Anons

Bu gün, 10:39- Eyni ruhun iki qüruru

Dünən, 14:36- Antiterror tədbirləri erməniliyin sonu oldu

22-09-2023, 18:34- Antiterror tədbirləri erməniliyin sonu oldu

22-09-2023, 11:49- Tolerant dövlətlər arasında münasibətlər genişlənir

19-09-2023, 17:22- “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!

19-09-2023, 13:35- Qəzada və mina terroru nəticəsində həlak olan polislərimizin FOTOSU

19-09-2023, 13:08- Sabah 27 dərəcə isti olacaq

19-09-2023, 12:19- Emil Rəhmanov dünyasını dəyişdi

19-09-2023, 11:24- Sülh naminə...

19-09-2023, 10:37- Erməni təxribat-diversiya qrupu DİN əməkdaşlarına qarşı terror aktı törədib - 4 polis həlak olub

19-09-2023, 10:05- Xocavənddə yük avtomobili minaya düşüb, ölənlər var

18-09-2023, 17:00- Ukrayna müdafiə nazirinin bütün müavinləri istefaya göndərildi

18-09-2023, 16:27- Axtarışda olan 3 Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya edildi

18-09-2023, 15:53- Qudyalçay üzərində yeni körpünün tikintisinə başlanılır

18-09-2023, 15:08- Geomaqnit qasırğası başlayıb

18-09-2023, 14:30- Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası dövlət sərhədi yolunun tikintisi üçün 11 milyon manat ayrılıb - SƏRƏNCAM

18-09-2023, 13:44- Bu gün İranla ABŞ arasında məhbus mübadiləsi baş tutacaq

18-09-2023, 13:19- Elm və Təhsil Nazirliyi tələbə adını qazananlara müraciət edib

18-09-2023, 12:51- FHN-dən qeyri-sabit hava ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ

18-09-2023, 12:22- "Sədərək Yusifin" qardaşı oğlu bloqqer xanımı döyüb videoya çəkdi - Xanım blogger müraciət yaydı

Haqqımızda Əlaqə

Həkim-terapevt Turan Zeynallı: "Xəstəlikləri vaxtında aşkar etmək əsas iş prinsipimdir"

Tarix:14-08-2023, 13:19

Həkim-terapevt Turan Zeynallı: "Xəstəlikləri vaxtında aşkar etmək əsas iş prinsipimdir"
- Turan xanım, necə oldu ki, həkim oldunuz?

- Mən həkim ailəsində böyümüşəm. Atam da, anam da həkim olub. Gözümü açandan onların işini görüb sevmişəm. Həkimlik hər zaman diqqətimi çəkib. Yadıma gəlir ki, rəhmətlik atamın tibbə aid böyük bir kitabxanası var idi. Mən də onun önündən keçəndə həmin kitablara diqqətlə baxırdım, xəstəliklər barədə maraqlanırdım. Beləliklə, zaman ötdü və qərara gəldim ki, həkim olacağam. Şükür ki, istəyimə çatdım.

- Neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?

- Tibb Universitetini 1999-cu ildə bitirmişəm. 2000-ci ildə Bakı Şəhər 5 saylı Klinik Xəstəxanada internatura keçmişəm. Təyinatla  iki il Kürdəmir rayonununda terapevt olaraq çalışmışam. Sonra ailə vəziyyətimlə əlaqədar olaraq Sumqayıt şəhərinə gəlmişəm. 2005-ci ildə 2021-cu ilə qədər 1 saylı xəstəxananın poliklinik şöbəsində həkim terapevt kimi fəaliyyət göstərmişəm. 2021-ci ildə TƏBİB-in yaradılması ilə əlaqədar bəzi sahələrdə dəyişiklik oldu. Bizi də yeni yaradılan Ailə Sağlamlıq Mərkəzinə köçürtdülər. Hal-hazırda fəaliyyətimi sevərək davam etdirirəm.

- İş prinsipiniz nədən ibarətdir?

- İnsanların sağlamlıqlarının keşiyində dayanmaq və xəstəlikləri vaxtında aşkar etmək mənim əsas iş prinsipimdir. Çünki vaxtında olunan müdaxilə və müalicə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Mən terapevt olduğum üçün bütün profilli pasiyentlər müraciət edirlər. Qeyd edim ki, 2014-2015-ci illərdə Ankara Universitetində qastronenterologiya üzrə ixtisaslaşdım. Bu baxımdan,  son zamanlarda qara ciyərlə bağlı müraciətlər daha çox alıram. Bunun da kökündə fast-foodlar, enerji içkiləri və s. mənşəyi bilinməyən qidalar dayanır. Bir sözlə, xəstəliklər çox "cavanlaşıb".

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Hal-hazırda elmi iş üzərində işləyirəm.

- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?

- İnsanların öz sağlamlıqlarına laqeyd yanaşmalarını qəti surətdə "yox" deyirəm.

- Xarakter olaraq necə birisiniz?

- Yumuşaq xarakterli, ədalətli və vicdanlı biriyəm. Sözümdə bütöv insanam. Yalanı sevmirəm.

- Oxuculara nə məsləhət görürsünüz?

- Öz sağlamlıqlarının keşiyində dayansınlar. Düzgün qidalansınlar.  İnsan özü öz həkimi olmalıdır. Sağlamlıq əleyhinə olan hər şeydən bacardıqca uzaq dayanmaq lazımdır.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bu peşə bu qədər çətin və məsuliyyətli olar.

Əlaqə nömrəsi: (055) 685 60 63

Həkim-terapevt Turan Zeynallı: "Xəstəlikləri vaxtında aşkar etmək əsas iş prinsipimdir"
Həkim-terapevt Turan Zeynallı: "Xəstəlikləri vaxtında aşkar etmək əsas iş prinsipimdir"
Həkim-terapevt Turan Zeynallı: "Xəstəlikləri vaxtında aşkar etmək əsas iş prinsipimdir"
Həkim-terapevt Turan Zeynallı: "Xəstəlikləri vaxtında aşkar etmək əsas iş prinsipimdir"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...