genişmiqyaslı, səmərəli və fəal əməkdaşlığımız, beynəlxalq məsələlərdə qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl mövqeyimiz və fəaliyyətimiz bundan sonra da ölkələrimizin tərəqqisinə və xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyə xalqının əmin-amanlığı və firavanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə uğurlar diləyirəm".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...