Anons

Bu gün, 16:49- Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

Bu gün, 15:15- Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı -VİDEO

Bu gün, 14:14- Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...

Bu gün, 13:38- Əli Əsədov Türkiyəyə səfər edəcək

Bu gün, 11:55- "Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..." - Jurnalist həbsdən MÜRACİƏT YAYDI

Bu gün, 10:57- Cahangir Əsgərovun kürəkəni ABŞ-da "Qazelli" adında villasını turistlərə kirayə verir

Dünən, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

Dünən, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

Dünən, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

Dünən, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

Dünən, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

Dünən, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

Dünən, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

Dünən, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

Dünən, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Dünən, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Dünən, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Dünən, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

2-05-2024, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

2-05-2024, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

Haqqımızda Əlaqə

Gənc xanəndə Mədinə Muradova: "Gələcəkdə özümü böyük səhnələrdə görürəm"

Tarix:7-06-2022, 14:26

Gənc xanəndə Mədinə Muradova: "Gələcəkdə özümü böyük səhnələrdə görürəm"
- Mədinə xanım, necə oldu ki, xanəndə oldunuz?

- Kiçik yaşlarımdan musiqiyə həvəsim çox idi. Ailəm də bu marağımı və səsimi kəşf edib məni Sabunçu rayonu 4 nömrəli musiqi məktəbinə yazdırdılar.

- Harada və kimlərdən təhsil alırsınız?

- Sabunçu rayonu 4 nömrəli musiqi məktəbində, xanəndə Səbinə Ərəblidən dərs alıram.

- Bir xanəndə olaraq özünüzdə hansı fərqlilikləri görürsünüz?

- Hələ ki, bu yolda yeni-yeni addımlamağa başlamışam. Ona görə də özümdə xüsusi bir fərqlilik görmürəm. Profesional xanəndə olmaq üçün çalışan, hələ ki, yalnız öyrənmə mərhələsində olan həvəskar xanəndə olduğumu düşünürəm.

- Yaxşı xanəndə olmaq üçün nə etmək lazımdır?

- Yaxşı xanəndə olmaq üçün, ümumiyyətlə işinin ustası olmaq üçün o işə ürək qoymaq lazımdır. Elmdə təkrar biliyin anası olduğu kimi, xanəndəlikdə də təkrar önəmli ünsürlərdəndir. Həm daha düzgün ifa üçün, həm də səsin açılması üçün muğamlarımızı tez-tez təkrarlamaq mütləqdir.

- Başqa bir peşəniz varmı?

- Hələ ki, orta məktəb şagirdiyəm. Amma zamanı gəldiyində profesional xanəndə olmaq və böyük səhnələrdə peşəkar ifaçılarla çıxış etmək arzumdur.

- Gələcəkdə özünüzü harada görürsünüz?

- Gələcəkdə özümü xalqının, tamaşaçılarının könlündə xüsusi yer tutmuş muğam ifaçısı kimi, böyük səhnələrdə görürəm. Həmçinin sənətini şagirdlərinə öyrətmək üçün əlindən gələni edən bir muğam müəllimi kimi də özümü görmək istərdim.

- Hansı müsabiqələrədə iştirak etmisiniz?

- Bir çox müsabiqələrdə iştirak etmişəm. 2020-ci ildə keçirilən III Beynəlxalq World Harmony müsahibəsində həmyaşıdlarım arasında I yerə layiq görülmüşəm. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən təşkil olunmuş, faşizm üzərində qələbənin 75 illiyi münasibətilə keçirilən, 9 May - Qələbə Gününə həsr olunmuş “Qələbəyə doğru!” müsabiqəsində Fəxri Fərmana layiq görülmüşəm. Gənclərin Respublika Bədii Yaradıcılıq Evi tərəfindən keçirilən "Vətən yaxşıdır" müsahibəsində diplomla təltif olunmuşam. Daha sadalamadığım bir çox diplom və təltifnamələrim mövcuddur.

- Son olaraq nə demək istəyirsiniz?

- Son olaraq xanəndə müəllimim Səbinə xanım Ərəbliyə, Sabunçu rayonu 4 nömrəli musiqi məktəbinin kollektivinə, təhsil aldığım Sabunçu rayonu 67 nömrəli tam orta məktəbin kollektivinə, İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyinin bütün nümayəndələrinə, ailəmə və qohumlarıma salamlarımı çatdırıram. Qeyd etmək istəyirəm ki, mənə əziz olan insanların dəstəyi mənim üçün olduqca önəmlidir. Ona görə də hər zaman hər birini dəstəkçim olaraq görməyi diləyirəm.

Gənc xanəndə Mədinə Muradova: "Gələcəkdə özümü böyük səhnələrdə görürəm"
Gənc xanəndə Mədinə Muradova: "Gələcəkdə özümü böyük səhnələrdə görürəm"
Gənc xanəndə Mədinə Muradova: "Gələcəkdə özümü böyük səhnələrdə görürəm"
Gənc xanəndə Mədinə Muradova: "Gələcəkdə özümü böyük səhnələrdə görürəm"
Gənc xanəndə Mədinə Muradova: "Gələcəkdə özümü böyük səhnələrdə görürəm"
Gənc xanəndə Mədinə Muradova: "Gələcəkdə özümü böyük səhnələrdə görürəm"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...