Anons

Dünən, 16:49- Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

Dünən, 15:15- Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı -VİDEO

Dünən, 14:14- Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...

Dünən, 13:38- Əli Əsədov Türkiyəyə səfər edəcək

Dünən, 11:55- "Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..." - Jurnalist həbsdən MÜRACİƏT YAYDI

Dünən, 10:57- Cahangir Əsgərovun kürəkəni ABŞ-da "Qazelli" adında villasını turistlərə kirayə verir

Dünən, 00:34- Bakıda "Dəmir yumuruq" birinciliyi keçirildi

3-05-2024, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

3-05-2024, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

3-05-2024, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

3-05-2024, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

3-05-2024, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

3-05-2024, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

3-05-2024, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

3-05-2024, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

3-05-2024, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

3-05-2024, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

3-05-2024, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

3-05-2024, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

2-05-2024, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

Haqqımızda Əlaqə

ADPU-nun Fəlsəfə doktoru proqramı üzrə dissertantı, BQU-nun Psixologiya kafedrasının baş müəllimi, Psixoloq Nərmin Abdullayeva: “Telefondan, internetdən anormal ölçüdə istifadə az qala uşaq və yeniyetmələrimizin həyat tərzinə çevrilməkdədir”.

Tarix:9-02-2024, 12:36

ADPU-nun Fəlsəfə doktoru proqramı üzrə dissertantı, BQU-nun Psixologiya kafedrasının baş müəllimi, Psixoloq Nərmin Abdullayeva: “Telefondan, internetdən anormal ölçüdə istifadə az qala uşaq və yeniyetmələrimizin həyat tərzinə çevrilməkdədir”. -Nərmin xanım, günümüzdə sosial media istifadəçilərinin sayı artmağa davam edir.

Lakin azyaşlı uşaqlar da Tiktok, İnstagram, Whatsapp, YouTube və s. kimi sosial media platformalarından istifadə edirlər. Bu nə dərəcədə düzgündür? Neçə yaşdan sonra bu kimi sosial şəbəkələrdən istifadə etmək olar?

-Hər hansı bir davranışın vərdişimizə çevrilməsi üçün 21 gün, həyat tərzimizə çevrilməsi üçün 90 gün kifayətdir. Telefondan, internetdən anormal ölçüdə istifadə az qala uşaq və yeniyetmələrimizin həyat tərzinə çevrilməkdədir.

KİV-in (Kütləvi informasiya vasitələrinin), xüsusilə, sosial media vasitələrindən istifadənin formalaşmaqda olan uşaq və yeniyetmə psixikasına təsiri psixoloji tədqiqatlarla sübut olunmuşdur. Həmin təsirlər mənfi və müsbət istiqamətlərdə baş verir. Burada mütləq olan bir həqiqət var: o da həddindən artıq və yanlış istifadənin psixi və fiziki sağlamlığa mənfi təsir etməsidir.
Googlenin "Family Link" tətbiqi imkan verir ki, valideynlər övladlarının Google hesablarına, profilinə, ən əsas isə internetə giriş, internet üzərindən etdiyi axtarışlara və istifadə müddətinə nəzarət etsinlər. Əksər valideyn övladı üçün Google hesabı açanda yanlış olaraq öz şəxsi məlumatlarını, xüsusilə də öz doğum tarixini daxil edir, ancaq təhlükəsizlik üçün uşağın doğum tarixini daxil etmək lazımdır, çünki Google platformasından istifadədə konkret yaş məhdudiyyəti var (hər bir ölkədə mövcud olan yaş məhdudiyyəti nəzərə alınmaqla), uşağın yaşı 13 yaşdan az olduqda Google valideyn razılığı və nəzarəti tələb edir. Həmçinin burada yaş məhdudiyyəti əsas götürüldüyü üçün uşaq yaşına uyğun olmayan informasiyalardan qorunur, bu məqsədlə Google, Youtube üzərindən edilən axtarışlara (YouTube Kids tətbiqi vasitəsilə), uşağın endirmək, satın almaq və istifadə etmək istədiyi tətbiqlərə, oyunlara, musiqilərə, filmlərə və s. nəzarət edir. Məsələn, əgər uşağın yükləmək istədiyi oyun yaşına uyğun deyilsə yükləmə mümkün olmur, yaxud yükləmə zamanı valideynin təsdiqləmə kodunu daxil etməsi lazım gəlir və s.
Ancaq təəssüflər olsun ki, “Family Link” tətbiqi sosial media hesablarına nəzarət edə bilmir. Çünki çox baxış sayı toplayan paylaşımlar trafikə düşür, kəşfetdə qarşımıza çıxır. Uşaq və yeniyetmələrin sosial mediada yaşına uyğun olmayan informasiyalarla, görüntülərlə, neqativ təsirlərlə, təhlükəli insanlarla qarşılaşmaq (xüsusilə, fake profillər istifadə edən pedofillərlə, uşaq və yeniyetmələrdən müxtəlif məqsədlərlə istifadə edən insanlarla), şəxsi və ailə məlumatlarının yayılması təhlükəsi böyükdür.

- Uşaqlarda bunun mənfi və ya müsbət cəhəti nədir?

-Valideynlər sosial mediada baş verən informasiya axınını tənzimləyə bilməsələr də, övladlarının onlardan istifadə etməsini və istifadə müddətini tənzimləyə bilərlər. Seanslarda mükafatlandırma metodundan istifadə edərkən uşaq və yeniyetmələrin istəkləri arasında valideynlərindən telefon, planşet, komputer istədiklərini görürük, səbəbini soruşduqda çox az qismi təlim (öyrənmək) məqsədilə, əksəriyyət oyun oynamaq üçün istədiklərini deyirlər, bu fakt özü bir daha deməyə əsas verir ki, onlar kiçik şeylərlə sevinməyi bacarmırlar, bu isə ən köklü problem kimi qarşımıza çıxır.

