Anons

Dünən, 16:49- Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

Dünən, 15:15- Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı -VİDEO

Dünən, 14:14- Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...

Dünən, 13:38- Əli Əsədov Türkiyəyə səfər edəcək

Dünən, 11:55- "Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..." - Jurnalist həbsdən MÜRACİƏT YAYDI

Dünən, 10:57- Cahangir Əsgərovun kürəkəni ABŞ-da "Qazelli" adında villasını turistlərə kirayə verir

Dünən, 00:34- Bakıda "Dəmir yumuruq" birinciliyi keçirildi

3-05-2024, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

3-05-2024, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

3-05-2024, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

3-05-2024, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

3-05-2024, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

3-05-2024, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

3-05-2024, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

3-05-2024, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

3-05-2024, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

3-05-2024, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

3-05-2024, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

3-05-2024, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

2-05-2024, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

Haqqımızda Əlaqə

Diyetoloq - Nutrisioloq Afaq Rzayeva: "Uşaqların tez-tez xəstələnməsi, hətta inkişaf geriliyi, yaddaşsızlıq və hiperaktivlik də birbaşa qidadan asılıdır".

Tarix:6-02-2024, 00:30

Diyetoloq - Nutrisioloq Afaq Rzayeva: "Uşaqların tez-tez xəstələnməsi, hətta inkişaf geriliyi, yaddaşsızlıq və hiperaktivlik də birbaşa qidadan asılıdır". Salam, Afaq xanım, xoş gördük sizi. Hazırda uşaqlarda tez-tez baş verən xəstəliklər məni narahat etdiyinə görə bir çox suallarım yarandı. Siz həm də uşaq diyetoloqu olduğunuza görə qərara gəldim ki, sizdən bu barədə müsahibə alım. Uşaqlarda tez-tez baş verən xəstəliklərin səbəbini siz diyetoloq olaraq necə izah edə bilərsiniz?

Salam, mən də Sizi yenidən görməyə şad oldum. İnsan orqanizminin zəifləməsi 90% qidalanmadan asılıdır. Qalan 10% ekoloji amil, stress, və digər amillərdir. Uşaqlar ana bətnində olarkən də düzgün bəslənmirlər. Sizə bir nüansı da deyim, hətta hamiləlikdən 6 ay öncə həm ata, həm ana sağlam qidalanmaya riayət etməlidir. Paketlənmiş, geni dəyişdirilmiş qidalar, fast-food, ziyanlı sadə karbohidratları həm valideynlər yedikdə körpənin immun sisteminin zəif olaraq doğulmasına, həm də doğulandan sonra həmin qidalar ilə uşaq bəsləndikdə, vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxarır. Ona görə tərkibi vitamin və minerallar ilə zəngin olan qidalara üstünlük vermək lazımdır.

Bəs bu qidalar necə fəsad yaradır?

Bu adını çəkdiyim qidalar, hətta bizim hamımızın xeyirli hesab etdiyimiz süd məhsulları belə bağırsaqlarda iltihab yaradır. Bu iltihab qana keçərək digər orqanların da iltihablaşmasına səbəb olur. Nəticədə uşaqların immunitetinin düşməsi, tez-tez xəstələnməsi baş verir. Yəni kiçik bir virus belə orqanizmə daxil olsa, orqanizmin gücü çatmır ki, onu bloklasın və iltihabı prosesinin daha da artmasına səbəb olur. Hətta bir qrip virusu tam mübarizə edib orqanizm tərəfindən tanınması bitməsə də, yeni bir virusa uşaqlar yoluxur. Orqanizm taqətdən düşür və immunitet sistemi çökür.

Bəs valideynlər nə etməlidir?

İlk olaraq, qeyd edim ki, hamiləlik zamanında düzgün bəslənməlidirlər. Çünki ginekoloqlar yalnız müalicəyə diqqət edir. Qidalanmasına görə isə bu sahə üzrə ixtisaslaşmış diyetoloqlara etibar etməlidirlər ki, uşaqları sağlam doğulsun. Belə isə valideynlərə tövsiyəm belədir. Əziz valideynlər uşaqların qarnı doysun deyə onları qidalandırmayın. Əsas diqqət edin onlara nə verirsiniz. Hər gün qəbul edilən, sadə karbohidratlar; şəkər, ağ un məmulatları, makaron, kartof, mağazalardan alınan paketlənmiş qidalar onların həm immum sistemini aşağı salır, həm də orqanizmdə vitamin və mineral defisitinə gətirib çıxarır. Buna görə uşaqlar arasında anemiya, yəni qanazlığı daha çox müşahidə olunur. Uşaqlarınızın ən azı ildə 1 dəfə qan analizləri verilməlidir. Ümumi qan analizi, vitamin d, kalsium, dəmir, fol turşusu çatızmazlığını müəyyən etmək mütləqdir. Uşaqlar həm sağlam qida, həm də vitamin və minerallar ilə zəngin qida əlavələri qəbul etməlidir. Məsələn, qanazlığı, immunitet zəifliyi, halsızlıq və s. olmasın deyə vitamin kompleksləri qəbul etməlidir. Diyetoloq olaraq məsləhət görürəm, çuğundur, kök, qırmızı soğan, brokkoli, gül kələm, lobya, noxud, balqabaq və mövsümə uyğun meyvələri qidalarına daxil etsinlər. Həmin qidaları da elə təqdim edə bilərsiniz ki, uşaqlar sevərək qəbul etsinlər. Çox analar uşağın 1 yaşına kimi qidasına fikir verir, sonra isə özləri üçün bişirdikləri qeyri-sağlam qidaları uşaqlara verir. Nəticədə uşaqlarda və özlərində də bir çox xəstəliklərin yaranmasına səbəb olur. Qidaların, hətta hazırlanma texnikası var. Düzgün hazırlamadıqda orqanizmdə sağlam hüceyrələrin məhvinə səbəb olur.

