Anons

Bu gün, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bu gün, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Bu gün, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Bu gün, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Bu gün, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Bu gün, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Dünən, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

Dünən, 20:40- Ramazanın 18-ci gününün DUASI

Dünən, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Dünən, 18:43- Pedaqoji Universitetin Şəki filialına yeni direktor təyin olunub - ƏMR

Dünən, 16:04- Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Dünən, 15:29- Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Dünən, 14:43- İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

Dünən, 14:17- Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

Dünən, 13:08- Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

Dünən, 12:24- Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Dünən, 11:44- “Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

Dünən, 10:37- Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

Dünən, 09:58- 6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

Dünən, 09:29- Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

Haqqımızda Əlaqə

Psixoloq, Kouç Arzu Kərimova: "Bu sahəyə gələrkən heç ağlıma gəlməzdi ki, insanların ruhu bu qədər yorğun və bitkindir"

Tarix:22-09-2022, 16:35

Psixoloq, Kouç Arzu Kərimova: "Bu sahəyə gələrkən heç ağlıma gəlməzdi ki, insanların ruhu bu qədər yorğun və bitkindir"
- Arzu xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər ixtisası üzrə məzun olsam da, özüm də planlamadan psixologiya və kouçinq mənim ikinci ixtisasıma çevrildi. Həyatımın stressli bir dönəmində zehnimi təmizləmək və özümü inkişaf etdirmək niyyətilə çıxdığım bu yol axırda özü məni bu sahəyə gətirdi.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Bu zamanı ezoterika, ruhi yoqa və energetika qanunlarını öyrənərək özümün və ətrafımın üzərində tətbiq etdiyim dövrdən hesablasaq, o zaman bugünədək əldə etdiyim şəxsi təcrübəm hələ 2005-ci ildən qaynaqlanır.

- İs prinsipiniz nədən ibarətdir?

- Həyat və iş prinsiplərimdən ən önəmlisi - səmiyyət və dürüstlükdür. Gündəlik həyatda və işimdə insanlarla ünsiyyət zamanı bu, mənim üçün çox önəmlidir. Bəlkə elə bu səbəbdəndir ki, bəzi pasientlərimin etiraflarına əsasən, onlar aylarla getdikləri psixoloqa açıla bilmədikləri halda, mənimlə elə ilk seansdan rahatlıqla ürəklərini boşalda bilirlər. Görünür, o enerjini qarşı tərəfə özüm belə, fərqinə varmadan ötürə bilirəm.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Psixoloji konsultasiya, psixoterapiya, Access Bars terapiyası, Reiki seansları, Human Design konsultasiyası, kouç sessiyaları, Neyroqrafika sessiyalari və s. xidmətləri üz-üzə və ya online verirəm. Bu seansların bir çoxu fərdi və qrup sessiyaları şəklində aparılır. Bundan əlavə, bir sıra təlimlər və seminarlar keçirirəm.

- İnsanlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?

- Bir çoxları depressiya, daxili tükənmişlik, panik atak və münasibətlərdəki problemlərlə bağlı müraciət edirlər.

- Xarakter olaraq necə birisiniz?

- İradəli, əzmkar, inadkar və daxili tarazlığımı qoruyub saxlamağa meylli olan biriyəm.

- Ailəlisinizmi?

- Bəli.

- Bir psixoloq olaraq nəyə " yox " deyirsiniz?

- Bir qadın psixoloqu və insan olaraq dünyada uşaqlara və xanımlara qarşı hər növ zorakılığa (psixi, emosional, fiziki, cinsi) “Yox” deyirəm.

- Oxuculara nə məsləhət görürsünüz?

- Pasientlərimə daim etdiyim tövsiyəmi burada oxuculara da bildirmək istərdim: sizə hər hansı mütəxəssis və ya sevdiyiniz, önəm verdiyiniz yaxınınız, doğmanız nə məsləhət verirsə versin, ilk öncə, daxili səsinizi dinləyin! O, hər zaman haqlıdır.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Əslində, son illərdə sahəmi daha dərindən öyrəndikcə fərqinə varıram ki, bu sənət özü məni seçib, mən onu yox (nə qədər qeyri-təvazökar səslənsə də)! Hər şey İlahi axında baş verdi. Çünki bir gün peşəkar səviyyədə bu işə gələcəyim heç ağlıma gəlməzdi. Və bu sahəyə gələrkən heç ağlıma gəlməzdi ki, insanların ruhu bu qədər yorğun və bitkindir, heç ağlıma da gəlməzdi ki, bir-birindən ağır həyat yaşamış bu qədər ailələr, bu qədər acı talelər var…
Əlaqə nömrəsi (050) 377 14 21 (zəng)
(070) 862 44 77 (Whatsapp)

İnstagram: @arzucoach @reiki.az @myhumandesign.az
Vebsayt: less.az


Psixoloq, Kouç Arzu Kərimova: "Bu sahəyə gələrkən heç ağlıma gəlməzdi ki, insanların ruhu bu qədər yorğun və bitkindir"
Psixoloq, Kouç Arzu Kərimova: "Bu sahəyə gələrkən heç ağlıma gəlməzdi ki, insanların ruhu bu qədər yorğun və bitkindir"
Psixoloq, Kouç Arzu Kərimova: "Bu sahəyə gələrkən heç ağlıma gəlməzdi ki, insanların ruhu bu qədər yorğun və bitkindir"
Psixoloq, Kouç Arzu Kərimova: "Bu sahəyə gələrkən heç ağlıma gəlməzdi ki, insanların ruhu bu qədər yorğun və bitkindir"
Psixoloq, Kouç Arzu Kərimova: "Bu sahəyə gələrkən heç ağlıma gəlməzdi ki, insanların ruhu bu qədər yorğun və bitkindir"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...