Anons

Bu gün, 19:42- İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Bu gün, 19:05- Ceyranbatan su kanalında 1 nəfər batıb

Bu gün, 18:02- KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Bu gün, 17:09- "Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

Bu gün, 16:11- "Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

Bu gün, 14:58- Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Bu gün, 12:03- Nə oldu, Makron? - AKTUAL

Bu gün, 10:54- 271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:47- Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

Haqqımızda Əlaqə

Beynəlxalq təlimçi Aynurə Hüseynli: "Nitq təfəkkürlə sıx bağlıdır"

Tarix:25-10-2021, 14:58

Beynəlxalq təlimçi Aynurə Hüseynli: "Nitq təfəkkürlə sıx bağlıdır"

- Aynurə xanım, nitq ləngiməsi nədir?

- Nitq ləngiməsi-uşaqların nitqinin, yaş səviyyəsinə uyğun olmaması halıdır. Nitq təfəkkürlə sıx bağlıdır. Buna görə də, nitqdə pozuntular yarandıqda, bu təfəkkürün inkişafına da təsir edir. Eyni zamanda, fikrini ifadə edə bilməyən uşaqların əksəriyyətində, zaman keçdikcə aqressiya, özgüvənsizlik, özünə qapanma halları yaranır. Bu hallar, uşaqların sosial münasibətlərinə də mənfi təsir göstərir.

- Nitq ləngiməsinin yaranma səbəbləri nələrdir?

- Nitq ləngiməsinə həm daxili, həm də xarici amillər səbəb ola bilər.

Daxili amillər- ananın hamiləlik dövründə keçirdiyi xəstəliklər, toksikoz, dölün hipoksiyası, doğuş zamanı baş verən travmalar, zədələr və s.

Xarici amillər- əlverişsiz sosial-məişət şəraiti, pedeqoji baxımsızlıq,uzun müddət uşaqla "uşaq dilində" danışmaq, ailədə iki dillilik, stress, qorxu və s.

- Hansı yaş qrupuna aid olan uşaqlarda daha çox müşahidə olunur?

- Ən çox 2-4 yaş arasında müşahidə olunur.

- Ləngimənin aradan qaldırılması üçün hansı üsullardan istifadə edilir?

- İlk öncə uşaq nevropatoloqun yanında olmalıdır. Diaqnozu qoymaq üçün, nevropatoloqun, loqopedin və psixoloqun rəyi üst-üstə düşməlidir.
Hər kəs bir fərd olduğu üçün, öncəliklə uşağın eşitməsi, görməsi, intellekti, motorikaları yoxlanmalıdır. Nitq fəaliyyətində pozulma varsa nitq fəaliyyətinin mexanizmi, etiologiyası ,simptomatikası, quruluşu, ağırlıq dərəcəsi aşkarlanır, sistemləşdirib, xüsusi təlim və tərbiyə metodları ilə qarşısını alıb, aradan qaldırılmasına yönəlilir. Seçilən üsullar isə, uşağın olduğu vəziyyətə, yaş dövrünə görə dəyişir. Müxtəlif tapşırıqlar, oyunlar, dil-damaq masajı, üz masajı və bir çox üsul və metodlar tətbiq edilə bilir.

- Neçə müddətdən sonra nəticə əldə oluna bilər?

- Müəllimlərimdən birinin çox sevdiyim bir sözü ilə cavab verəcəm bu suala: " Qarşımızdakı insandır, daş yox. Daş olsaydı, ölçüsünə baxıb, dəqiq vaxt deyə bilərdim". Yəni, qarşımızdakı, insandır, insan beynidir. İçində nələr gizlidir öncədən bilmək olmur. Burda uşağın mənimsəməsi, təfəkkürü, hafizəsi, ünsiyyət bacarıqları və s. bir çox amil mühüm rol oyandığı üçün, öncədən bir şey demək, qeyri-mümkündür.

