Anons

Dünən, 19:11- “Bunun sonu faciə olacaq” - Prezident

Dünən, 16:37- Bu televiziyaya rəhbər gətirildi - FOTO

Dünən, 16:01- Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT

Dünən, 15:23- Kəlbəcərdə yük maşını aşıb - ölən var

Dünən, 14:45- “Titanik”in aktyoru vəfat etdi

Dünən, 12:44- Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır - BU NƏDİ BELƏ?!

Dünən, 12:06- Tələbə ağır qəzada öldü, dostları yaralandı - Foto

Dünən, 11:18- “Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... - TƏFƏRRÜAT

Dünən, 10:52- "Bütün sosial şəbəkələrdə sizi biabr edəcəm..." - ETİRAZ VAR...

Dünən, 10:48- Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib

Dünən, 10:12- Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir - FOTOFAKT

Dünən, 09:21- Parklarda fəaliyyət göstərən səyyar kababxanalar hansı məmurlarındır? - BU NƏDİ BELƏ?!

30-04-2024, 19:55- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat

30-04-2024, 19:32- `Pomidor oliqarxı`nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

30-04-2024, 18:52- FHN hava ilə bağlı əhaliyə müraciət etdi

30-04-2024, 18:18- Əhali milyonlarla manatını banklardan geri çəkib, yastıq altına "yatırır" - NƏ BAŞ VERİR?

30-04-2024, 15:40- “Access Bank” şəhid atasını məhkəməyə verdi: Kömək edin! - AXI NİYƏ?

30-04-2024, 15:11- Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində satınalma qanunlarının pozulmasına kimlər rəvac verir

30-04-2024, 14:20- Sel suları körpünü uçurdu, sakinlərin torpaq sahəsinə gedən yeganə yol bağlandı... - sakinlər NƏ ETSİN?

30-04-2024, 12:52- "Vüqar Qurbanov deyir ki, xəstələr Bakıya gəlməsin... BƏS HARA GEDƏK?" - NARAZILIQ VAR...

Haqqımızda Əlaqə

Pediatr, pediatr- kardiolog Qiyafət Vəliyeva: "Qohum evliliklərindən yaranan xəstəliklər çox müşahidə edilir"

Tarix:29-04-2022, 14:14

Pediatr, pediatr- kardiolog Qiyafət Vəliyeva: "Qohum evliliklərindən yaranan xəstəliklər çox müşahidə edilir"
- Qiyafət xanım, necə oldu ki, həkim oldunuz?

- Mən həm öz istəyimlə, həm də valideynlərimin məsləhəti ilə bu sahəyə gəldim.

- Niyə məhz pediatriyanı seçdiniz?

- Uşaqları çox sevirəm. Onlarla işləmək mənə zövq verir. Ona görə də pediatr oldum

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq on dörd ildir ki, bu sahədə fəaliyyət gösərirəm.

- Öz sahəniz üzrə hansı işləri görürsünüz?

- Mən əslində pediatram. Amma dörd ilə yaxın xarici mütəxəssisdən kariologiyanı da öyərndim. Avropa pediar-kardioloqlar cəmiyyətinin üzvüyəm. Hal-hazırda həm pediatr, həm də kardioloq olaraq-fəaliyyət göstərirəm. Onu da qeyd edim ki, bu sahə üzrə indi elmi iş üzərində işləyirəm.

- İş prinsipiniz nədən ibarədir?

- Mənim üçün dəqiqlik və məsuliyyət əsasdır. Hər bir uşağa öz övladım kimi yanaşıram. Əsas iş prinsipim budur. Bir də ki, dörd xarici dildə sərbəst danışıram və tibbi fərqli dillərdə daima kəşf edirəm.

- Xarakter olaraq necə birisiniz?

- Dedi-qodunu sevmirəm və düzgünlük tərəfdarıyam. Özümə qarşı hər hansı bir haqsızlıqla qətiyyən barışmıram.

- Son zamanlarda sizə daha çox hansı problemlərlə bağlı müraciət edirlər?

- İndi ən çox müşahidə olunan xəstəliklər qohum evliliklərindən yaranan xəstəliklərdir. Bu məslədə valideynlər maariflənməlidirlər və hər bir valideyn uşaq ana bətninə düşdükdən sonra öz həyat tərzinə və rejiminə düzgün riayət etməlidir.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm.

- Oxuculara nə məsləhət görürsünüz?

- İstərdim ki, səhiyyə sahəsində təhsilimiz daha da mükəmməl olsun. Tələbələr üçün xarici ölkələrdə vaxtaşırı kurslar və konfranslar təşkil edilsə, yaxşı olar.

- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?

- Pasienti görmədən ona telefonla müalicə yazmağa və həkim məsləhəti olmadan dərman preparatlarından istifadə edilməsinə "yox" deyirəm.

- Valideynlərə nə məsləhət görürsünüz?

- Öz övladlarına qarşı diqqətli olsunlar və övladlarını mütəmadi olaraq müayinəyə aparsınlar.

- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamalayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, uşaqlardakı bəzi xəstəliklərin ağırlaşmış formasını görəndə "niyə həkim oldum?!", deyim. Çünki həmin an o "mənəvi əzabı" daşımaq çətin olur. Amma uşaqların gözündə bir parıltı, bir sevinc gördükdə "nə yaxşı ki, həkim oldum", deyirəm.

Əlaqə nömrəsi: (050) 516 71 21

Pediatr, pediatr- kardiolog Qiyafət Vəliyeva: "Qohum evliliklərindən yaranan xəstəliklər çox müşahidə edilir"
Pediatr, pediatr- kardiolog Qiyafət Vəliyeva: "Qohum evliliklərindən yaranan xəstəliklər çox müşahidə edilir"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...