Anons

Bu gün, 16:49- Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş

Bu gün, 16:29- Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

Bu gün, 15:57- Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

Bu gün, 14:34- “Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

Bu gün, 14:02- Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

Bu gün, 13:19- BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

Bu gün, 12:48- Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Haqqımızda Əlaqə

Nevroloq Röyanə Quluzadə - Avropa pediatrik nevrologiya cəmiyyətin üzvü,London Kollec Universiteti və ABŞ Nebraska Universitetində təkmilləşmiş həkim (fellowship in movement disorders): "Boş zaman keçirtməyi sevmirəm"

Tarix:21-07-2021, 21:49

Nevroloq Röyanə Quluzadə - Avropa pediatrik nevrologiya cəmiyyətin üzvü,London Kollec Universiteti və ABŞ Nebraska Universitetində təkmilləşmiş həkim (fellowship in movement disorders):  "Boş zaman keçirtməyi sevmirəm"

- Röyanə xanım, necə oldu ki, həkim oldunuz?

- Məni bu sahəyə nənəm yönləndirdi. Özü xalçaçı idi, amma həkimləri çox sevirdi. Ona görə, məndə də bu sahəyə maraq yarandı və həkim oldum.

- Bəs niyə məhz nevrologiya sahəsini seçdiniz?

- Əslində mən cərrah olmaq istəyirdim. Amma tanış bir xanım var idi. O da cərrah idi. Onunla söhbət əsnasında mənə dedi ki, bir xanım üçün cərrah olmaq çox çətin və məsuliyyətli bir işdir. Mən də araşdırdım və nevrologiya sahəsi diqqətimi cəlb etdi. Ona görə də bu sahəni seçdim.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- On beş ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərirəm.

- Bu illər ərzində nə müşahidə etdiniz?

- Mən universiteti bitirdikdən sonra dövlət müəssisəsində çalışmağa başladım. O zamanlar bizim sahədə müəyyən çətinliklər var idi. Bu hal bir az ruh düşkünlüyü yaratsa da, mən həvəsdən düşmədim. Öz üzərimdə işləməyə davam etdim. Xaricə üz tutdum. Əvvəlcə Türkiyədə, sonra isə bir çox Avropa ölkələrində təkmilləşmə kursları keçdim. Şükürlər olsun ki, indi bizim cəmiyyətdə həkimlərə olan ümid, inam çox artıb və vəziyyət düzəlməyə doğru gedir.

- Xarakter olaraq necə birisiniz?

- Evdə mənə deyirdilər ki, sən həkim olmasan, hüquqşünas olardın. Çox tələbkaram. Həm işimdə, həm də evdəkilərə qarşı. Boş zaman keçirtməyi sevmirəm.

- Sizə daha çox hansı problemlərlə bağlı müraciət edirlər?

- Mən pediatr-nevroloqam. Uşaqlara daha çox işləyirəm. Son zamanlarda hiperaktivlik, diqqətsizlik, əsəbilik, tiklər, qıcolma, epilepsiya, nitq və əqli ləngimələr, serebral iflic və s. problemlərlə bağlı müraciətlər olur. Bütün bunların kökündə də gərginlik dayanır ki, bu da son dövrdə yaşanan problemlərlə əlaqədardır.

- İş prinsipiniz nədən ibarətdir?

- Mən hər bir yeniliyə açıq bir insanam. Yeniliklər öyrənməyi və tətbiq etməyi sevirəm.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm.

- Bu işlə ailə həyatı alınırmı?

- Müəyyən çətinliklər olsa da, alındırmağa çalışırıq. Çalışıram ki, ailəmlə çox vaxt keçirdim.

- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Bəzi həkimlər deyirlər ki, həkimliyin bu qədər çətin olacağını bilsə idik, həkim olmazdıq. Amma mən indi özümü çox rahat hiss edirəm. Çünki özüm oxumuşam. Öz üzərimdə çalışmışam. Həmin çətinlikləri keçmişəm. İndi mənə heç bir şey çətin gəlmir. Mənim üçün çətinlik olmasa, darıxaram (gülür).

Əlaqə nömrəsi: (050) 637 71 73

Nevroloq Röyanə Quluzadə - Avropa pediatrik nevrologiya cəmiyyətin üzvü,London Kollec Universiteti və ABŞ Nebraska Universitetində təkmilləşmiş həkim (fellowship in movement disorders):  "Boş zaman keçirtməyi sevmirəm"
Nevroloq Röyanə Quluzadə - Avropa pediatrik nevrologiya cəmiyyətin üzvü,London Kollec Universiteti və ABŞ Nebraska Universitetində təkmilləşmiş həkim (fellowship in movement disorders):  "Boş zaman keçirtməyi sevmirəm"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...