Anons

Bu gün, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Bu gün, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Bu gün, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

Dünən, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

Dünən, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

Dünən, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

Dünən, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

Dünən, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dünən, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

Dünən, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

Dünən, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Dünən, 13:35- İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Dünən, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Dünən, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Dünən, 10:53- “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR

Dünən, 10:06- Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...

Dünən, 09:14- AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər

1-05-2024, 19:11- “Bunun sonu faciə olacaq” - Prezident

1-05-2024, 16:37- Bu televiziyaya rəhbər gətirildi - FOTO

1-05-2024, 16:01- Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT

Haqqımızda Əlaqə

Cərrah mama-ginekoloq Pərvin Seyidova: "Bu sevgiyə görə bütün çətinliklərə sinə gərmişəm"

Tarix:25-07-2022, 17:19

Cərrah mama-ginekoloq Pərvin Seyidova: "Bu sevgiyə görə bütün çətinliklərə sinə gərmişəm"
- Pərvin xanım, necə oldu ki, həkim oldunuz?

- Həkim olmaq mənim uşaqlıq arzum olub. Həmişə həkimlərin işinə baxıb həsəd aparırdım. Onların insanlara yardım etdiyini gördükcə, bu sahəyə marağım daha da artırdı. Xüsusən də, ginekologiya sahəsinə. Ona görə də, arzularımın ardınca getdim və həkim oldum. Nə yaxşı ki, bu sahəni seçdim. İşimi çox sevirəm.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq 11 ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.

- İş prinsipiniz nədən ibarətdir?

- Mən pasienlərimə pasinet kimi yox, onlara ailəmin bir üzvü kimi baxıram. Yaxud da, özümü onların bir ailə üzvü kimi təsəvvür edirəm. Əsas iş prinsipim budur.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Ginekologiyaya aid bütün müayinə, müalicə və əməliyyatları icra edirəm.

- Son zamanlarda sizi narahat edən məsələ nədir?

- Bizdə son zamanlar hamiləlik sanki önə keçib, ginekologiya isə arxa planda qalıb. Xanımlarımız rutin müayinələrə, demək olar ki, gəlmirlər. Ümumiyyətlə, bu sahədə maarifləndirmə çox azdır.

- Xarakter olaraq necə birisiniz?

- Çox mülayim və sadə biriyəm.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm.

- Ailə həyatı ilə həkimlik alınırmı?

- Çətin olsa da, balanslaşdırmağa çalışırıq.

- Bir ginekoloq olaraq nəyə “yox” deyirsiniz?

- Bəzi prosedurlar və kontrollar var ki, pasient istəsə də, biz ona “yox” deiyrik.

- Xanımlara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, öz sağlamlıqlarının qeydinə qalsınlar. Əgər bir xanımın cinsi həyatı aktivdirsə, onun ginekoloqa hər zaman ehtiyacı var. Şikayət olmaya da bilər, yaxud da ən son məqamda ola bilər. Ona görə də, ildə ən azı bir dəfə ginekoloq müayinəsindən keçmələri məsləhətdir. Çünki vaxtında olunan müdaxilə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bu işin bu qədər çətinliyi olar. Bütün çətinliklərə baxmayaraq işimizi sevirik. Bəlkə də elə bu sevgiyə görə bütün çətinliklərə sinə gərməyi bacarırıq.

Əlaqə nömrəsi: (050) 782 50 18

Cərrah mama-ginekoloq Pərvin Seyidova: "Bu sevgiyə görə bütün çətinliklərə sinə gərmişəm"
Cərrah mama-ginekoloq Pərvin Seyidova: "Bu sevgiyə görə bütün çətinliklərə sinə gərmişəm"
Cərrah mama-ginekoloq Pərvin Seyidova: "Bu sevgiyə görə bütün çətinliklərə sinə gərmişəm"
Cərrah mama-ginekoloq Pərvin Seyidova: "Bu sevgiyə görə bütün çətinliklərə sinə gərmişəm"
Cərrah mama-ginekoloq Pərvin Seyidova: "Bu sevgiyə görə bütün çətinliklərə sinə gərmişəm"
Cərrah mama-ginekoloq Pərvin Seyidova: "Bu sevgiyə görə bütün çətinliklərə sinə gərmişəm"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...