Anons

Bu gün, 12:03- Nə oldu, Makron? - AKTUAL

Bu gün, 10:54- 271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:47- Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

18-04-2024, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

18-04-2024, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Haqqımızda Əlaqə

Evlilik və münasibət danışmanı Nabat Mirzəyeva: "Ailə bir ömür deməkdir"

Tarix:16-09-2021, 12:00

Evlilik və münasibət danışmanı Nabat Mirzəyeva: "Ailə bir ömür deməkdir"
- Nabat xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Əslində əsil mən, yəni əsil Nabat mənim seçdiyim bu gözəl yolun, cığırın içindədir. İlk növbədə insanları dinləməyi, onların dərdinə dərman olmağı çox sevirəm. Həqiqətən hər bir insanın bütün zərrəsi ilə sevdiyi işi (çətinliyi,ağırlığı,keşməkeşliyi ilə), sevdiyi təhsili, oxuyacaqları kitabları və xəyallarla dolu həyat yolu var. Mənim də xəyallarım, arzularım, dəyərim bu sahənin içindədir.Yəni əsil Nabat.Əgər hər hansı bir insanın mənəvi də olsa, ruhunun sağalmağına kömək oluramsa, artıq bu mənim həyat gücümdür. Ona görə həqiqətən insan öz sevdiyi sahənin yolunu getməlidir.

- Neçə müddətdir ki, bu sahədəsiniz?

- Artıq bir ildir ki, bu sahədə addımlayıram.

- Əslində həm dərslər, həm seanslar, həm də təlimlər ilə hamısını bərabər etməyə çalışıram. Hər üçü də mənim həyat prinsipimdir, sevgimdir, ilham mənbəyimdir. Soruşsanız ki, yorulursunuzmu? Deyərdim, əsla. Güc alıram, nəyinki yorulmaq.İnsan sevdiyi xidmətlərdən yorularmı?! Yorulmaz və daha da güclənər.

- Xarakter olaraq necə birisiniz?

- Bu, həyatda mənim üçün ən çətin sualdır deyərdim. Məni rəfiqələrimdən soruş deyərdim, o da hal-hazırda mümkün olmadığı üçün özüm cavablayacam. Mən, insanları incitməyə çalışmayan, qəlblərinə toxunmuyum deyə sözü cilalayıb istifadə edən şəxsəm. Ancaq qarşımdakı insandan çox şey asılıdır. Artıq son illər insanına görə davranıram. Çünki əvvəllər hər kəsi qırmamağa çalışdıqca və əks olaraq özümün qırıldığımı gördükdən sonra, sanki həyat məni dəyişməyə məcbur etdi deyərdim.Və hal-hazırdakı mən insana uyğun davranıram. Hörmət varsa gözüm üstə, hörmət yoxdursa, mən artıq sadəcə uzaqlaşıram. Dalaşmadan, dinmədən. Susmaq bütün suallara cavabdır deyə düşünürəm.

- Son zamanlarda ailədaxili münaqişələrin çoxalması və boşanmaların artmasını nə ilə əlaqələndirirsiniz?

- Anlaşılmamazlıq. Çütlüklər bir-birini anlamağa, zaman ayırmağa, ən azından dərdləşməyə zaman ayırmır. Evləndiksə, artıq hər şey bitdi deyə düşünürlər. Bəlkə deyəcəklərim daha çox qadınların tərəfinə olsa da, ancaq qarşı cinsin şəxsləri yoldaşlarına zaman ayırmaqdan qaçırlar və getdikcə az da olsa, çox da olsa, hər iki tərəfin soyuqluğuna və bu soyuqluqdan qaynaqlanan böyük problemlərin yaranmasına gətirib çıxardır.Əslində bu mövzü dərindir. Səhv hər iki tərəfdə də öz ağırlığını göstərə bilər, ancaq anlaşmaq ən gözəlidir. Sadəcə bu mövzüdan danışsaq, bitməz. Sadəcə onu deyərdim ki, ailə dağılmaq üçün qurulmur. Və çox dəyərlidir.

- Xəyanətlər niyə baş verir? Portnoyrların bir-birini qane etməməsi, yoxsa anlaşılmazlıq ucbatından?

- Səbəb hər nə olursa olsun, əslində xəyanət olmamalıdır. Əgər varsa, səbəbi araşdırmalıdır. Xəyanətin növü çoxdur. Dost xəyanət, valideynə, insanlığa, yoldaşa(qadın və ya kişi), cəmiyyətə və s. Düşünürəm ki, xəyanət edərkən biz heç kimə yox, özümüzə edirik əslində. Sualın ikinci hissəsinə gəldikdə isə anlaşılmamazlıq deyərdim. Əslində anlaşılmamazlığın bir qolu qane etməməyə dayanır.

- Oxuculara nə məsləhət görürsünüz?

- Oxuculara ilk onu demək istərdim ki,sevdiyi yolun, sənətin sahibi olsunlar.Oxumaq üçün, sırf diplom üçün oxumasınlar. İstər-istəməz illər keçəndən sonra sevmədiyi yolda addımladığı üçün yorula bilərlər.
Ailələrə isə nə məsləhət etsək azdır. Çünki əslində hər bir ailə bağlı boxçadır. Daxilində nələr olur bitir bilmək olmur. Ən azından bütün ailəli olan şəxslərdən ricam bir- birlərini dinləməyə, anlamağa çalışsınlar, zaman ayırsınlar.Çünki ailə bir ömür deməkdir. Anlamaq üçün anlaşılmaq önəmlidir. İkitərəfli bir-birlərini anlamaqdan vaz keçməsinlər.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, sözün həqiqi mənasında ruhum sakitləşər, həyata baxışım tamamilə dəyişər.

Əlaqə nömrəsi (055) 544 07 09

Evlilik və münasibət danışmanı Nabat Mirzəyeva: "Ailə bir ömür deməkdir"
Evlilik və münasibət danışmanı Nabat Mirzəyeva: "Ailə bir ömür deməkdir"
Evlilik və münasibət danışmanı Nabat Mirzəyeva: "Ailə bir ömür deməkdir"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...