Anons

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Dünən, 10:49- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

Dünən, 10:08- «AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

Dünən, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

17-04-2024, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

17-04-2024, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

17-04-2024, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

17-04-2024, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

17-04-2024, 18:24- Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

17-04-2024, 16:48- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

17-04-2024, 16:18- “Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

17-04-2024, 15:39- Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

Haqqımızda Əlaqə

"Jam'Ali" bağçasının rəhbəri Aliyə Camal: "Qısa zamanda bu qədər uğur qazanacağım ağlıma gəlməzdi"

Tarix:19-05-2023, 12:34

"Jam
- Aliyə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mən Rusiya Federasiyasında doğulmuşam. Ali məktəbi də bank sektoru üzrə bitirmişəm. Sonra Azərbaycana gəlmişəm. İkinci təhsilim isə müəllimlik olub
Buradakı tanışlarım mənə dedilər ki, rus dilini bilirsənsə, özəl bağçalarda birində müəllim kimi işləyə bilərsən. Ona əsasən bağçalardan birinə müraciət etdim və orada müəllim köməkçisi kimi fəaliyyətə başladım. Bir müddət sonra müəllim kimi işlədim, daha sonra isə baş müəllim oldum. Amma müəyyən narazılığım olduğuna görə, həmin bağçadan ayrıldım. Mən çıxan kimi mənim qrupundakı uşaqların valideynləri də öz uşaqlarını həmin bağçadan çıxartdılar və mənə dedilər ki, siz haraya getsəniz, uşaqlarımızı sizin yanınıza gətirəcəyik. Bu vəziyyəti görən müdriyyət məni yenidən işə dəvət etdi və müəyyən bir məvacib qarşılığında bir müddət  orada işlədim. Bir müddət sonra oradan ayrılıb başqa bir bağçada işləməyə başladım. Sonra karantin vaxtı tanış bir xanımın bağçasında bir müəllimi əvəz elədim. Müəyyən müddət də orada fəaliyyət göstərdim. Bir gün həmin xanım mənə dedi ki, kursda bir otaq icarəyə verirəm. Yoldaşıma dedim, o isə etiraz etdi. Amma bacaracağımdan əmin idim. Beləliklə, həmin otağı icarə götürdüm. İşimi  sosial şəbəkələrdə reklam etməyə başladım. İnandırım sizi, kimi aydan sonra həmin kursun pulu ilə özümə avtomobil də aldım. Rəhbərliklə müəyyən anlaşılmazlığa görə oradan uzaqlaşdım. Bacım Masazır qəsəbəsində yaşayır. Bir gün onlara qonaq gəlmişdim. Bu ərazidə münasib bir yer axtarırdım. Nəhayət ki, tapdım. Təmir etdirdim. Bir sözlə, açılışı da etdim. Əvvəlcə tədris mərkəzi və mini bağça kimi fəaliyyətə başladıq. Daha sonra isa yerimizi böyütdük və tam şəkildə fəaliyyətə başladıq. Hal-hazırda da işimizi sevə-sevə icra edirik və uşaqların xidmətindəyik.

- Nəçə ildir ki, bu sahədəsiniz?

- Artıq altı ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.

- Bağçanıza hansı yaş qrupuna aid uşaqlar qəbul edilir?

- Bir yaşdan altı yaşa qədər uşaqları bağçaya qəbul edirik. Bundan başqa, bizdə məktəbəqədərlər də var. Şahmat, rəqs, gimnastika, ingilis-dili, rəsm dərnəklərimiz də fəaliyyət göstərir. Qeyd edim ki, şahmatla ingilis-dili dərnəyinə böyük yaş qrupuna aid insanları da qəbul edirik.

- Bağçanızda dərslər hansı dillərdə tədris edilir?

- İngilis və rus dillərində tədris aparılır.

- İş prinsipiniz nədən ibarətdir?

- Mənim üçün ən vacib olanı sağlam və güclü kollektiv formalaşdırmaqdır.

- Xarakter olaraq necə birisiniz?

- İddialı biriyəm. Hər kəslə dil tapmağı bacaran insanam.

- Valideynlərə nə məsləhət görürsünüz?

- Uşaqları hiperaktiv olan valideynlərə demək istəyirəm ki, onları sıxmasınlar. Onlara sərbəstlik versinlər. Onda onlar cəmiyyətə daha tez adaptasiya olacaqlar.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, qısa zaman kəsiyində bu qədər uğurlara imza atacağam.

Əlaqə nömrəsi: (051) 756 57 58

"Jam'Ali" bağçasının rəhbəri Aliyə Camal: "Qısa zamanda bu qədər uğur qazanacağım ağlıma gəlməzdi"
"Jam'Ali" bağçasının rəhbəri Aliyə Camal: "Qısa zamanda bu qədər uğur qazanacağım ağlıma gəlməzdi"
"Jam'Ali" bağçasının rəhbəri Aliyə Camal: "Qısa zamanda bu qədər uğur qazanacağım ağlıma gəlməzdi"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...