Anons

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

18-04-2024, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

18-04-2024, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

18-04-2024, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

18-04-2024, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

18-04-2024, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Haqqımızda Əlaqə

Diasporla İş üzrə Dövlət Komitəsi yeni layihənin icrasına başlayıb

Tarix:17-12-2019, 11:54

Diasporla İş üzrə Dövlət Komitəsi yeni layihənin icrasına başlayıb Diasporla İş üzrə Dövlət Komitəsində müxtəlif ölkələrdən Azərbaycana gəlmiş diaspor nümayəndələri ilə görüş keçirilib.

Dövlət Komitəsindən verilən məlumata görə, görüşdə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Liderliyin inkişafı proqramı”nın iştirakçıları - Fransada və beynəlxalq miqyasda hüquq və vergi məsələləri üzrə xidmətlər təklif edən “LEXLOR” beynəlxalq hüquq şirkətinin rəhbəri və təsisçi partnyoru Edmond Verdier, Türkiyədə fəaliyyət göstərən “Edison” hüquq bürosunun sədri Ruslan Edison, Almaniyada miqrasiya və qaçqın məsələləri üzrə ictimai fəaliyyətlə məşğul olan Nurlan Məmmədov, Ukraynadakı “Riç-İnter Qrup” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Murad Cəfərov, Gürcüstanın “EVEX” klinikalar şəbəkəsinin satış üzrə koordinatoru Murad Muradov təmsil olunub.

Komitə sədri Fuad Muradov Azərbaycanın uğurlu diaspor siyasəti barədə məlumat verib, diaspor nümayəndələri ilə dövlət qurumları arasında əlaqələrin qurulması və əməkdaşlığın əhəmiyyətindən danışıb.

Liderlik proqramı sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, icma işinin təşkili, xaricdəki potensialın müəyyən olunması, icma lideri olmağın əhəmiyyəti, gənc liderlərin daha da fəallaşdırılması və s. kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Diaspor nümayəndələri öz fəaliyyətləri barədə məlumat verib, “Liderliyin İnkişafı Proqramını” və ümumiyyətlə Dövlət Komitəsinin fəaliyyət prinsiplərini müəyyən edən Strateji Yol Xəritəsini yüksək qiymətləndirdiklərini qeyd ediblər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...