Anons

Bu gün, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Bu gün, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Bu gün, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Bu gün, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

Dünən, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

Dünən, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

Dünən, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

Dünən, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

Dünən, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dünən, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

Dünən, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

Dünən, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Dünən, 13:35- İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Dünən, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Dünən, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Dünən, 10:53- “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR

Dünən, 10:06- Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...

Dünən, 09:14- AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər

1-05-2024, 19:11- “Bunun sonu faciə olacaq” - Prezident

1-05-2024, 16:37- Bu televiziyaya rəhbər gətirildi - FOTO

Haqqımızda Əlaqə

"Ailə dizimi" mütəxəssisi Ofelya Əliyeva: "Bu sahədə bu qədər tanınacağım ağlıma gəlməzdi"

Tarix:19-07-2023, 15:46

"Ailə dizimi" mütəxəssisi Ofelya Əliyeva: "Bu sahədə bu qədər tanınacağım ağlıma gəlməzdi"
- Ofelya xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Bu məndən ən çox soruşulan sualdır. Məni bu sahəyə gətirdilər dəsək, daha doğru olar. 4-5 il bundan əvvəl, həyatımda çox çətin bir dönəm keçirirdim. Həm iş, həm dost tanışlarımla, həm ailəmlə, həm də özüm- özümlə emosional olaraq dərin depressiyada idim. Və bu aylarca davam etdi. Bir gün otağımda oturub özüm özümə dedim “Ofelya, bir insan səhv ola bilər, 2 dost yanlış edə bilər, amma insanların hamısı belə ola bilərmi? Bəlkə problem səndədir?” Və o gündən sonra, bir rəfiqəmin xına gəcəsidə bir tanış qız mənə “Ailə Dizimi” barədə danışdı. Heç nə anlamadım və bu mövzu diqqətimi çəkmədi. Bir neçə gün sonra qız məni ona ediləcək ailə diziminə təmsilçi olaraq dəvət etdi, çünki adam sayı az idi. Mən də ona kömək etmək üçün razılaşdım. İlk dəfə qatılmışdım və orada yaşananlar, gələn fərqindəliklər mənim ağlımda bildiyim hər şeyi 180 dərəcə  dəyişdi. Mütəxəssislərdən seanslar almağa başladım, daha sonra bunun təhsilini almağa qərar verdim. Çünkü özüm özümlə işləmək, öz dərdimə özüm dərman olmaq istəyirdim. Təhsilimi aldıqdan sonra rəfiqələrimə arada bunu tətbiq edirdim. Daha sonra Netflixdə bu barədə "Zeytun ağacı" adlı bir serial çıxdı və bu üsul da məşhurlaşmağa başladı. Artıq tanımadığım insanlar da mənə seanslar üçün müraciət etməyə başladı və gördükləri nəticələr də çox müsbət olurdu. Beləliklə, bu sahəyə gəldim və hal-hazırda fəaliyyətimi davam etdirirəm.

- Neçə ildir ki, bu sahədə çalışırsınız?

- Üç ildir ki, bu sahədə fəaliyyət göstərirəm.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- "Ailə dizimi", nəfəs terapiyası, kosmik enerji, spiritual danışmanlıq, reiki, yoqa, meditasiyalar, universal terapiya və s. işləri icra edirəm.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Son zamanlarda şəxsi münasibətlər, pul, iş, sağlamlıq, özünü tapmaq, depressiyadan çıxmaq, əcdadlardan keçən problemlər, ailədaxili münasibətlər və s. problemlərlə bağlı müraciətlər daha çox olur.

- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?

- İnsanlar başqalarını dəyişdirmək üçün seans almaq istəyəndə "yox" deyirəm. Çünkü bir insanın iradəsinə qarışa bilmərik. Biz ancaq özümüzü dəyişə bilərik ki, ətrafımız dəyişsin.

- Xarakter olaraq necə birisiniz?

- Mən çox səbirli və hər kəsə eyni cür yanaşan insanam. Hər bir insanı, onun daxilinə görə sevirəm. Təzə bilgilərə acam, hər zaman nəsə yeni bir kitab oxuyub kurslara gedirəm. Həyatın hər anından zövg almağa çalışıram. Canlıyam: məyus olanda ağlayıram, əsəbləşəndə əsəbləşirəm, sevinəndə gülürəm… Hər duyğunu yaşyıram və hər şeyi özümə icazə verirəm. Həm özümü, həm həyatımda olan insanları olduqları kimi qəbul edirəm. Daha yaxşı və ya daha pis bir insan yoxdu mənim üçün. Fərqli insanlar var sadəcə.

- Ailəlisinzimi?

- Xeyr, subayam.

- Oxuculara nə məsləhət görürsünüz?

- Olduğunuz kimi olun. Dürüst olun, ilk başda da özünüzlə. Etmək istəmədiyiniz şeyləri etməyin, gətmək istəmədiyiniz yerlerə gətməyin, görmək istəmədiyiniz insanlarla görüşməyin. Daxilinizdəki "siz"i eşitməyi öyrənin. Qəlbinizə görə yaşayın, o sizin kompasınız olsun. Dəyərinizi bilin, siz bu dünyaya boşuna və təsadüfən gəlmədiniz. Əcdadlarınızı, köklərinizi bilin, maraqlanın, sevin, sayğı göstərin. Valideyinləri olduqları kimi qəbul edin. Onlar bizə həyat verib, sevgiyi ancaq gördükləri qədər bizə göstərə bilirlər. Biz istədiyimiz kimi bizi sevib, bizə sevgilərini göstərmirlərsə, bu demək o deyil ki, sevmirlər. Sevə bildikləri qədər sevirlər sadəcə. Şükr edin. Hər anınız, hər nəfəsiniz üçün. Etdiyiniz şeylərdən peşman olamayın. Səhv etdiyinizi düşündüyünüz anlar da illər sonra “yaxşı ki, belə oldu o vaxt” deyəcəyiniz xatirələrə çevrilir. Pis və ya səhv bir şey yoxdur, hər şey bir sınaqdır. Bizi biz edən, özümüzə qovuşduran yoldur.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bu sahədə tanınan və təlabatı yüksək bir mütəxəssis olacağam. Həyatımın 180 dərəcə dəyişəcəyinə inanmazdım.

Əlaqə nömrəsi: +905386499323 (whatsapp)

"Ailə dizimi" mütəxəssisi Ofelya Əliyeva: "Bu sahədə bu qədər tanınacağım ağlıma gəlməzdi"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...