Anons

Bu gün, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

Bu gün, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

Bu gün, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Bu gün, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Bu gün, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Bu gün, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

Dünən, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

Dünən, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

Dünən, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

Dünən, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

Dünən, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dünən, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

Dünən, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

Dünən, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Dünən, 13:35- İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Dünən, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Dünən, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Dünən, 10:53- “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR

Dünən, 10:06- Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...

Dünən, 09:14- AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər

Haqqımızda Əlaqə

Dietotoloq-nutrisioloq Könül Xəlilova: "Ağlıma gəlməzdi ki, bu iş belə çoxşaxəli bir işdir"

Tarix:12-12-2022, 14:17

Dietotoloq-nutrisioloq Könül Xəlilova: "Ağlıma gəlməzdi ki, bu iş belə çoxşaxəli bir işdir"
- Könül xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mənim atam da həkimdir. Bu sahəyə marağım ondan qaynaqlandı. Qərara aldım ki, mən də onun yolunu davam etdirəcəyəm. Təhsilimi Türkiyədə aldım. Sonra Azərbaycanda dietologiya üzrə "Andop" akademiyasında Emil Hidayətlinin tələbəsi oldum. Düzgün qidalanma və dietologiya üzrə ixtisaslaşdım. Özüm də 15 ildir ki, pəhriz proqramlarına uyğun həyat tərzi yaşayıram.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- On ildir ki, bu sahədə fəaliyyət göstərirəm.

- Bu illər ərzində nə müşahidə etdiniz?

- Müşahidə etdim ki, istənilən bir xəstəliyin müalicəsinə uyğun pəhriz proqramı da tərtib edilməlidir. Qidalanma bizim xəstəliklərə uyğun olmalıdır.

- İş prinsipiniz nədən ibarətdir?

- Mənim üçün ən vacib olan həkim pasient münasibətidir. Birincisi güvən, ikinsi isə dostyana münasibət olmalıdır.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Daha çox piylənmə ilə mübarizə aparırıq. Ölkə əhalisinin səksən faizi piylənmədən əziyyət çəkir. Xüsusən də uşaqlarda piylənmə daha çox müşahidə edilir. Bunun da əsas səbəbi qeyri-aktiv həyat tərzi, texnologiyadan aşırı dərəcədə istifadə etmək və s.dir.

- İnsanlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?

- Daha çox arıqlamaqla bağlı müraciətlər olur. Amma mən ilk olaraq psixoloji baxımdan yanaşıram. Baxıram ki, həmin insana arıqlamaq lazımdır, yoxsa yox? Çünki arıqlamaqla sağlamlıq fərli anlamdır.

- Xarakter olaraq necə birisiniz?

- Kənardan baxanlara sərt biri kimi görünə bilərəm. Amma ana olduqdam sonra daha çox nəvazişlə davarnıram (gülür).

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- Bəzi pasientlərin həkimin məsləhətlərinə laqeyd yanaşmaqların, onlara riayət etməməyinə qəti surətdə "yox" deyirəm.

- Oxuculara nə məsləhət görürsünüz?

- Hər kəs öz məsuliyyətini öz üzərinə götürsün. Öz sağlamlıqların qeydinə qalsınlar və sağlam qidalansınlar. Bir də ki, düzgün mütəxəssisə müraciət etsinlər.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bu iş belə çoxşaxəli bir işdir. Hər gün bir yeniliklə qarşılaşırıq. Biz də bu yenilikləri təqib edərək öz pasientlərimizə tətbiq etməyə çalışırıq.

Əlaqə nömrəsi: (055) 9663811

Dietotoloq-nutrisioloq Könül Xəlilova: "Ağlıma gəlməzdi ki, bu iş belə çoxşaxəli bir işdir"
Dietotoloq-nutrisioloq Könül Xəlilova: "Ağlıma gəlməzdi ki, bu iş belə çoxşaxəli bir işdir"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...