24-06-2022, 17:17- Defektoloq-Loqoped Şəbnəm Əsgərova: "Öz işimin fanatıyam"
24-06-2022, 16:55- Əcnəbiləri ölkə ərazisinə qanunsuz keçirən şəxslər saxlanılıb
24-06-2022, 16:51- Azərbaycanda 17 nəfər COVID-19-a yoluxub, 1 nəfər ölüb
24-06-2022, 16:23- Xalça Muzeyində qurama nümunələrindən ibarət sərgi açılacaq
24-06-2022, 15:38- Azərbaycanda psixatrop maddə istifadəçiləri artıb - RƏSMİ
24-06-2022, 15:09- Bu bağçalara uşaq qəbulu sərbəstdir - Nazirlik
24-06-2022, 14:42- ANAMA sədri BQXK-nın nümayəndələri ilə görüşüb
24-06-2022, 13:58- Sabah 37 dərəcə isti olacaq
24-06-2022, 13:27- Bu gün planetlər paradı olacaq
24-06-2022, 13:00- “Space” TV-yə ciddi xəbərdarlıq olunub
24-06-2022, 12:33- Hərbi orkestrlərin yürüşləri olacaq - SİYAHI
24-06-2022, 12:05- Azərbaycanda KOB İnkişaf Fondu yaradılır
24-06-2022, 11:46- FHN-in amfibiya təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb
24-06-2022, 11:19- Azərbaycan nümayəndəsi BMT-nin Komitəsinə üzv seçilib
24-06-2022, 10:51- Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
24-06-2022, 10:24- Peşə bayramın mübarək, qalib Azərbaycan əsgəri
24-06-2022, 10:00- Millət vəkili və YAP Qaradağ rayon təşkilatının sədri Lökbatan qəsəbəsində bir qrup vətəndaşı qəbul ediblər
23-06-2022, 16:17- Ukraynada 152 mədəni abidə qismən və ya tamamilə dağıdılıb
23-06-2022, 15:56- Azərbaycan-Gürcüstan təhsil sahəsi üzrə əməkdaşlıq Sazişi təsdiqlənib
23-06-2022, 15:23- Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM
- Günel xanım, necə oldu ki, həkim oldunuz?
- Həkimlik peşəsi mənim uşaqlıq arzum olub. Peşəmi çox sevdiyimə görə istər universitet illərində, istərsə də işlədiyim dövrdə çəkdiyim zəhmətlər mənə xoş təsir bağışlayıb.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- İyirmi ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipim xəstələrə yardım etməkdir. Əlbəttə, bir həkim kimi ilk növbədə yüksək səviyyədə müalicə aparmağa çalışıram.
Lakin bir həkim həm də yaxşı psixoloq olmalıdı. Pasient həkimə müraciət edirsə deməli ya xəstədir, ya da fiziki, psixoloji, ruhi sıxıntısı var. Həkim bütün bunları anlamalı və müalicə ilə yanaşı öz pasientinə psixoloji kömək etməlidi. Pasient həkimlə görüşdən dərhal sonra psixoloji rahatlıq tapmalıdı, müalicənin effektini hiss etməyə isə, əlbəttə, zaman lazım olur.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən həkim-terapevtəm. Mənim iş fəaliyyətim əsasən
xəstələrin müayinəsi və konservativ müalicəsindən ibarətdir. Həmçinin bir sıra xəstəliklərin erkən aşkar olunması və inkişafının qarşısını almaq üçün check up müayinələr aparıram. Pasientlərin fərdi risqlərini aşkar etmək, bunun qarşısının alınma tədbirləri, sağlam həyat tərzi keçirmək haqqında maariflənmə aparıram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Mənim profilim geniş olduğundan çox problemlərlə müraciət edirlər. Yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri, mədə-bağırsaq xəstəlikləri, piylənmə və onun səbəb olduğu xəstəliklər, bronx-ağciyər xəstəlikləri və s.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç övladım var.
- Bir həkim olaraq nəyə "yox" deyirisiniz?
- Cəmiyyətdə müəyyən yer tutmuş bir Azərbaycan vətəndaşı kimi ilk növbədə qadın və uşaq hüquqlarının pozulmasına, qadın və uşaqlara şiddətə “yox” deyirəm.
Həkim olaraq insanların sağlamlıqlarına biganə yanaşmağına, xəstələnən zaman həkimə gec müraciət edərək müalicəni çətinləşdirmələrinə, zərərli vərdişlərinə (siqaret çəkmə, alkoqollu və energetik içkilər, fast-food qidalar və s.) “yox” deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Zahirən sağlam görünsəniz belə ən azı ildə 1 dəfə TERAPEVT müayinəsində olun və sizə uyğun tərtib olunmuş CHECK-UP proqramından keçin. Məqsəd odurki, xəstəliklər üzə çıxmadan aşkar olunsun, risqlər müəyyənləşsin, insanların ömrü uzansın və həyat keyfiyyəti yüksəlsin.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, ədəbiyyatlarda oxuduğumuz pandemiya bir zaman həyatımızda reallaşacaq. Bir həkim kimi sutkanın 20 saatını xəstələrə həsr edib, 4 saatını məcbur yatacam. Övladlarımı diqqətdən kənarda qoyacam. Distant yolla, görüb - müayinə etmədən, telefon danışığı və vatsap vasitəsilə xəstələrin vəziyyətini qiymətləndirib müalicə edəcəm.
Əlaqə nömrəsi: (055) 613 01 30