Anons

Bu gün, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Bu gün, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Bu gün, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Bu gün, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Bu gün, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Dünən, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

Dünən, 20:40- Ramazanın 18-ci gününün DUASI

Dünən, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Dünən, 18:43- Pedaqoji Universitetin Şəki filialına yeni direktor təyin olunub - ƏMR

Dünən, 16:04- Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Dünən, 15:29- Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Dünən, 14:43- İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

Dünən, 14:17- Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

Dünən, 13:08- Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

Dünən, 12:24- Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Dünən, 11:44- “Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

Dünən, 10:37- Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

Dünən, 09:58- 6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

Dünən, 09:29- Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

Dünən, 09:01- Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

Haqqımızda Əlaqə

Sakit Okean Alyansı-Azərbaycan məsləhətləşmələrinə start verildi

Tarix:11-12-2019, 13:23

Sakit Okean Alyansı-Azərbaycan məsləhətləşmələrinə start verildi
Azərbaycan Xarici İşlər Nazirliyində Sakit Okean Alyansına (SOA) üzv ölkələrin ölkəmizdə akkreditə olunmuş səfirləri ilə görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycanı xüsusi tapşırıqlar üzrə səfir Elşad İskəndərovun rəhbərlik etdiyi nümayəndə heyəti, SOA-nı isə Meksika, Çili və Kolumbiyanın səfirləri təmsil ediblər.

Görüş zamanı Azərbaycanın Alyansa üzv ölkələrlə qarşılıqlı siyasi-iqtisadi əməkdaşlıqda maraqlı olduğu vurğulanıb, nəqliyyat və turizm sahələrinin potensialı haqqında məlumat verilib. Ölkəmizin Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tranzit yüklərin daşınmasında strateji nəqliyyat qovşağı olduğu ifadə edilib. Bu baxımdan, Azərbaycanın SOA və müşahidəçi dövlətlərlə əməkdaşlıq etməyə hazır olduğu vurğulanıb.

SOA-ya üzv ölkələrin səfirləri Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayaraq iqtisadiyyat, mədəniyyət, təhsil və turizm sahələrində əlaqələrin inkişafı üçün müvafiq qurumlarla praktiki layihələr üzərində müzakirələrə hazır olduqlarını bildiriblər. Tədbirdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. Görüşdə həmçinin İqtisadiyyat Nazirliyinin nümayəndəsi də iştirak edib.

Xatırladaq ki, bu il iyulun 4-6-da Xarici İşlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Peru Respublikasına səfəri zamanı Azərbaycan Sakit Okean Alyansında (SOA) müşahidəçi statusu alıb. SOA Çili, Kolumbiya, Meksika və Peru tərəfindən yaradılıb, 57 ölkənin müşahidəçi statusunda iştirak etdiyi Latın Amerikası ticarət blokudur. Birlikdə 210 milyon nəfər əhaliyə və dünya miqyasında 8-ci yerdə olan ÜDM-yə malik bu ölkələr malların, xidmətlərin, kapitalın və insanların tam inteqrasiyası məqsədilə bir araya gəliblər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...