Anons

Bu gün, 16:11- "Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

Bu gün, 14:58- Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Bu gün, 12:03- Nə oldu, Makron? - AKTUAL

Bu gün, 10:54- 271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:47- Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Haqqımızda Əlaqə

Pediatr-uşaq xəstəlikləri üzrə mütəxəssis Aytəkin Xəlilova: "İnsanların özbaşına müalicəyə başlaması ən yaralı yerimdir"

Tarix:1-07-2022, 14:42

Pediatr-uşaq xəstəlikləri üzrə mütəxəssis Aytəkin Xəlilova: "İnsanların özbaşına müalicəyə başlaması ən yaralı yerimdir"

- Aytəkin xanım, necə oldu ki, həkim oldunuz?

- Həkim peşəsi lap uşaglıqdan mənim üçün şərəfli peşə olub. "Ağ xalatlı xilasedicilər" kimi görürdüm həkimləri. Müəllimlərim və ailəmin də bu seçimi etməmdə rolu böyükdür.

- Artıq necə ildir ki, bu sahədəsiniz?

- Artıq 5 ildir ki, bu sahədəyəm. Universiteti fərqlənmə ilə bitirib, rezidenturaya qəbul olmuşam. Pediatriya düşündüyümdən də geniş, dərin sahədir. 0-18 yaş arası pasientləri əhatə etsə də, əksərən 10 yaş altı xəstələr daha çoxluq təşkil edir. Onların şirin söhbətləri işin ən gözəl tərəflərindən biridir.

- İş prinsipiniz nədən ibarətdir?

- Məncə bir insanın ümidi olmaq, onu sağlamlığına qovuşdurduqdan sonrakı məmnuniyyət hissini heç bir şey əvəz edə bilməz. Hər bir həkimin iş prinsipi fərqli olsa da ilk öncəlik xəstənin düzgün müalicə ilə sağalmasına yönəlməlidir deyə düşünürəm.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Öz sahəm üzrə bütün işləri icra edirəm. Lakin bununla kifayətlənməyib, yeni tədqiqatların hər birini izləyir, elmi konfranslarda iştirak etməyi özümə borc bilirəm. Çünki tibb elmi daim yeniliklərlə doludur. Buna görə də bir həkim həmişə öz üzərində işləyib, özünü təkmilləşdirməlidir.

- İnsanlar sizə daha çox ilə bağlı müraciət edirlə?

- İnsanlar daha çox iştahasızlıq, yuxarı tənəffüs yollarının infeksiyası, diareya, ishal şikayətləri ilə müraciət edirlər. Uşaqlar baxça, məktəb kimi kollektiv ortamlarda daha çox olduqları üçün yoluxucu xəstəliklər əksəriyyət təşkil edir.

- Xarakter olaraq necə birisiniz?

- Xarakter olaraq mehriban, zarafatcıl, açıq sözlü və realist biriyəm. Uşaqlarla asanlıqla dil tapıb yola gedirik.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm. Şirin bir oğlum var - Xəlilim. Allah hamıya övladını sağlam, xöşbəxt böyütməyi qismət eləsin.

- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?

- Bir həkim olaraq "yox" dediyim şey: İnsanların kortəbii şəkildə, qohum, qonşu, tv, aptek, internetdən əldə elədiyi hər hansı məlumata əsasən özbaşına müalicəyə başlamasıdır. Bu mənim ən yaralı yerimdir.

- Oxuculara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, istər uşaq, istər böyük olsun nəsə xoşagəlməz əlamət və ya narahatlıq, xəstəlik başlayıbsa ilk olaraq həkimə müraciət edilməlidir. Əsassız müalicə gözlənilməyən ağırlaşmalara da səbəb ola bilər. İkincisi: Hər bir insan sağlamlığının Allah tərəfdən ona verilmiş ən böyük mükafat olduğunu dərk edib onun qayğısına qalmalıdır. Zərərli vərdişlər, gərəksiz stress, əsəbdən uzaq olmaq lazımdır.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, (bəlkə də təkrarçılığa yol vermiş olacam) bəzi insanlar az əvvəl dediyim kimi ətrafdan eşitdiyi hər hansı məlumata əsasən müalicəyə başlayır. (Kiçik bir hadisə danışım. Bazar günü səhər bir xəstənin zənginə cavab verirəm. Salam Doktor uşaq hələ sağalmayıb, hətta daha pis öskürür, ağırlaşıb. Mən təəccübləndim ki, necə yəni ağırlaşıb? Soruşdum ki, müalicəni 1 həftədir edirsiz hələ düzəlmə yoxdur? Ola bilməz. Və mənə cavab olaraq valideyn dedi ki, yox müalicəyə hələ başlamamışıq. Fikirləşdik keçib gedər. Ama indi ağırlaşıb, reseptdə yazdıqlarınızdan hansı daha vacibdirsə onu alım? Bu hadisə yadımdan çıxmır. Və çox təəssüf ki, mən, eləcə də həmkarlarım dəfələrlə bu əsassız, düzgün getməyən müalicənin nəticəsində xəstəliyin ağırlaşması ilə rastlaşırıq. Bu isə həm xəstə, həm valideyn üçün çox ağırdır. İnsan üçün övladının sağlığından önəmli heç bir şey yoxdur. Amma bəzən insanlar özləri də bilmədən buna çox soyuqqanlı yanaşır. Ümid edirəm ki, gələcəkdə belə hallarla daha az qarşılaşarıq.

Əlaqə nömrəsi: (050) 303 81 11

İnstagram: @dr.aytekin_xelil

Pediatr-uşaq xəstəlikləri üzrə mütəxəssis Aytəkin Xəlilova: "İnsanların özbaşına müalicəyə başlaması ən yaralı yerimdir"
Pediatr-uşaq xəstəlikləri üzrə mütəxəssis Aytəkin Xəlilova: "İnsanların özbaşına müalicəyə başlaması ən yaralı yerimdir"
Pediatr-uşaq xəstəlikləri üzrə mütəxəssis Aytəkin Xəlilova: "İnsanların özbaşına müalicəyə başlaması ən yaralı yerimdir"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...