Elektron resurslardan məqsədyönlü informasiyalar almaq, məlumatları, təcrübələri bölüşmək, hadisələrdən xəbərdar olmaq, araşdırmalar etmək, izahlı dərslərə baxmaq, öyrənmək, ünsiyyət və münasibət qurmaq (yeni tanışlıq, yoldaşlıq, dostluq münasibətləri) və s. cəhətdən faydalarını qeyd edə bilərik. Ancaq düzgün olmayan istifadənin yol açdığı fəsadlar daha çoxdur.
Sosial mediadan istifadənin psixoloji fəsadları:

-Uşaq və yeniyetmələr cinsi zorakılığa məruz qalırlar. Belə cinsi zorakılıq formalarından biri Eksgibisionizm, yəni çılpaq bədən nümayişi, pornoqrafik sərgidir. Cinsi meyil, cinsi həvəs, cinsi hisslər, cinsi fəallıq yaratmaq, bir sözlə, cinsi təhrik məqsədilə şəkil, səs, video, cinsəl məzmunlu yazılar azyaşlı sosial media istifadəçilərinə göndərilir. Eksgibisionizmə görə Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulur. Çünki bu davranış uşaq və yeniyetmələrin inkişafında yayınma yaratmaq gücünə malikdir;
-Uşaq və yeniyetmələrin tələbatlar sisteminin formalaşmasına ciddi təsir edir, onlarda uyğun olmayan, lazımsız meyillərin, istək və arzuların, məqsədlərin, maraqların, özəntilərin, idealların baş qaldırmasına səbəb olur;
-Hisslərin dəyişkənliyi- sosial şəbəkələrdə neqativ, yaxud pozitiv yüklü xəbər oxuyuruq, görüntülər izləyirik. Əlimizlə sürüşdürərək digər xəbərə keçid edirik, bu dəfə də əvvəlki xəbərə təzad olan, əlaqəsi olmayan, fərqli bir format və kontekstdə informasiya ilə qarşılaşırıq. Beləliklə, uşaq və yeniyetmələrin hissləri dəyişkən olur və onlarda neyrotizm yaranır. Bir çox hadisə onlar üçün adiləşir, aniləşir. Ancaq real həyatda hadisələri bir toxunuşla sürüşdürüb dəfə etmək imkanımız yoxdur;
-İzləyənlərin, bəyənmələrin, baxışların sayı az qala uşaq və yeniyetmələrin özünü təsdiqetmə vasitəsinə çevrilir, şərhlərin məzmunu özünüqiymətləndirməsinə, özgüvəninə təsir edir;

-idraki sferada (duyğu, qavrayış, diqqət, hafizə, nitq, təfəkkür, təxəyyül) pozuntular yaranır;

-köklü diqqət problemi yaranır, həddindən artıq konsentrasiya (mərkəzləşmə) nəticəsində diqqəti paylaya bilmirlər;
-telefona, ordakı məzmuna həddindən artıq bələdləşmə nəticəsində xaricə, ətrafında baş verənlərə bələdləşə bilmirlər;
-yaddaş zəifləyir, tənbəlləşir;

-ünsiyyət çatışmazlıqları, real ünsiyyətin azalması;

-davranış pozuntularının artması;

-asosiallıq;

-qorxular;
-əsəbilik, münaqişəyə meyillilik;

-internetə daxil ola bilmədikdə və ya kəsildikdə stess, aqressiya halları;

-telefon, internet asılılığı (oyun asılılığı);

-qərarsızlıq;

-robotlaşma;

-internetdən kənar aktivitələrin azlığı və yaxud heç olmaması;

-internet tələbatının ödənilməsini digər həyati tələbatlarının ödənilməsindən üstün tutmaq;

-həyati vacib maraqların, məqsədlərin azalması və ya itməsi, məqsəddən uzaqlaşma;

-kiber bullerlərin təsirlərinə, zorakılığına məruz qalmaq;

-təlimdə geridə qalma;

-təlim motivasiyasının aşağı olması;

-dərslərdə uğursuzluq və s.

-Sosial mediadan istifadənin fizioloji fəsadları:

-Sinir sistemində pozuntular;

-görmə qabiliyyətinin zəifləməsi;

-gün rejiminin pozulması səbəbindən bədənin ümumi immunitetinin aşağı düşməsi;

-yuxu rejiminin pozulması, yuxusuzluq;

-yemək rejiminin pozulması, iştahsızlıq, həddindən artıq yemək;

-hərəkətsizlik səbəbindən maddələr mübadiləsinin pozulması, çəkinin artması;

-yemək və tualet ehtiyacları vaxtı-vaxtında ödənmədiyindən mədə-bağırsaq və qəbizlik problemləri;

-istirahətin düzgün təşkil edilməməsi səbəbindən yorğunluq, fiziki gərginlik;

-əllərdə, barmaqlarda motor takıntıların yaranması, əlləri boş, hərəkətsiz saxlaya bilməmək;

-boyun, onurğa, beldə ağrılar və əyilmə;

-qapalı şəraitdə uzun müddət vaxt keçirildiyindən beyin oksigenlə təmin olunmur və baş ağrıları yaranır və s.

Psixoloqla əlaqə:
+994552591476;
+994516241476.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...