Anons

Bu gün, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Bu gün, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Dünən, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünən, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Dünən, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Dünən, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Dünən, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Dünən, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Dünən, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Dünən, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Dünən, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Dünən, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

22-04-2024, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22-04-2024, 22:34- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

22-04-2024, 21:49- İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

Haqqımızda Əlaqə

Fəlsəfə doktoru proqramı üzrə dissertant, BQU-nun Psixologiya kafedrasının baş müəllimi, Psixoloq Nərmin Abdullayeva: “Ağlıma gəlməzdi ki, bu sahə ruhumun mənəvi qidası olacaq”

Tarix:1-08-2022, 11:32

Fəlsəfə doktoru proqramı üzrə dissertant, BQU-nun Psixologiya kafedrasının baş müəllimi, Psixoloq Nərmin Abdullayeva: “Ağlıma gəlməzdi ki, bu sahə ruhumun mənəvi qidası olacaq”
-Nərmin xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

-Psixoloq peşəsinin insan-insan tipli peşələrdən olması, bu sahəyə olan dərin marağım və ən əsası, problem yaşayan insanlara, ailələrə yardım etməklə bağlı məqsədim məni bu sahəyə gətirdi.

-Artıq neçə ildir ki, bu sahədəsiniz?

-Artıq on ildir ki, bu sahədə fəliyyət göstərirəm.

-İş prinsipiniz nədən ibarətdir?

-Uşaq, yeniyetmə və yetkinlərlə iş prinsipləri fərqlidir. Uşaq və yeniyetmələrlə işləyərkən psixoloji işin sonunda əldə ediləcək nəticə 3 şəxsin payına düşür, yəni uşaq, valideyn, psixoloq arasında məsuliyyət bərabər bölünür. Bu barədə valideynə əvvəldən məlumat verirəm, necə deyərlər, şərti şumda kəsməkdə fayda var. Valideyn bilməlidir ki, təkcə övladını psixoloq qəbuluna gətirməklə və ödəniş etməklə iş bitmir, seanslara davamlılıq, ev tapşırıqlarının hazırlanmasına nəzarət, ümumi nəzarət, bu müddətdə üzərilərinə düşən öhdəlikləri yerinə yetirmək, davranış kontraktına uyğun uşağa davranmaq və s. lazımdır. Bu tələblər ödənmədiyi halda apardığımız psixoloji işin effekti olmur. Məsələn, təcrübədə görürük ki, uşaqda davranış pozuntusu yaradan, problemi ağırlaşdıran və dövr etdirən səbəb daha çox ailənin uşağa rəftar və davranışı, ünsiyyət və münasibəti ilə bağlı olur. Və bu səbəblər aradan qalxmadıqca aparılan iş qar yağdığı halda qapının önündəki qarı təmizləməyə bənzəyir.
Yetkinlərlə işləyərkən nəticə almaq psixoloji yardım alan şəxsin daha çox özündən asılıdır, burada psixoloqun görəcəyi iş 40%-dir.

-Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

-Psixologiya üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün dissertasiya işim üzərində çalışıram. 2015-ci ildən başlayaraq Psixologiya kafedrasında Psixologiyanın müxtəlif sahələrini tədris edirəm. Həmçinin praktik psixoloq kimi fəaliyyət göstərirəm. Mütəmadi olaraq psixoloji seminar, təlim, konfranslarda iştirak edərək şəxsi inkişafla məşğul oluram. Yeni fəaliyyətə başlayan psixoloq və Psixologiya ixtisaslarının tələbələrinə “Praktik psixoloq hazırlığı proqramı” üzrə fərdi və qrup təlimləri təşkil edirəm. Vaxt tapdıqca psixoloji maarifləndirmə məqsədli yazılar yazıram.

-Hansı yaş dövrü ilə işləyirsiniz?

-Uşaq, yeniyetmə və böyüklərlə, tipik problemlərlə işləyirəm.

-İnsanlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?

Aşağıdakı istiqamətlər üzrə psixoloji xidmət göstərirəm:
-Psixoloji müayinə (Psixoloji Diaqnostika);
-Psixoloji Konsultasiya (Psixoloji Məsləhət);
-Psixoloji Korreksiya və Psixoterapiya (Problemin aradan qaldırılması).

Aşağıdakı psixoloji problemlərlə işləyirəm:
-Müxtəlif təşviş (həyəcan) pozuntuları - qayğı pozuntusu, selektiv mutizm, spesifik fobiyalar, sosial fobiya, aqorafobiya, panik atak;
-Obsessiv-kompulsiv pozuntu (OKP) (təmizlik, çirklənmə obsessiyası və s.);
-Travma sonrası stress pozuntusu (Posttravmatik stress pozuntusu);
-Yas;
-Stress (gərginlik);
-Depressiya;
-Frustrasiya;
-İntihar;
-Ailədaxili konfliktlər (münaqişə) və boşanmalar;
-Ailəyə psixoloji hazırlıq;
-Mükəmməlliyətçilik kompleksi,
-Diqqət və yaddaş problemləri;
-Uşaqlarda müxtəlif davranış pozuntuları- impulsiv və antisosial davranış, aqressiya, yalan danışma, yuxu problemləri, dırnaq yemə, enurez, utancaqlıq, qorxular, diqqət əskikliyi və hiperaktivlik pozuntusu, tik pozuntusu;
-Özgüvən əskikliyi;
-İnternet asılılığı (oyun asılılığı);
-Ünsiyyət problemləri;
-Kəkələmə;
-İmtahan həyəcanı;
-Öyrənmə çətinliyi (Disleksiya);
-Təlimdə geridə qalma;
-Təlim motivasiyasının aşağı olması;
-Məktəbə psixoloji hazırlıq;
-Psixi inkişaf və nitq ləngiməsi.

