Anons

Bu gün, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Bu gün, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Bu gün, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Bu gün, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Bu gün, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Dünən, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünən, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Dünən, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Dünən, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Dünən, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Dünən, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Dünən, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Dünən, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Dünən, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Dünən, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

Haqqımızda Əlaqə

Defektoloq-loqoped Nazlı İbrahimova: “Gecikmiş müalicəyə və uşaqlara qarşı aqressiyaya qarşıyam”

Tarix:1-08-2022, 16:17

Defektoloq-loqoped  Nazlı İbrahimova: “Gecikmiş müalicəyə və uşaqlara qarşı aqressiyaya qarşıyam”
- Nazlı xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- İlk öncə onu deyə bilərəm ki, mənim ən böyük dəstəkçim elə özüm və ailəmdir.Bu sahənin çətinlikərini bildiyimə baxmayaraq özümə olan inamım məndə heçbir şübhə hissi yaratmadı. Ən əsası uşaqlara və sahəmə olan sevgim mənə əmin addimlara irəliləməyə kömək oldu. Çətin və məsuliyyətli bir iş olmasina baxmayaraq aldığım gözəl nəticələr və ən əsası problemlərini aradan qaldırdığımız uşaqların, xüsusən də onların valideynlərinin sevincini görmək məni dahada ruhlandırdi və öz işimlə fəxr etməyimə səbəb oldu .

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Uzun müddətdir ki ,bu sahədə fəaliyyət gostərirəm.

- İş prinsipiniz nədən ibarətdir?

- Təbii ki ən əsası müraciət edən pasientə fərdi olaraq xüsusi diqqətlə yanaşmaq,düzgün diaqnoz qoymaq və müalicə müddətində təyin olunan metodları düzgün tətbiq etməkdir.Bəzən uşağın valideynlərinin də psixologiyasına diqqət yetirərək uşaqların problemlərinin başlıca səbəbini aydınlaşdırıram.Bütün pasientlərim mənim üçün doğmadır hər birinə diqqətlə yanaşıb onlarla fərqli bağ qururam.

- Öz sahənizə adi hansı işləri icra edirsiniz?

- Təbii ki, defektoloq və loqoped kimi bu sahələrə aid olan bütün işləri icra edirəm.

- Son zamanlarda siz ən çox nə ilə bağlı müraciətlər olur?

- Günümüzdə uşaqlar arasında ən aktual problemlərdən olan autizm ,nitq geriliyi ,uşaqlarda davranış pozuntusu ,kəkələmə .dislaliya(ən çox Rotasizm yəni "R"səsi)ile bağlı müraciət edirlər.

- Xarakter olaraq necə birisiniz?

- Olduqca səbrli ,qayğıkeş ,prinsipial və mükəməliyyətçi biriyəm.

- Ailəlisinizmi?

- Xeyr ,hal-hazırda subayam.

- Bir mütəxəssis olaraq nəyə “yox” deyirsiniz?

- Gecikmiş müalicəyə,uşaqlara tətbiq edilən gərəksiz dərmanlara ,müalicə metodu adı altında uşaqlara qarşı aqressiyaya qarşıyam.

- Oxuculara nə məsləhət görürsünüz?

- Mənim fikrimcə sağlam uşaq ən böyük sərvətdir..Uşaqları 6 ayından etibarən müşahidə etmələrini məsləhət görürəm və ən əsası uşağın nitqindəki geriliyi "zamanla düzələr ,ata ana babasındada belə bir problem var idi" deyib uşaqların gələcəyini risk altına atmasınlar.Hətta bəzi hallarda valideynlər uşaqda hər hansı bir gerilik və ya qüsur olduğunu qəbul etmək istəmirlər,nəticə etibarilə də uşaqlar müalicə olunmali yaş dövrlərin ötürürlər.Belə olan halda asanlıqla aradan qaldırıla bilən problemlər gecikmə səbəbi ilə uşaqlarin sonraki inkişaf dövrlərində onlara böyük problemlər yaratmış olur. Yəni uşaqlar üçün erkən müalicə gələcəkdəki fəlakətin qarşısını almaq deməkdir.

- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Uşaqların dilini çözüb onlarla yaranan bağlılığın və onların güvənlərini qazanmağın çətinliyini və hər bir uşağın fərqli bir dünya olduğunu bilməzdim.

Əlaqə nömrəsi: (051) 544 22 24
İnstagram:defektoloq_loqoped_nazliскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...