Uşaqların immuniteti yüksək olsun deyə nə məsləhət edərdiniz?

Dediyim kimi tam sağlam qidalardan istifadə və vitamin D və kalsium defisitliyini aradan qaldırmaq. Çox insan kalsiuma boy uzadan maddə kimi baxır. Kalsium çatışmazlığından 147-dən çox xəstəlik yaranır. Kalsiumu da ağartı məhsulları yeməklə əldə etmək mümkün deyil, hətta bayaq qeyd etdiyim kimi iltihabı prosesin çoxalmasına səbəb olur. Həm də gündəlik gərək 8 litr süd içəsən ki, lazımi qədər kalsium orqanizmə daxil olsun. Bu həm mümkün deyil, həm də ziyandır. Ona görə ion formada olan kalsium istifadəsi, bir də bol meyvə, tərəvəz yemək lazımdır. Çünki meyvə, tərəvəzin də tərkibində kalsium vardır. Vitamin D orqanizmdə də olmasa, kalsiumun sovurulması çətinləşir. Maqnezium defisitliyi isə, vitamin D-nin sovurulmasını çətinləşdirir. Ona görə lazım olduğu qədər mineral və vitaminləri qida əlavəsi şəklində qəbul etmək və düzgün qidaları rasiona daxil etmək mütləqdir.

Bəs uşaqlarımız vitamin D-ni günəşdən ala bilərmi?

Çox təəssüflər olsun ki, hazırda valideynlər uşaqlarını çölə gəzintiyə çox az çıxardır. Oturaq həyat tərzi onların sağlamlığına ziyan edir. Həm də günəşin bizə verəcəyi D vitamini yalnız yay aylarında qəbul oluna bilir. O da əgər insan sağlam olsa, yay fəslindən sonra yığılan vitamin d deposu sonrakı 2 ay müddətinə bəs edəcək. Amma, o da orqanizm tərəfindən mənimsənilməkdən asılıdır. Nəinki uşaqlar, böyüklərdə də böyrəklərdə, qaraciyərdə az da olsa problem varsa, o zaman d vitaminin aktiv formaya keçərək depolanması mümkün olmur. Hətta piylənməsi və çəkisi yüksək olan insanlarda vitamin d defisiti daima müşahidə olunur. Mütləq qida əlavəsi şəklində qəbul etmək lazımdır. Əslində bu böyük bir mövzudur. Çalışaram bir gün məqalə şəklində Sizi və oxucuları məlumatlandırım.

Uşaqların inkişafı ilə nə deyə bilərsiniz? Qidanın təsiri varmı? Hazırda, çox uşaqlarda yaddaş problemi, inkişaf geriliyi, hiperaktivlik, diqqət zəifliyi və autizm müşahidə olunur.

Düz vurğulayırsız. Bu qidadan birbaşa asılıdır. Mən hamının başa düşəcəyi sadə dildə anlatmağa çalışacam. Əgər iltihabı proses qana keçirsə, qan dövranı zamanı toksinlər, viruslar, mikroblar beyinə yaxınlaşır. Bu zaman qan-beyin baryeri zədələnir və beyin neyronlarının zədələnməsinə səbəb olur. Bu halda uşaqlarda yaddaşsızlıq, yuxu pozuntusu, inkişaf geriliyi baş verir. Autizmli, hiperaktiv uşaqların da belə doğulması əsasən iltihabdan asılıdır. Ona görə bağırsaqda iltihabı daha da artıran qidalardan tam uzaq durmaq lazımdır. Çox yaxşı bir nüansa toxundunuz. Autizmin yaranması səbəbi və vəziyyətinin kəskinləşməsinə nə səbəb olur, vaxt keçdikcə uşaqların inkişaf etməsi əvəzinə daha da geri düşməsinə səbəb nədirsə, bu barədə də məqalə hazırlayıb sizə təqdim edəcəm.

Afaq xanım, çox təşəkkür edirəm. Zamanınızı bizə ayırdınız, dəyərli məlumatlar verdiniz.

Mən də Sizə təşəkkür edirəm ki, ən aktual mövzuya toxunaraq insanları maarifləndirməyə çalışırsınız.

Afaq Rzayeva, Diyetoloq - Nutrisioloq
Əlaqə nömrəsi: (055) 230 59 84
İnstagram:
https://www.instagram.com/afaqrzayeva_a_diet?igsh=YzljYTk1ODg3Zg==

Tiktok:
https://www.tiktok.com/@a_diet?_t=8jetDPzANR1&_r=1
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...