Anons

Bu gün, 14:58- Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Bu gün, 12:03- Nə oldu, Makron? - AKTUAL

Bu gün, 10:54- 271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:47- Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

18-04-2024, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Haqqımızda Əlaqə

Psixoloq Gültəkin Muradova: "İnsanları dinləməyi çox sevirəm"

Tarix:27-07-2022, 15:53

Psixoloq Gültəkin Muradova: "İnsanları dinləməyi çox sevirəm"

- Gültəkin xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Lap kiçik yaşlarımdan insanların eyni hislərə fərqli-fərqli reaksiyalar verdiyini izləməyi çox sevərdim və bunun niyə olduğunu çox düşünərdim. Məsələn, insanlar eyni kədərə fərqli reaksiyalar verirlər. Bu, sevinc anlarında da bele olur. Bunu araşdırmaq üçün psixologiya elmini araşdırdım və bu sahəyə gəldim.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- On ildən artıqdır ki, bu sahədə fəaliyyət göstərirəm.

- İş prinsipiniz nədən ibarətdir?

- Mən həm Yaşam Koçluğu edirəm, həm də sərbəst psixoloq kimi çalışıram. Mənə müraciət edənləri öz ofisimdə qəbul edirəm və onların psixoloji durumlarına uyğun olaraq söhbətlər aparıram . Bu, bəzi hallarda həftədə bir dəfə, bəzi hallarda ayda bir dəfə, iki dəfə və s. olur. Psixoloji durumu isə analizlər vasitəsilə təyin edirəm.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Mənə müraciət edən insanlarla öz ofisimdə ilk tanışlıq görüşü təyin edirəm. Tanışlıq görüşməsi bəzən üzbəüz yox, onlayn olur. Sonra həmin insaların ruh halına baxaraq görüş planlaşdırırıq. Həmin görüşlərdə də pasientlərə lazımı psixoloji dəstək verirəm.

- İnsanlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?

- Daha çox depressiya, panik-atak, qayğı pozuntuları, yeniyetməlik dövründə yaşanan problemlər və s. məsələlərlə bağlı müraciətlər olur.\

- Xarakter olaraq necə birisiniz?

- Psixologiyada yaşlı xarakter deyilən bir xarakter var. Mən öz xarakterimi yaşlı xarakter kimi qiymətləndirirəm. Hər bir duruma uyğunlaşmağı bacaran, insanlarla söhbət etməyi, insanları dinləməyi sevən biriyəm.

- Ailəlisinizmi?

- Ailəliyəm. İki qızım, bir oğlum var.

- Bir psixoloq olaraq nəyə “yox” deyirsiniz?

- Gənclərin tərbiyəsində verilən səhvlərə “yox” deyirəm. Çünki indi tərbiyə veriləndə çox böyük səhvlərə yol verilir. Bu nədən ibarətdir? Bir gülə çox su verərsənsə, o suyun çoxluğundan çürüyür. Az su verdikdə isə quruyar. İndiki gənclərimizə də tərbiyə bu formada verilir. Bəzi valideynlər işin çoxluğunda övladlarını diqqətsiz və sevgisiz qoyurlar. Bu da onların çiçək kimi “qurumağına” səbəb olur və onlar səhv yola istiqamətlənirlər. Digər tərbiyə metodunda isə uşaqlar həddindən artıq əzizlənirlər və bu da onların şıltaq, ərköyün olmaqlarına gətirib çıxardır. Buna görə də, valideynlər uşaq sahibi olmamışdan öncə uşaq psixologiyasına dair kitablar oxumalı və uşaq psixoloqları ilə görüşüb məsləhətlər almalıdırlar.

- Oxuculara nə məsləhət görürsünüz?

- Psixoloq demək psixiatr demək deyil. Birinə “psixoloqa müraciət et” deyəndə onu təhqir kimi qarşılamasınlar. Biz psixoloqlar “dəli” həkimi deyilik. Bizə müraciət etməkdən çəkinməsinlər.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, mənim yanıma gələnlər bir gün mənə həkim deyə müraciət edəcəklər.

Əlaqə nömrəsi: (051) 359 46 41

(050) 867 32 57

Psixoloq Gültəkin Muradova: "İnsanları dinləməyi çox sevirəm"
Psixoloq Gültəkin Muradova: "İnsanları dinləməyi çox sevirəm"
Psixoloq Gültəkin Muradova: "İnsanları dinləməyi çox sevirəm"
Psixoloq Gültəkin Muradova: "İnsanları dinləməyi çox sevirəm"
Psixoloq Gültəkin Muradova: "İnsanları dinləməyi çox sevirəm"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...