Anons

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Dünən, 10:49- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

Dünən, 10:08- «AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

Dünən, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

17-04-2024, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

17-04-2024, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

17-04-2024, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

17-04-2024, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

17-04-2024, 18:24- Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

17-04-2024, 16:48- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

17-04-2024, 16:18- “Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

17-04-2024, 15:39- Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

Haqqımızda Əlaqə

Həkim endokrinoloq-dietoloq Lalə Hacıyeva: "Müalicəyə yanaşma kompleks şəkildə olmalıdır"

Tarix:29-11-2022, 14:02

Həkim endokrinoloq-dietoloq Lalə Hacıyeva: "Müalicəyə yanaşma kompleks şəkildə olmalıdır"
-Lalə xanım, necə oldu ki, həkimlik peşəsini seçdiniz?

- Atam uşaqlıqdan mənə və ətrafdakılara deyirdi ki, mənim qızım həkim olacaq. Anam və bir çox qohumlarım həkimdir, deyə bilərəm ki, başqa seçimim yox idi. Zaman keçdikcə atam mənimlə və uğurlarımla fəxr etməyə başladı, mən isə başa düşdüm ki,özümü tibbdən başqa heç bir sahədə görmürəm, bu həqiqətən mənim peşəmdir və öz işimdə mükəmmələm mütəxəssisəm.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Öz sahəmi isə özüm seçmişəm,9 ildən çox mən endokrinoloq kimi ixtisaslaşdım və o vaxtdan bir gün belə peşman olmadım,işimi və pasiyentlərimi çox sevirəm.

- İş prinsipiniz nədən ibarətdir?

- Hər pasient önəmlidir, nə qədər varlı və ya kasıb olsa da, xəstəyə münasibət bundan dəyişmir, mən ona nə qədər kömək edə bilərəmsə, o qədər məndən alacaq.
Əlbətdə ki hər bir pasientə fərdi yanaşıram, uğurlu həkim həmişə bir az psixoloqdur, çünki hər kəsin xüsusi diqqətə,qayğıya, dəstəyə və motivasiyaya ehtiyacı var, sadəcə resept almaq yox.Hər şey yalnız müalicə yazmaqdan ibarət olsaydı, işimizi çoxdan robotlar görəcəkdi.Əsl həkim təkcə dərmanla yox, bir sözlə də müalicə edər.Bəzən düzgün tapılan sözlər belə,bir çox dərmanlardan daha faydalı olur...

- Öz sahəniz uzrə hansı işləri icra edirsiniz?

- Müalicəyə yanaşma kompleks şəkildə olmalıdır,bu həm dərmanlardı,vitamin əlavələridi,pəhriz və ya müəyyən qida məhdudiyyətləri,fiziki aktivlik barədə tövsiyyələr.Bəzi pasientlər isə,əlavə olaraq, sakitləşdirici vasitələrinə ehtiyac duyur.
Mən yanaşı olan xəstəliklərədə xüsusi diqqət yetirirəm,onlar mütləq nəzarət altında olmalıdır,çünki çox vaxt mənim xəstələrim komorbid olur.
Müalicə zamanı isə xəstənin rifahının yaxşılaşdırılması, məqsədlərimizə çatması və gələcəkdə baş verə biləçək ağır fəsadların inkişafının qarşısını öncədən alınmasından ibarətdir.

- İnsanlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?

- Endokrinoloq-dietoloq olaraq pasientlərimin əksəriyyəti şəkərli diabetdən, zob xəstəliklərdən və ya artıq çəki/piylənmədən əziyyət çəkir.
Lakin hormonal pozğunluqlarla müşahidə olunan nadir xəstəliklərdə rast gəlinir, məsələn, böyrəküstü vəzilərin və ya hipofizin şişləri,uşaqlarda boy çatışmamazlığı, qadınlarda menstrual disfunkiya və sonsuzluq,kişilərdə hormonlarla bağlı libido və erektil disfunksiya ilə müraciət edənlərin sayı da çoxdur.

- Xarakter olaraq necə birisiniz?