- Bu mövzu ilə əlaqədar olaraq valideynklərə nə məsləhət görürsünüz?

- Öncəliklə, hər bir valideyn, nitqin inkişaf mərhələlərini bilməlidir. Əslində, sadecə nitqin yox, uşaqların neçə yaşda, nələri bacarmalı olduqlarından xəbərdar olmalıdır.

Nitqin inkişaf dövrləri:

0-6 ay.
"Qığıldama"dövrü.
Uşaq səsə qulaq asır, tanıyır, qığıldayır.
Hecalar ifadə etməyə çalışır.

6-12 ay.
Hecaları birləşdirməyə çalışır.
Eşitdiyi səsləri təqlid edir.
Bir neçə sözlərlə əmrlərə tabe olur.
Məsələn:al, dur, əlini ver, öp və s.
Lüğət 10 söz.

12-18 ay.
-Sadə cümlələr qurur.
-Sifət və əvəzlikdən istifadə edir (mən,sən).
-Əşyaların adlarını tanıyır.
-Lüğət 10-25söz.


18-24 ay.
-İki sözlü cümlələrin sayını artırır.
-Dediyi sözlərin mənasını anlayır.
-Lüğət 50 sözə yaxın olur.


24-36 ay.
-Çoxhecalı sözlər deyir.
-Tərkibində 3-4 söz olan mənaca yaxın cümlələr qurur.
-Çoxlu suallar verir.
-L-R hərflərinin səslənməsində qüsur ola bilər.
-Lüğət 1000 sözdən ibarət olur.

4 yaşında.
-Qrammatik cəhətdən düzgün cümlələr qurur.
-Əşyaları qruplaşdırır.
-Lüğət 2000 sözdən ibarət olur.


5 yaşında.
-Bütün sözləri təmiz deyir.
-Mətni təkrarlayır, əşyaları fərqləndirir, fikir yürüdür, nağıllarda doğru və ya yalnışı ayırd edir.
-Lüğət ehtiyyatı 3000 sözdən ibarət olur.

Uşağın nitqinin formalaşması prosesinə düzgün müdaxilə olunmalıdır. Ləngimə nə qədər tez aşkar edilib, müdaxilə olunarsa, mövcud halı aradan qaldırmaq, bir o qədər asan olar.

Əziz valideynlər, buna görə də, uşağınızı daima müşahidə edin. Uyğun gəlməyən bir vəziyyət olduqda, qonşuların, qohumların "bizim uşaq 5 yaşında danışmışdı" sözləri yerinə, tibbə, elmə müraciət edin. Sonradan danışma varmı? Bəli var, amma olmayada bilər və "mənim uşağımda çox gec danışdı" deyən ailələrə diqqət etsəz, görərsiz ki, o uşaqlarım 90%- i gələcəkdə ailə quranda yoldaşına, ətrafına rahat fikrini bildirə, ünsiyyət qura bilmir, özünə qapanıq halları var. "Sonradan özü-özünə düzələr" düşüncəsi ilə, "düzəlməz" ehtimalını gözə alıb, övladınızın həyatı ilə oynamayın.

Valideynlərə əlavə tövsiyələrim:
- Uşaqlarınızın yaşına uyğun olaraq, onlarla oyun oynayın.
- Bol-bol söhbət edin.
- Nitqiniz aydın və düzgün olsun.
- Uşaqlar sakit dursun deyə, Tv önünə qoyub, əlinə telefon verməyin.
- Sözləri səhv deyəndə, anlayışla düzəlişlər edin.
- Onlara adları ilə xitab etməyə, göz kontaktı qurmağa xüsusi önəm verin.
- Danışmaq üçün an gözləməyin, yemək hazırlayanda, geyindirəndə, evdə iş görərkən belə, övladınızla rahatlıqla söhbət edə bilərsiniz.

Əlaqə nömrəsi: (050) 472 39 09скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...