Anons

Bu gün, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Bu gün, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Bu gün, 10:53- “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR

Bu gün, 10:06- Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:14- AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər

Dünən, 19:11- “Bunun sonu faciə olacaq” - Prezident

Dünən, 16:37- Bu televiziyaya rəhbər gətirildi - FOTO

Dünən, 16:01- Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT

Dünən, 15:23- Kəlbəcərdə yük maşını aşıb - ölən var

Dünən, 14:45- “Titanik”in aktyoru vəfat etdi

Dünən, 12:44- Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır - BU NƏDİ BELƏ?!

Dünən, 12:06- Tələbə ağır qəzada öldü, dostları yaralandı - Foto

Dünən, 11:18- “Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... - TƏFƏRRÜAT

Dünən, 10:52- "Bütün sosial şəbəkələrdə sizi biabr edəcəm..." - ETİRAZ VAR...

Dünən, 10:48- Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib

Dünən, 10:12- Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir - FOTOFAKT

Dünən, 09:21- Parklarda fəaliyyət göstərən səyyar kababxanalar hansı məmurlarındır? - BU NƏDİ BELƏ?!

30-04-2024, 19:55- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat

30-04-2024, 19:32- `Pomidor oliqarxı`nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

30-04-2024, 18:52- FHN hava ilə bağlı əhaliyə müraciət etdi

Haqqımızda Əlaqə

Mütəxəssis həkim genetik Jalə Əliyeva: "Əsas məqsədim bu sahəni Azərbaycanda daha çox tanıtmaqdır"

Tarix:6-04-2022, 12:32

Mütəxəssis həkim genetik Jalə Əliyeva: "Əsas məqsədim bu sahəni Azərbaycanda daha çox tanıtmaqdır"
- Jalə xanım, necə oldu ki, həkim oldunuz?

- Həkim olmaq mənim uşaqlıq arzum olub. Böyüdükdən sonra qərara gəldim ki, bu arzumu reallaşdırım. Beləliklə, istəyimə çatdım və həkim oldum.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq on ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərirəm.

- Bu illər ərzində nə müşahidə etdiniz?

- Genetika Azərbaycanda az yayılmış bir sahədir. Həkim genetiklərin sayı o qədər də çox deyil. Bunun üçün şərait olmalıdır. Əhali də maarifləndirilməlidir. Bəzi insanlar bir çox həkimə müraciət edirlər, amma bir dəfə də olsun genetikə müraciət etmirlər ki, bəlkə də problemin kökündə hansısa bir genetik xəstəlik dayanır.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Mən öz sahəm üzrə Türkiyədə ixtisaslaşmışam. Biz xromosom analizi, DNT analizi, hərtərəfli genetik müayinə və s.işləri icra edirik.

- İş prinsipiniz nədən ibarətdir?

- Əsas məqsədim bu sahəni Azərbaycanda daha çox tanıtmaqdır. Bunun üçün doktoranturaya da daxil olmuşam. Bu sahəni inkişaf etdirmək üçün əlimdən gələni edirəm.

- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?

- İlk növbədə qohum evliliklərinə "yox" deyirəm. Bəzi gen xəstəlikləri var ki, əmioğlu, bibiqızı və s.onların səssiz daşıyıcılarıdırlar. Amma özləri də bilmirlər. İki daşıyıcı ailə qurduqda uşaqları da xəstə doğulur.

- Xarakter olaraq necə birisiniz?

- Sakittəbiətli biriyəm. Amma haqqımın tapdalanmağına icazə vermərəm.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm. İki övladım var.

- Oxuculara nə məsləhət görürsünüz?

- Əgər uzun illər bir xəstəliyin çarəsi tapılmırsa, mütləq genetikə müraciət etsinlər. Çünki həmin xəstəliyin altında yatan başqa bir genetik səbəb ola bilər.

- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Bu sahəyə sevə-sevə gəlmişəm. Amma onun təbliğinin bu qədər çətin olacağı ağlıma gəlməzdi.

Əlaqə nömrəsi: (055) 486 82 88

Mütəxəssis həkim genetik Jalə Əliyeva: "Əsas məqsədim bu sahəni Azərbaycanda daha çox tanıtmaqdır"
Mütəxəssis həkim genetik Jalə Əliyeva: "Əsas məqsədim bu sahəni Azərbaycanda daha çox tanıtmaqdır"
Mütəxəssis həkim genetik Jalə Əliyeva: "Əsas məqsədim bu sahəni Azərbaycanda daha çox tanıtmaqdır"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...