- Təbiətcə mərhəmətli,səmimi,ədalətli bir insanam, yanımdakı insan çətinliyə düşəndə ​​həmişə köməklik göstərəcək,hətta bəzən tam ödənişsiz imkan olmayan pasientləri qəbul edirəm, çünki mən bunu etməsəm, bu o deməkdir ki, Hippokrat andını pozacam.
Məqsədyönlülük - mənim ən vacib keyfiyyətimdir, yəqin ki buna görə də xəstələrim həmişə öz terapevtik məqsədlərinə nail olurlar!

-Hər həkimin öz peşə sirləri var, həkim olaraq uğur qazanmağınızın sirləri nədir?

- Mən çox sadə bir insanam,həmişə xəstələrimlə yaxınam, sıx əlaqədəyik,çünki mənim xəstələrim adətən xroniki olur və onlar üçün sadəcə həkim yox,dost olmağa çalışıram,lazımlı gədər xəstəliklər barəsində məlumatlandırıram, onları gündəlik qida seçimlərini etmək öyrədirəm,dəstək və motivasiya verirəm. Hər bir pasientimin uğurlarına görə qürur duyuram, sevinirəm və nəsə pis baş verəndə kövrəlirəm,çünki onlara doğmam kimi yanaşıram.

- Bir həkim olaraq nəyə "YOX" deyirsiniz?

- İnsanların tezliklə sağalmaq istəyi ilə manipulyasiya edən qeyri-peşəkarlara, şarlatanlara yox deyirəm! Həkimlik müqəddəs bir peşədir, onun əsas postulatı “zərər vermə”. Təəssüf ki, bu prinsipə hərkəs eyni qaydada yanaşmır, çoxusu öz reputasiyasını və işinin keyfiyyətini düşünmədən, pul qazanmağın asan yolunu axtarırlar. Dərd çəkdiyi adamlardan, saxtakarlıqla qazanc əldə etmək halal deyil! Artıq çəkili insanlar üçün sizə sürətli şəkildə təsir verən pəhrizlərdən və mono-dietlərdən, detokslardan, marafonlardan və zərərli, tərkibi naməlum olan arıqladıcı vasitələrdən qəti şəkildə uzaq durmaq məsləhət görürəm!

- Oxucularımıza nə məsləhət görürsünüz?

- Sağlam qidalanın, hərəkətsiz qalmayın, zərərli vərdişlərdən uzaq durun, vaxtında həkimə müraciət edin,həmçinin profilaktik qaydada, hər hansısa narahatçılıq və ya şikayətiniz varsa, hər şeyi son ana buraxmayın, özünüzə və sağlamlığınıza dəyər verin, çünki siz sağlam olanda yaxınlarınız xoşbəxtdir və siz həyatın hər anından həzz ala bilərsiniz. Təəssüf ki, insanların çoxu yalnız itirdiyi zaman öz sağlamlığına dəyər verməyə başlayır. Ağrısız və narahatlıqsız keçən hər günün möcüzəsi üçün Allaha təbəssümlə şükür etmək lazımdır.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Heç vaxt ağlıma gəlməzdi ki,ölkəmizdə bu qədər endokrin xəstə var...əsasən şəkərli diabet,artıq çəkidən və piylənmədən əziyyət çəkən, endemik zonalara görə zob xəstələri tez-tez rastlaşır. Fikir versəniz, hər kəsin tanışı,dostu, qonuşusu və ya qohumu bu xəstəlikdən birindən əziyyət çəkir.
Böyük qonaq süfrəsində otursanız, həmişə endokrinoloqa ehtiyacı olan biri olacaq.
Məhz buna görə,endokrin xəstəliklərə görə irsi meylilik və risk amilləri mövcuddursa,vaxtı-vaxtında sağlamlığınızı yoxlamaq lazımdır!

Həkimlə Əlaqə :

Mobil: +994505053277(+ WhatsApp)
Instagram: @endocrinologist.lala
Facebook: Endocrinologist Lala
E-mail: [email protected]

Həkim endokrinoloq-dietoloq Lalə Hacıyeva: "Müalicəyə yanaşma kompleks şəkildə olmalıdır"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...