Anons

Dünən, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

Dünən, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

Dünən, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

Dünən, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

Dünən, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

Dünən, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

Dünən, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

Dünən, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

Dünən, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Dünən, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Dünən, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Dünən, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

2-05-2024, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

2-05-2024, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

2-05-2024, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

2-05-2024, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

2-05-2024, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

2-05-2024, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

2-05-2024, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

2-05-2024, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Haqqımızda Əlaqə

Endokrinoloq Turay Vəliqızı: "Uşaqlara çox bağlı bir insanam"

Tarix:28-03-2022, 18:00

Endokrinoloq Turay Vəliqızı: "Uşaqlara çox bağlı bir insanam"
- Turay xanım, necə oldu ki, həkim oldunuz?

- Bu sahəni seçməyim atamın arzusu olub. Əslində mən onun yolunu davam etdirmək istəyirdim. Rəhmətlik atam Vəli Nəbiyev Azərbaycanın ən gənc alimi, filologiya elmlər doktoru, professor olub. Mən də onun arzusunu yerinə yetirdim. Tibb Universitetinə daxil oldum. Sözün düzü, oftalmoloq olmaq istəyirdim. Lakin sonradan fikrimi dəyişdim və endokrinologiyanı seçdim. Nə yaxşı ki, bu sahəni seçmişəm. İşimi çox sevirəm.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq on üç ildir ki, bu sahədə fəaliyyət göstərirəm.

- Xarici ölkələrdə təhsil almısınızmı?

- Bəli, mənim təhsilimin çox hissəsi Türkiyə ilə bağlıdır. Bir sıra imtahanlardan keçmiş və dəyərli professorlar tərəfindən təhsil və təcrübələrə yiyələnmişəm.Qeyd edim ki,təhsil barədə həmişə şansım gətirib.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Əsasən uşaqlarla çalışıram. Çünki uşaq vaxtı orqanizmdə olan hər hansı bir problemə müdaxilə etmək daha asan olur. Mən daha çox erkən cinsi inkişaf, gecikmiş cinsi inkişaf, boy qısalığı, qarışıq cinsiyyətlə doğulma, qız uşaqlarında kişi tipli tüklənmə, oğlan uşaqlarında süd vəzilərinin böyüməsi, diabet xəstəliyi, sümük metobolizması pozuntularl və s.ilə xəstəliklərlə məşğul oluram.

- Xarakter olaraq necə birisiniz?

- Konfliktlərdən uzaq,lakin hörmətsizliyə qarsı toleranssız biriyəm.Uşaqlara çox bağlı bir insanam.

- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?

- Bilmədiyim sahə ilə məşğul olmağa və pasientə zərər vurmağa "yox" deyirəm.

- Ailəlisinizmi?

- Bəli. İki övladım var. Övladlarım həyatımın və qərarlarımın önəmli hissəsini təşkil edir.

- Son zamanlarda sizi narahat edən məsələ nədir?

- Ümumi baxdıqda, səhiyyə sistemimiz inkişaf edir. Amma müəyyən boşluqlar var ki, onların da zamanla düzələcəyinə inanıram.

- Oxuculara nə məsləhət görürsünüz?

- Valideynlərə məsləhətim budur ki, uşaqlara qarşı çox həssas olsunlar və onlara diqqətlə yanaşsınlar. Uşaqla bağlı bir problem gördükdə həkimə vaxtında müraciət etsinlər. Çünki vaxtında olunan müdaxilə gələcəkdə yarana biləcək fəsadların qarşısını almaq deməkdir.

- Mən əynimə ağ xalat geyinərkən ağlıma gəlməzdi ki,..

-Bu suala həm pozitiv,həm neqativ cavablar vermək olar...Ümumilikdə deyə bilərəm ki, bütün neqativ hallara baxmayaraq həkim olmağı seçdiyim üçün peşman deyiləm.

Əlaqə nömrəsi: (055) 627 13 16

Endokrinoloq Turay Vəliqızı: "Uşaqlara çox bağlı bir insanam"
Endokrinoloq Turay Vəliqızı: "Uşaqlara çox bağlı bir insanam"
Endokrinoloq Turay Vəliqızı: "Uşaqlara çox bağlı bir insanam"
Endokrinoloq Turay Vəliqızı: "Uşaqlara çox bağlı bir insanam"
Endokrinoloq Turay Vəliqızı: "Uşaqlara çox bağlı bir insanam"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...