Anons

Bu gün, 12:21- POLİS BELƏ OLMALIDIR. JURNALİSTİN DİLİNDƏN

Dünən, 17:14- Dörd ölkədən Azərbaycana quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Dünən, 16:47- “Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır

Dünən, 16:19- 1 178 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Dünən, 15:51- Vaksin vurulandan nə qədər sonra yoluxma riski artmağa başlayır? - AÇIQLAMA

Dünən, 15:25- Azərbaycanda diktor vəfat etdi

Dünən, 15:00- Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Dünən, 14:33- "Azəristiliktəchizat"dan "Azəriqaz"a borcla bağlı AÇIQLAMA

Dünən, 14:06- Bu il narkotikə görə 5 mindən artıq şəxs cinayət məsuliyyətinə cəlb edilib

Dünən, 13:49- 2025-ci ilədək Azərbaycanın ümumi daxili məhsulu artacaq - BVF

Dünən, 13:17- Şənbə gününün hava proqnozu açıqlanıb

Dünən, 12:54- Şahmat Federasiyasına yeni prezident seçilib

Dünən, 12:22- Hərbiçilərə sosial şəbəkələrlə bağlı qadağa QOYULUR

Dünən, 12:00- Azərbaycanda 2025-ci ildə ÜDM-in həcmi 100 mlrd. manatı keçəcək - BVF

Dünən, 11:35- Daha 43 nəfər Almaniyadan Azərbaycana göndərilib - RƏSMİ

Dünən, 11:08- Bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşü olacaq

Dünən, 10:43- Azərbaycan iki erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib

Dünən, 10:16- YUNESKO süni intellekt sahəsində ilk qlobal etik standartları qəbul edib

25-11-2021, 17:19- Azərbaycan gimnastı Batut Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında finala çıxıb

25-11-2021, 16:51- Azərbaycanda 1 880 nəfər COVID-19-a yoluxub, 27 nəfər ölüb

Haqqımızda Əlaqə

Həkim-kosmetoloq Aynur Həşimzadə: "Mən həmişə təbiiliyi qoruyub saxlayıram"

Tarix:15-11-2021, 15:00

Həkim-kosmetoloq Aynur Həşimzadə: "Mən həmişə təbiiliyi qoruyub saxlayıram"
- Aynur xanım, nece oldu ki, kosmetoloq oldunuz?

- Bu sahəyə marağım həmişə olub. Amma kosmetologiyanı seçməyimdə bir məsələ daha çox rol oynadı. Hər kəsin zamanla kosmetoloqa ehtiyacı olur. Mən də tanınmış bir kosmetoloqa müraciət etdim. Problemim sadəcə dəridə olan quruluq idi. Buna baxmayaraq, lazımsız prosedurlar edildi. Çox xərc çəkdim, amma istədiyim nəticəni ala bilmədim.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq üç ildir ki, bu sahədəyəm.

- Hansı prosedurları icra edirsiniz?

- Kosmetologiyaya aid olan bütün prosedurları icra edirəm. Bundan başqa, hicama, lazer və bədən şəkilləndirmə ilə də məşğul oluram.

- Xanımlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?

- Daha çox dərinin gözəlləşməsi və cavanlaşması ilə bağlı müraciətlər olur.

- Son zamanlarda xanımların əksəriyyəti görkəmcə bir-birinə oxşayır. Buna münasibətiniz necədir?

- Düz vurğuladınız. Bunun əleyhinəyəm. İstəkdən çox şey asılıdır. Mən həmişə təbiiliyi qoruyub saxlayıram və pasientlərə də bu yöndə öz məsləhətlərimi verirəm.

- Yalnız xanımlarla çalışırsınız, yoxsa bəy pasientləriniz də olur?

- Bəylərlə də çalışıram. Bəy pasientlərim də müəyyən prosedurlarla bağlı müraciət edirlər.

- Xarakter olaraq necə birisiniz?

- Deyilənə görə, çox səmimi biriyəm. Bacardığım qədər insanlara maddi və mənəvi dəstək olmağa çalışıram.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm. Yoldaşım da mənə bu işdə çox dəstək olur.

- Bir kosmetoloq olaraq nəyə "yox" deyirsiniz?

- Süni dolğulara qəti surətdə "yox" deyirəm.

- Özünüz özünüzə hansısa kosmetoloji prosedurları edirsinizmi?

- Demək olar ki, bütün prosedurları əvvəl öz üzərimdə icra edirəm, sınaqdan keçirdirəm, hiss edirəm, məsələhət bildiklərimi pasientlərimə də məsləhət bilirəm və rahaqlıqla istifadə edirəm.

- Sizcə, bir xanımın simasını daha gözəl göstərən nədir?

- Mənim fikrimcə, üzdə ən birinci dəri gözəl və təravətli olmalıdır.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bu qədər uğurlu nəticələrim olar.

Əlaqə nömrəsi: (055) 290 00 71

Həkim-kosmetoloq Aynur Həşimzadə: "Mən həmişə təbiiliyi qoruyub saxlayıram"
Həkim-kosmetoloq Aynur Həşimzadə: "Mən həmişə təbiiliyi qoruyub saxlayıram"
Həkim-kosmetoloq Aynur Həşimzadə: "Mən həmişə təbiiliyi qoruyub saxlayıram"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...