Anons

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Dünən, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Dünən, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Dünən, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

27-03-2024, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

27-03-2024, 20:40- Ramazanın 18-ci gününün DUASI

27-03-2024, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Haqqımızda Əlaqə

"Elmland" tədris mərkəzinin təsisçisi direktoru Sabir Məmmədov: "Bütün yaş kateqoriyalarının maraq dairəsini əhatə edəcək proqramlarımız var"

Tarix:28-04-2023, 13:58

"Elmland" tədris mərkəzinin təsisçisi direktoru Sabir Məmmədov: "Bütün yaş kateqoriyalarının maraq dairəsini əhatə edəcək proqramlarımız var"
- Salam. İlk öncə müsahibə istəyimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirik. Bizə özünüz haqqında məlumat verə bilərsinizmi?

-Salam. Mən də öz növbəmdə sizə təşəkkür edirəm ki, bizim mərkəzdə göstərilən xidmətlərin ictimaiyyətə çatdırılması üçün belə bir şərait yaratdınız.
Mən Sabir Məmmədov, ElmLand Tədris Mərkəzinin təsisçi direktoruyam. Eyni zamanda ölkənin aparıcı neft-qaz şirkətlərindən birində layihə nəzarəti üzrə menecer olaraq çalışıram. Ailəliyəm, dörd övladım var.

- Sabir müəllim, necə oldu ki, bu sahəyə gəldiniz və belə bir tədris mərkəzini təsis etdiniz?

- Müəllim ailəsində böyümüşəm və uşaqlıqdan təhsilə meylli insan olmuşam. Məktəb və universiteti yaxşı qiymətlərlə bitirmişəm. Tələbəlik illərindən təlimçi və ingilis dili üzrə repetitor kimi fəaliyyət göstərmişəm. Hələ o zamanlar qeyri - hökumət təşkilatlarından olan "UNICEF", "RIGHT TO PLAY" , "UNESCO"-nun mailiyyə dəstəyi ilə Bakıda və digər bölgələrdə məktəblərdə müəllim və tələbələrə təlimlər keçirdik. Bu təlimlərin əsas məqsədi müəllimlərin maarifləndirilməsi, düzgün təhsil mühitinin qurulması, tədris proqramının formalaşdırılması ilə bağlı olurdu. Magistr təhsilimi də Azərbaycan Dillər Universitetində dilçilik üzrə tamamladıqdan sonra ikinci ixtisas olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin neft və qaz mühəndisliyi fakültəsini bitirdim. Hal-hazırda aldığım ikinci təhsilimi əsas ixtisas kimi davam etdirirəm. İşimi sevirəm. Amma birinci peşəmi heç vaxt unutmamışdım. Ara-sıra fərqli sahələrdə təlimlər vermişəm.
Həm ilk ixtisasımın təhsillə bağlı olması, həm özümün təhsilə meyilli insan olmağım, həm də ailə qurduğum xanımın da ixtisasının təhsillə bağlı olması belə bir müəssisə yaratmaq fikrini ərsəyə gətirdi.
Bunu məhz burada ərsəyə gətirməyimizin əsas səbəbi isə bu qəsəbədə məktəbin və tədris mərkəzinin olmaması oldu. Beləki, biz bu qəsəbəyə altı il öncə köçdük. Böyük qəsəbə olsa da, hələki əhalisi çox deyil. Öz uşaqlarımızın asudə vaxtlarının dəyərləndirməsi, ehtiyac olduğu zaman təkmilləşdirmə dərslərinə qoşulmaları üçün əziyyət çəkirdik. Bu hal sanki bizim arzu və məqsədlərimizi daha da alovlandırdı. İllərdir xəyalını qurduğumuz müəssisənin ərsəyə gəlməsi üçün şərait yaranmışdı. Düşündük və qərara gəldik ki, xalqımıza savadlı, təhsilli və tərbiyəli uşaqların yetişməsi üçün "Elmland" adlı bir tədris mərkəzini quraq. Allaha şükürlər olsun ki, arzumuza çatdıq və bu gün qəsəbəmizin sakinlərinə sevə-sevə xidmət göstəririk.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Demək olar ki, heç bir zaman bu peşəmdən ayrı düşməmişəm. Arada olan müəyyən qısa fasilələri saymasaq on altı ildir ki, bu sahədəyəm. Mərkəzimiz 2022-ci ildən rəsmi olaraq ictimaiyyətə açıq fəaliyyət göstərir.

- İş prinsipiniz nədən ibarətdir?

- Bir təsisçi və direktor olaraq hər bir şeyi qayda-qanun əsasında icra etmək və mərkəzdəki təhsil proqramlarının Elm və Təhsil nazirliyinin standartlarına və proqramına uyğun təşkil etmək, daxili nizam-intizam qaydalarının yerinə yetirilməsinə nəzarət etmək, eyni zamanda dünyaca məşhur olan Cambridge, Oxford və digər beynəlxalq təhsil standartlarını tədricən burada tətbiq etməkdir.

- Mərkəz olaraq əsas məqsədiniz nədir?

- "ELMLAND"-in əsas məqsədi Yeni Balaxanı, bizə yaxın olan kənd Balaxanı və Zabrat qəsəbələrində təlim-tədrislə bağlı boşluqları doldurmaqdır. Hədəfimiz hər yaşa uyğun təlim və tədris proqramlarını şagirdlərə çatdırmaqla gələcəyin alimlərini, elm xadimlərini, nazirlərini, deputatlarını, mühəndislərini, müəllimlərini, həkimlərini yetişdirməkdir.