-Xarakter olaraq necə birisiniz?

-Ambivert biriyəm, yəni lazım gələndə tipik introvertlər kimi öz daxili aləmimə, düşüncələrimə mərkəzləşirəm, lazım gələndə tipik ekstrovertlər kimi xarici aləmə qoşulub ətrafa asan bələdləşirəm.

-Ailəlisinizmi?

-2010-cu ildə bəri ailəliyəm, 2 övladım var.

-Bir psixoloq olaraq nəyə " yox " deyirsiniz?

-Psixologiya ixtisası olmayan şəxslərə praktik psixologiyanı öyrətməyə yox deyirəm və öyrətmirəm.

-Oxuculara nə məsləhət görürsünüz?

-Psixi sağlamlıqlarının qayğısına qalsınlar, ehtiyac olduğu təqdirdə, psixoloqa müraciət etməkdən çəkinməsinlər. Vaxtında və doğru mütəxəssisə müraciət etsinlər ki, problem ağırlaşmasın və problemə düzgün müdaxilə olunsun. Psixoloq onları anlayan, onların da özlərini, başqalarını, ümumiyyətlə, baş verənləri anlamağına yardımçı olan şəxsdir. Həmçinin bilsinlər ki, psixoloqa təkcə problem yaşayan insanlar müraciət etmirlər. Məsələn, ailə həyatında problem yaşamasınlar deyə gənclər, cütlüklər ailəyə psixoloji hazırlıq üçün psixoloqa müraciət edirlər.

-Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

-Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, Psixologiya həyat sahəmdə çox böyük yer tutacaq, ruhumun mənəvi qidası olacaq.

Psixoloqla əlaqə: +994552591476;
+994516241476.
Fəlsəfə doktoru proqramı üzrə dissertant, BQU-nun Psixologiya kafedrasının baş müəllimi, Psixoloq Nərmin Abdullayeva: “Ağlıma gəlməzdi ki, bu sahə ruhumun mənəvi qidası olacaq”
Fəlsəfə doktoru proqramı üzrə dissertant, BQU-nun Psixologiya kafedrasının baş müəllimi, Psixoloq Nərmin Abdullayeva: “Ağlıma gəlməzdi ki, bu sahə ruhumun mənəvi qidası olacaq”
Fəlsəfə doktoru proqramı üzrə dissertant, BQU-nun Psixologiya kafedrasının baş müəllimi, Psixoloq Nərmin Abdullayeva: “Ağlıma gəlməzdi ki, bu sahə ruhumun mənəvi qidası olacaq”
Fəlsəfə doktoru proqramı üzrə dissertant, BQU-nun Psixologiya kafedrasının baş müəllimi, Psixoloq Nərmin Abdullayeva: “Ağlıma gəlməzdi ki, bu sahə ruhumun mənəvi qidası olacaq”
Fəlsəfə doktoru proqramı üzrə dissertant, BQU-nun Psixologiya kafedrasının baş müəllimi, Psixoloq Nərmin Abdullayeva: “Ağlıma gəlməzdi ki, bu sahə ruhumun mənəvi qidası olacaq”
Fəlsəfə doktoru proqramı üzrə dissertant, BQU-nun Psixologiya kafedrasının baş müəllimi, Psixoloq Nərmin Abdullayeva: “Ağlıma gəlməzdi ki, bu sahə ruhumun mənəvi qidası olacaq”
Fəlsəfə doktoru proqramı üzrə dissertant, BQU-nun Psixologiya kafedrasının baş müəllimi, Psixoloq Nərmin Abdullayeva: “Ağlıma gəlməzdi ki, bu sahə ruhumun mənəvi qidası olacaq”
Fəlsəfə doktoru proqramı üzrə dissertant, BQU-nun Psixologiya kafedrasının baş müəllimi, Psixoloq Nərmin Abdullayeva: “Ağlıma gəlməzdi ki, bu sahə ruhumun mənəvi qidası olacaq”
Fəlsəfə doktoru proqramı üzrə dissertant, BQU-nun Psixologiya kafedrasının baş müəllimi, Psixoloq Nərmin Abdullayeva: “Ağlıma gəlməzdi ki, bu sahə ruhumun mənəvi qidası olacaq”
Fəlsəfə doktoru proqramı üzrə dissertant, BQU-nun Psixologiya kafedrasının baş müəllimi, Psixoloq Nərmin Abdullayeva: “Ağlıma gəlməzdi ki, bu sahə ruhumun mənəvi qidası olacaq”скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...