Anons

Bu gün, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Bu gün, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Bu gün, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

Dünən, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

Dünən, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

Dünən, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

Dünən, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

Dünən, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dünən, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

Dünən, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

Dünən, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Dünən, 13:35- İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Dünən, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Dünən, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Dünən, 10:53- “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR

Dünən, 10:06- Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...

Dünən, 09:14- AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər

1-05-2024, 19:11- “Bunun sonu faciə olacaq” - Prezident

1-05-2024, 16:37- Bu televiziyaya rəhbər gətirildi - FOTO

1-05-2024, 16:01- Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT

Haqqımızda Əlaqə

Psixoloq Şəfiqə Rzayeva diqqət əksikliyindən danışdı

Tarix:5-12-2022, 17:36

Psixoloq Şəfiqə Rzayeva diqqət əksikliyindən danışdı
- Diqqət əksikliyi və hiperaktivlik dedikdə nə başa düşülür?

- Diqqət əksikliyi və hiperaktivlik genetik, həmçinin müxtəlif mühit faktorlarının təsirindən yaranan, özünü diqqət problemləri, çox hərəkətlilik kimi əlamətlərlə göstərən bir pozuntudur. Bu problem hələ hamiləlik dövründə dölün aşırı hərəkətli olması ilə hiss olunur. Uşaq dünyaya gəldikdən sonra aylar keçdikcə aktivliyi digər uşaqlardan daha çox olur. Bundan sonra valideyn mütəxəssisə müraciət etməklə bu diaqnozu dəqiqləşdirə bilər. Hal-hazırda statistikaya əsasən doğulan hər 20-30 uşaqdan birində bu problemə rast gəlmək olar.

- Bunlara səbəb olan amillər hansılardır?

- Diqqət əksikliyi və hiperaktivlik pozuntusuna səbəbləri:
- genetik
- mühit faktorlarıdır
Genetik yəni irsən ötürülür. Əgər bu problemli uşaqları olan valideyndən soruşsaq o, mütləq ailədə ya qohumlarda kimdəsə bu əlamətlərin olduğunu söyləyəcək.
Mühit faktorları dedikdə isə hamiləlik dövründə ananın keçirdiyi müxtəlif virus xəstəliklər, stress, travmalar, yarımçıq doğuşlar, pis vərdişlər və s. nəzərdə tutulur.

- Hansı yaş qrupuna aid uşaqlarda daha çox müşahidə edilir?

- Uşaqlar dünyaya gəldikdən sonra artıq aktiv hərəkətə başlayan zamandan xüsusilə gəzdikdən sonra aşırı hərəkətlilik müşahidə edilir. Onlar sanki gəzmirlər qaçırlar, hoppanırlar, dırmaşırlar, çox səbrsiz olurlar. Ona görə də məktəbəqədər və kiçik yaşlı məktəblilərdə bu əlamətləri daha çox müşahidə etmək olar.

- Hiperaktiv uşaqlarda hansı əlamətlər olur?

- Diqqət əksikliyi və hiperaktivlik pozuntusunun əsas əlamətləri bunlardır:
1. Çox hərəkətlilik;
2. Diqqət əksikliyi;
3. İmpulsuvlik.
Çox hərəkətlilik yəni, uşaq yorulmadan bütün gün hərəkət edir, qaçır, hoppanır, bəzən qaçarkən müvazinətin itirir, başqalarına mane olur və s.
Diqqət əksikliyi diqqəti mərkəzləşdirə bilməmək, diqqət dağınıqlığı, dalğınlıqla özünü büruzə verir. Bu uşaqlar şəxsi əşyalarınl tez-tez unudurlar. Onlarda təlim uğursuzluqları daha çox müşahidə olunur. Başladıqları işi planlaşdırıb bitirə bilmirlər. Sadəcə marağına daha çox səbəb olan əşya və ya hadisəyə qısa müddətli diqqətin mərkəzləşdirir sonra yenə yayınma müşahidə olunur. Valideynlər bəzən şikayət edirlər ki, saatlarla telefonda oyun oynayır amma dərs oxumaq istəmir və ya səbri çatmır oxusun.
İmpulsivlik yəni davranışının nəticəsin düşünmədən hərəkət etmək deməkdir. Yəni onlar hündür bir yerə çıxa bilərlər amma düşünməzlər ki, bəlkə ordan düşərəm ehtiyatsızlıqdan mənə nəsə olar. Çox səbrsiz olurlar. Sualı dinləmədən cavab verməyə çalışırlar, sıra gözləyə bilmirlər.

- Bu problemlərin aradan qaldırılması üçün hansı üsullardan istifadə edilir?

- Bu problemin korreksiyası üçün uşaq psixiatrı və uşaq psixoloqu birgə çalışmalıdır. Psixiatr medikamentoz müalicə ilə sinir sistemini sakitləşdirir, psixoloq isə bu zaman ona müəyyən davranışlar öyrədir, korreksiya işləri aparır. Düzgün və kompleks şəkildə problemə yanaşma onun korreksiyasına səbəb olur və belə uşaqlar öz normal həyatlarına davam edirlər.

Əlaqə nömrəsi: (050) 241 80 51

Psixoloq Şəfiqə Rzayeva diqqət əksikliyindən danışdıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...