Anons

Bu gün, 12:21- POLİS BELƏ OLMALIDIR. JURNALİSTİN DİLİNDƏN

Dünən, 17:14- Dörd ölkədən Azərbaycana quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Dünən, 16:47- “Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır

Dünən, 16:19- 1 178 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Dünən, 15:51- Vaksin vurulandan nə qədər sonra yoluxma riski artmağa başlayır? - AÇIQLAMA

Dünən, 15:25- Azərbaycanda diktor vəfat etdi

Dünən, 15:00- Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Dünən, 14:33- "Azəristiliktəchizat"dan "Azəriqaz"a borcla bağlı AÇIQLAMA

Dünən, 14:06- Bu il narkotikə görə 5 mindən artıq şəxs cinayət məsuliyyətinə cəlb edilib

Dünən, 13:49- 2025-ci ilədək Azərbaycanın ümumi daxili məhsulu artacaq - BVF

Dünən, 13:17- Şənbə gününün hava proqnozu açıqlanıb

Dünən, 12:54- Şahmat Federasiyasına yeni prezident seçilib

Dünən, 12:22- Hərbiçilərə sosial şəbəkələrlə bağlı qadağa QOYULUR

Dünən, 12:00- Azərbaycanda 2025-ci ildə ÜDM-in həcmi 100 mlrd. manatı keçəcək - BVF

Dünən, 11:35- Daha 43 nəfər Almaniyadan Azərbaycana göndərilib - RƏSMİ

Dünən, 11:08- Bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşü olacaq

Dünən, 10:43- Azərbaycan iki erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib

Dünən, 10:16- YUNESKO süni intellekt sahəsində ilk qlobal etik standartları qəbul edib

25-11-2021, 17:19- Azərbaycan gimnastı Batut Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında finala çıxıb

25-11-2021, 16:51- Azərbaycanda 1 880 nəfər COVID-19-a yoluxub, 27 nəfər ölüb

Haqqımızda Əlaqə

Müğənni Kəmalə Dəniz: "Yuxuma girməzdi ki, müğənni olaram"

Tarix:18-11-2021, 13:19

Müğənni Kəmalə Dəniz: "Yuxuma girməzdi ki, müğənni olaram"
- Kama xanım, haradan başlayıb haraya gəldiniz?

- Mən altı ildir ki, bu işlə məşğulam. Mənə ilk dəfə dəstək olan Mirzəağa adlı bir meyxanaçı oldu. Fürsətdən istifadə edib ona öz təşəkkürümü bildirirəm.

- Niyə məhz müğənni oldunuz?

- Çünki incəsənət marağım uşaqlıqdan olub.

- Bu gün olduğunuz mövqedən razısınızmı?

- Əlbəttə, razıyam.

- Bəs niyə bu gün siz barmaqla göstərilən müğənnilərdən deyilsiniz?

- Çünki dəstək yoxdur.

- Maddi dəstəyi nəzrdə tutursunuz?

- Bəli.

- Sizə istədiyiniz pillləyə çatmaq üçün nə qədər zaman lazımdır?

- Maddi köməyim olsa, bir aya da məşhur ola bilərəm.

- Sizə nəyinsə qarşılığında dəstək olmaq istəyənlər olubmu?

- Olub, amma qəbul etməmişəm. Çünki güvənim olmayıb.

- Bütün janrlarda ifa edirsiniz?

- Bəli, amma muğam oxumamışam.

- Musiqi təhsiliniz varmı?

- Yoxdur, amma təhsil almaq istəyərəm.

- Nəyə "yox" deyirsiniz?

- Efirlərə həddindən artıq açıq-saçıq geyimdə çıxmağa "yox" deyirəm.

- Nəyinizlə cəlb edirsiniz?

- Deyirlər ki, gözlərim və gülüşümlə cəlb edirəm.

- Görmək istədiyiniz, amma görə bilmədiyiniz nədir?

- Məşhur olduğumu görmək istəyirəm, amma onu görmürəm.

- Bir qadın olaraq xoşbəxtsinizmi?

- Xeyr, xoşbəxt deyiləm.

- Sizi sizdən alıb aparan nə oldu?

- İllərim...

- İlləriniz hədərmi oldu?

- Oldu. Çox səhvlərim oldu.

- Həyat yoldaşınızdan niyə ayrılmısınız?

- Xasiyyətlərimiz uyğun gəlmədi.

- Sevgi qadınısınızmı?

- Xeyr. Mən sevib ailə qurmamışdım.

- Əlinizdən nə çıxdı?

- Ailəm.

- Peşmansınızmı?

- Bəli, peşmanam.

- Yatsanız yuxunuza nə girməzdi?

- Yuxma girməzdi ki, nə vaxtsa ailəm dağılar və mən müğənni olaram.

- Bu sənətdə irəli getmək üçün mütləq arxadan itələnmək lazımdırmı?

- Bəli, mütləq lazımdır. Çünki zamanə bunu tələb edir.

- Özünüzlə dartıb apara bilmədiyiniz bir "yük" varmı?

- Hərdən olur...

- İndi nəyi xatırlayanda pis olursunuz?

- Qubaya addım ata bilməməyimə görə pis oluram. Çox utanıram.

- Mən axı haradan biləydim ki?.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Haradan biləydim ki, ailəm dağılar. Haradan biləydim ki, mən müğənni olacağam.

Müğənni Kəmalə Dəniz: "Yuxuma girməzdi ki, müğənni olaram"
Müğənni Kəmalə Dəniz: "Yuxuma girməzdi ki, müğənni olaram"
Müğənni Kəmalə Dəniz: "Yuxuma girməzdi ki, müğənni olaram"
Müğənni Kəmalə Dəniz: "Yuxuma girməzdi ki, müğənni olaram"
Müğənni Kəmalə Dəniz: "Yuxuma girməzdi ki, müğənni olaram"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...