Anons

Dünən, 16:49- Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

Dünən, 15:15- Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı -VİDEO

Dünən, 14:14- Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...

Dünən, 13:38- Əli Əsədov Türkiyəyə səfər edəcək

Dünən, 11:55- "Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..." - Jurnalist həbsdən MÜRACİƏT YAYDI

Dünən, 10:57- Cahangir Əsgərovun kürəkəni ABŞ-da "Qazelli" adında villasını turistlərə kirayə verir

Dünən, 00:34- Bakıda "Dəmir yumuruq" birinciliyi keçirildi

3-05-2024, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

3-05-2024, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

3-05-2024, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

3-05-2024, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

3-05-2024, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

3-05-2024, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

3-05-2024, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

3-05-2024, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

3-05-2024, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

3-05-2024, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

3-05-2024, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

3-05-2024, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

2-05-2024, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

Haqqımızda Əlaqə

Pedaqoq Elnarə Hüseynova: "Hər bir şagirdə dost kimi yanaşa bilirəm"

Tarix:25-01-2024, 23:08

Pedaqoq Elnarə Hüseynova: "Hər bir şagirdə dost kimi yanaşa bilirəm" - Elnarə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Bu sahəyə maraq bizdə genetikdir. Anamın istəyi ilə bu sahəyə gəldim. 2004-2008-ci illərdə Lənkəran Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsini bitirmişəm. 2008-ci ildən sonra iki il fasilə verməklə 2010-cu ildən etibarən pedaqoji fəaliyyətə başlamışam.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Artıq on dörd ildir ki, bu sahədə fəaliyyət göstərirəm.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Aşağı siniflərdən yuxarı siniflərə qədər məntiq dərsləri keçirəm,  beşinci sinifdən on birinci sinifə qədər riyaziyyat fənnini tədris edirəm. Bundan başqa, şagirdləri liseylərə, ali məktəblərə hazırlayıram.

- İş prinsipiniz nədən ibarətdir?

- Kiməsə tabe olaraq işləməyi xoşlamıram. Çünki özümə aid qaydalarım və prinsiplərim var. Buna uyğun da işləyirəm. Mənə görə, şagird, müəllim və valideyn  bir yerdə bir "üçbucaq" yaratmalıdır.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- Ədalətsizliyə və vicdansızlığa hər zaman "yox" demişəm.

- Xarakter olaraq necə birisiniz?

- Disiplinli və inadkar biriyəm. Öz qanunlarım var. Qarşıma qoyduğum məqsədə çatmaq üçün əlimdən gələni edirəm.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm. İki övladım var.

- Oxucular nə məsləhət görürsünüz?

- Valideynlərə demək istərdim ki, şagird müəllim yanına hazırlığa gedirsə, hər şeyi müəllimin üzərinə atmaq düzgün deyil. Valideynlər uşaqları ilə mütəmadi maraqlanmalı və onlarla dost olmalıdır. Çünki valideyn uşağa nə qədər basqı edərsə, uşaq da ondan qaçmağa çalışacaq.

- Mən bu işi şəcərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Riyaziyyat çox çətin fənndir. Səbr tələb edir. Ağlıma gəlməzdi ki, mən uşaqlara qarşı bu qədər səbirli ola bilərəm. Hər bir şagirdə dost kimi yaşana bilirəm. Düşünürəm ki, uşaqların qəlbinə yol tapıb, onların sevgisini qazana bilmişəm. Çünki mən əvvəlcə özümü, sonra isə tədris etdiyim fənni sevdirmişəm.

Əlaqə  nömrəsi: (055) 731 16 80

Pedaqoq Elnarə Hüseynova: "Hər bir şagirdə dost kimi yanaşa bilirəm"
Pedaqoq Elnarə Hüseynova: "Hər bir şagirdə dost kimi yanaşa bilirəm"
Pedaqoq Elnarə Hüseynova: "Hər bir şagirdə dost kimi yanaşa bilirəm"
Pedaqoq Elnarə Hüseynova: "Hər bir şagirdə dost kimi yanaşa bilirəm"
Pedaqoq Elnarə Hüseynova: "Hər bir şagirdə dost kimi yanaşa bilirəm"
Pedaqoq Elnarə Hüseynova: "Hər bir şagirdə dost kimi yanaşa bilirəm"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...