Anons

Bu gün, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Bu gün, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Bu gün, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Bu gün, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

Dünən, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

Dünən, 22:34- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

Dünən, 21:49- İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

Dünən, 17:31- Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

Dünən, 17:09- Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

Dünən, 15:35- Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

Dünən, 13:59- RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

Dünən, 13:22- Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

Dünən, 11:53- Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

Dünən, 09:43- Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

Dünən, 09:10- Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

20-04-2024, 19:42- İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

20-04-2024, 19:05- Ceyranbatan su kanalında 1 nəfər batıb

20-04-2024, 18:02- KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

20-04-2024, 17:09- "Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

20-04-2024, 16:11- "Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

Haqqımızda Əlaqə

Access Bars tətbiqçisi, bioenerji terapiyası üzrə mütəxəssis Sevinc Mirzəyeva: "Həyatını dəyişmək istəyirsənsə, baxış bucağını dəyiş!"

Tarix:18-05-2023, 12:23

Access Bars tətbiqçisi, bioenerji terapiyası üzrə mütəxəssis Sevinc Mirzəyeva: "Həyatını dəyişmək istəyirsənsə, baxış bucağını dəyiş!"

- Sevinc xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Bu sahə ilə tanışlığım illər oncə olub. Övladımın sağlamlığında müəyyən problemləri aradan qaldırmaq üçün enerji terapiyası seansları aldıq. Sonra bu sahə marağımı çəkdi. Maraqlandım, araşdırdım və özümü tanıyandan verdiyim "Mən kiməm" sualına cavab tapdım. Son illər artıq  təlimlər əl çatan oldu. Və məndə bildiklərimi artırmaq üçün müvafiq təlimlərə qatıldım. Bioenerji və Access Bars tətbiqçisiyəm.

- Neə ildir ki, bu sahədəsiniz?

- Dediyim kimi, illər öncədən enerji elmləri ilə maraqlanmışam. Ətrafımda olan yaxınlarıma yardım etmişəm. Amma 1 ilə yaxındır ki, təlim alıb, artıq  profesional şəkildə daha çox insana terapiya seansları keçirirəm.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Keçirdiyimiz seanslar zamanı, şəxsin özünün də bilmədən onda formalaşmış olan neqativ fikirlərdən, destruktiv inanclardan  və bu faktorların yaratdığı sərhədlərdən, fəaliyyətində onu məhdudlaşdıran proqramılardan azad olması üzərində işləyirik. Və bundan əlavə sosial şəbəkələrdə öz sahəm üzrə müəyyən maarifləndirici məlumatlar paylaşıb bu biliklərin daha geniş kütləyə çatmasına, insanlarda fərqindəliyin artmasına çalışıram İstək olduqca bildiyim biliklərlə bölüşməyə səy göstərirəm.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Əsasən seans əsnasında müəyyən blokların qırılması və baryerlərin aradan qalxması üçün iş aparırıq. Bu isə bir başa enerketik şəfalanma nəticəsində baş verir. Yani həyatımızda bir sahədə şəfalandıqda bu hər sahədə özünü biruzə verir.

- Bir mütəxəssisi olaraq nəyə "yox" deyirsiniz?

- Bir mütəxəssis kimi, fərqindəlikdə olmayan şəxslər ilə işləməyə "yox" deyirəm.  Çünki çoxları bu biliklərin tam məğzini bilmədən, buna bir növ möcüzə kimi yanaşır və gözləntiləri də başqa olur. Bu isə belə işləmir. Həyatını dəyişmək istəyirsənsə, baxış bucağını dəyiş, yanaşmanı dəyiş. "Allahdan buyruq, ağzıma quyruq" olmur.

- Xarakter olaraq necə birisiniz?

- Xaraktercə sərt göründüyümə baxmayaraq urəyi yumuşaq biriyəm, mərhəmətliyəm, pozitivəm - hər olanın yaxşı tərəfini görməyə çalışıram, həyatı sevirəm - hər şeyə rəğmən.

- Ailəsinizmi?

- Ailəliyəm, 3 övlad anasıyam. Şükürlər olsun.

- Oxuculara nə məsləhət görürsünüz?

- Oxuculara məsləhətim odur ki, həyatı sevsinlər - bu təkamül etməmiz üçün Yaradanın bizə bir lütfüdür , hər zaman şükranlıqda olsunlar - o zaman daha çoxunu əldə edərlər, təslimiyyətdə olsunlar - Yaradan bizi sevir və bizə hər şeyin ən gözəl və xeyirli versiyasını nəsib edir. Bir də şərtsiz sevgi - hər yerdə TANRININ toxunuşunu görsünlər.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Düşündürücü sualdır... Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, insanlar bu qədər fərqli və  bir o qədər də oxşardırlar. Getdiyimiz istiqamət eyni, getdiyimiz yollar fərqlidir və əgər bir neçə nəfərin yolu eyni olsa belə, bu yolda gördüyümüz mənzərələr tam fərqlidir.

Əlaqə nömrəsi: (050) 301 50 04скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...