- Mərkəzlə bağlı hədəflərinizin nə qədərini gerçəkləşdirə bilmisiniz?

- Hədəflərimiz böyükdür. Bütün yaş kateqoriyalarının maraq dairəsini əhatə edəcək proqramlarımız var. Sadəcə bunu həyata keçirmək üçün müəyyən zamana ehtiyac var. Inşəallah, zamanla hamısı həyata keçər.

- Mərkəzinizdə hansı xidmətlər göstərilir?

Mərkəzimizdə 3-18 yaş arası bütün yaş kateqoriyaları üzrə tədris aparılır - erkən inkişaf, məktəbəqədər, ibtidai sinif, təkmilləşdirmə dərsləri, abituriyent hazırlığı, dil və kompüter dərsləri, belə deyək, əsasən elm yönümlü sahələr, bundan əlavə bugünkü günümüzdə ehtiyac olan loqoped, psixoloq, müalicəvi gimnastika üzrə seanslar təşkil edilir.
Gələcəkdə isə tələbələr və evdar xanımlar üçün də kurslar təşkil etməyi planlaşdırırıq. Burada dərslər şagirdlərə Azərbaycan, ingilis və rus dillərində tədris edilir. Qeyd edim ki, şagirdlərin ingilis dilini təkmilləşdirmək üçün əcnəbi mütəxəssis dəvət edirik.

- Şagirdlərdən və müəllimlərdən gözləntiləriniz nələrdir?

- İlk öncə, müəllimlərimizdən gözləntilərimizə toxunaq. "Müəllim"- adı kimi şərəfli bir peşəyə sahib olduqlarını heç bir zaman unutmasınlar. Uşaqlara ilk öncə öyrənməyin yollarını öyrətsinlər. Uşaqların motivasiyasını daim yüksəkdə tutmağa çalışsınlar. Hər bir uşağa ayrı bir fərd kimi yanaşsınlar. Diqqətsiz, bacarıqsız uşaq yoxdur, bacarıqları kəşf edilməyən, ruhuna toxunulmayan uşaq var. Bizim müəllimlərdən gözləntilərimiz bu uşaqları kəşf etmələri, onların ilk öncə qəlblərinə, sonra beyinlərinə girmələridir.

Şagirdlərdən istəyimiz isə odur ki, valideyn və müəllimlərinin əziyyətini itirməsinlər. Tez nəticə əldə etməyə çalışmasınlar, səbrlə, əzmlə çalışınlar. Yaxşı nəticə zaman tələb edir.

- Mərkəzinizdə və ümumilikdə şagirdlərə, gənclərə hansı tövsiyələri vermək istərdiniz?

- (gülür) Özümü hələ də bir gənc olaraq gördüyüm üçün bu tövsiyələr özümə də aiddir. İlk öncə özünüzü daim inkişaf etdirməyə çalışın. Mütləq xarici bir dil öyrənin. Daha çox kitab oxuyun, dünyagörüşünüzü artırın. Bir ədibin dediyi kimi "Gəncliyini əylənərək keçirən, yaşlılığını ağlayaraq keçirər." Buna görə davamlı çalışın. Çalışmaq üçün hər gün və hər saat, hər yer və zaman münasibdir. İşlərinizi planlayın. Bu gün edəcəyiniz işi sabaha saxlamayın. Tənbəllikdən qaçın, heç vaxt boş oturmayın. Nəticə əldə etmək üçün səbirsiz olmayın. Eyni nöqtəyə düşən damlalar mərmərdə belə dəlik açar. Hər gün sevdiyiniz bir kitabdan 5-10 səhifə yüksək səslə oxuyun. Nəticədə nitqiniz düzələr. Bəyəndiyiniz şeirləri əzbərləyin ki, həm söz ehtiyatınız artsın, həm yaddaşınız güclənsin. Allahdan uğur istəyin, zehin açıqlığı istəyin.
Ən önəmlisi isə, harada olursanız olun, hər zaman haqqın, doğrunun yanında olun. Vətəninizə, millətinizə, ailənizə sadiq olun.

Bununla da, mütləq hədəflərinə çatacaqlar.

Bir daha təşəkkür edirəm. Allaha əmanət olun!

Ünvan: Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H. Əjdərov 51, Şəhid bulağının yanı.

Əlaqə nömrəsi: (055) 292 20 03

Instagram:
elmland_tedris_merkezi

"Elmland" tədris mərkəzinin təsisçisi direktoru Sabir Məmmədov: "Bütün yaş kateqoriyalarının maraq dairəsini əhatə edəcək proqramlarımız var"
"Elmland" tədris mərkəzinin təsisçisi direktoru Sabir Məmmədov: "Bütün yaş kateqoriyalarının maraq dairəsini əhatə edəcək proqramlarımız var"
"Elmland" tədris mərkəzinin təsisçisi direktoru Sabir Məmmədov: "Bütün yaş kateqoriyalarının maraq dairəsini əhatə edəcək proqramlarımız var"
"Elmland" tədris mərkəzinin təsisçisi direktoru Sabir Məmmədov: "Bütün yaş kateqoriyalarının maraq dairəsini əhatə edəcək proqramlarımız var"
"Elmland" tədris mərkəzinin təsisçisi direktoru Sabir Məmmədov: "Bütün yaş kateqoriyalarının maraq dairəsini əhatə edəcək proqramlarımız var"
"Elmland" tədris mərkəzinin təsisçisi direktoru Sabir Məmmədov: "Bütün yaş kateqoriyalarının maraq dairəsini əhatə edəcək proqramlarımız var"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...