Anons

Bu gün, 14:34- “Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

Bu gün, 14:02- Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

Bu gün, 13:19- BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

Bu gün, 12:48- Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Haqqımızda Əlaqə

Novruz Aslanov: "Məqsədim Azərbaycana aid olan məlumatları tapıb üzə çıxartmaqdır"

Tarix:19-12-2019, 20:22

Novruz Aslanov: "Məqsədim Azərbaycana aid olan məlumatları tapıb üzə çıxartmaqdır"
- Novruz müəllim, ilk öncə, sizin faəliyyət dairəniz barədə danışaq. Hansı sahə üzrə fəaliyyət göstərirsiniz?

- Mən artıq uzun illərdir ki, iki istiqamətdə çalışıram.Onlardan biri uşaqlıqdan hobbim olan poçt markaları yığmadır. 1984-cü ildən etibatən marka toplayıram. Amma son zamanlar bu sahədəki fəaliyyətimi bir az daraltmışam. Yığdığım markalar xarici ölkələrdə buraxılan və sırf Azərbaycanla bağlı olan markalardır. Həmin markalarda Azərbaycanın milli atribuları, tarixi abidələri, görkəmli şəxsiyyətləri və s. təsvir olunub. Bundan başqa, məndə Azərbaycanında üzv olduğu bəzi təşkilatlara aid olan markalar, eyni zamanda "qoşulmama hərəkatı"na daxil olan (Azərbaycan da o təşkilata üzvdür) ölkələrdə dərc olunan markalar mövcuddur. Məlumdur ki, Azədbaycana aid markalar SSRİ dövründə, ondan da qabaq isə Zaqafqaziya Sovet Federativ Sosialist respublikasının tərkibində oldğu vaxtlarda buraxılıb. O dövrə aid markalarım da var. Onların da üzərində Azərbaycana dilində Azərbaycana aid yazılar var. Bir də Azərbaycanın müstəqillik illərində buraxılan, həmçinin müstəqillik ərəfəsində bir neçə ölkədə buraxılan marakalar var. Qeyd edim ki, 1990-cı ılə qədər bir neçə ölkədə buraxılan markalarda Azərbaycanın dahi şəxsiyyətləri təsvir olunub. Ümumiyyətlə, marka toplamaq çox çətin işdir. Bu, mənim fəaliyyətimin birinci istiqamətidir. İkinci məşğuliyyətim isə müxtəlif ölkələrdə dərc olunmuş qəzət və jurnallarda Azərbaycana aid olan məlumatları axtarıb-tapmaqdır. İngilis dilini bildiyim üçün daha çox İngiltərədə, Amerika Birləşmiş ştatlarında və s. ölkələrdə vaxtilə dərc edilmiş məlumatları tərcümə edirəm. Mən axtardığım mənbələr əsasən 1800-1900-cu illəri əhatə edir. Çox maraqlı məlumatlar var. Bizə elə gəlir ki, o vaxt Azərbaycanı heç kim tanımayıb, ancaq elə deyil. Araşdırsaq, ölkəmiz barədə çox zəngin məlumatlar əldə edə bilərik.

- Bu iki işə maraq sizdə nədən qaynaqlanır?

- Qeyd etdiyim ki, marka toplamaqla uşaqlıqdan məşğulam. Lakin sonralar yalınız xarici ölkələrdə buraxılan və sırf Azərbaycana aid markalar yığmağa üstünlük verdim. Topladığım markaları gələcəkdə kitab halına salmağı da planlaşdırıram. Çünki indi informasiya müharibəsi gedir. Biz bu müharibdə çox vaxt uduzuruq. Çünki Azərbaycana aid olan məlumatları, həqiqətləri gizlətməyə çalışırlar. Mənim də bu iki istiqamətdə fəaliyyət göstərməyimin səbəbi Azərbaycana aid bilnməyən məlumatları üzə çıxartmaq və informasiya müharibəsində öz ölkəmizə dəstək olmaqdır.

- Bu işin çətin tərəfi nədir bəs?

- İnformasiya toplamaq çox zaman tələb edən bir işdir. Çünki arxivdəki materialların əksəriyyəti oxunmaz haldadır. Həm də Azərbaycan sözünü, hər mənbə bir cür yazıb. Belə mənbələri araşdırarkən çox diqqətli və səbrli olmaq lazımdır. Marka toplamaq isə həm vaxt, həm də maddi vəsait tələb edən məşğuliyyətdir.

- Elə bir marka olub ki, çox cəhd etməyinizə baxmayaraq, onu əldə edə bilməyəsiniz?

- Bir yox, bir neçə marka olub. Mən Azərbaycana aid olan bütün markaların yerini təsbit etmişəm, lakin hamısını almaq mümkün deyil. Bəzən görürsünüz ki, çox baha satılır, yaxud da heç satılmır və s. Mən xarici ölkələrə gedəndə baş çəkdiyim ilk yer mərkəzi poçt olur. Azərbaycana aid markalar axtarıram. Ümumiyyətlə, mən markaları ya poçtdan, ya bu işlə məşğul olan digər insanlardan alıram, yaxud da dəyişdirirəm.

- Elə marka olubmu ki, onu görəndə təəccübləsiniz?

- Bəli, olub. Mozambikdə Qobustana, Toqoda Azərbaycan atlarına aid buraxılmlış markalar görəndə çox təəcübləndim.

- Ola bilərmi ki, gələcəkdə topladığınız markaları hərraca çıxardasınız?

- Xeyr, ya məndə qalacaq, ya da muzeyə gedəcək. Hər halda, Azərbaycanda qalacaq.

- Azərbaycana aid xarici mənbələrdən topladığınız materialları da kitab halına salmaq istəyirsiniz?

- Bu növdə olan materiallar sonsuzdur. Bunun üçün zaman lazımdır. Gərək sırf bu işlə məşğul olasan. Bu baxımdan, düşünürəm ki, kitab buraxmaq hələ tezdir.

- Məndə olan məlumata görə, siz xarici qəzetlərdə Azərbaycan haqqında yazılan ilk şeiri də tapmısınız. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, əslində mən atamın əmisi, Abşeronun Saray kəndindən Böyük Vətən Müharibəsinə yollanan məşhur komissar Novruz Aslanov barəsində məlumatların izinə düşmüşdüm. Onun qəhrəmanlığı barədə çox qəzet və jurnallarda məqalələr dərc olunub. Hətta Rəsul Rza ona "Solan qərənfillər" adlı əsər də həsr edib. Novruz Aslanov o vaxt Rusiya və Ukrayna ərazisində döyüşüb. Mən də ona aid mənbələrin izinə düşdüm. Amma Ukraynda Azərbaycanla bağlı çox maraqlı bir şeri tapdım. Həmin şeir 1919-cu ilin sentyabrında Ukrayanda fəaliyyət göstərən qəzetlərin birində rus dilində dərc olunub. Çox maraqlıdır ki, şeirin müəllifi alman əsilli bir şairdir. Onun Azərbaycan barədə niyə şeir yazdığı heç kimə məlum deyil. Amma çox gözəl şeirdir. Şeirdə həmin illərdə Azərbaycanda baş verən hadisələr təsvir olunub. Mən uzun danışıqlardan sonra o muzeydən həmin qəzetin surətini ala bildim.

- Özünüzdən sonra bu işi kiməsə həvalə etməyi düşünürsünüzmü?

- Bu iş bir nəfərin işi deyil. Bu işlə dövlət səviyyəsində hansısa bir heyət məşğul olsa, daha gözəl olar. Adi bir misal çəkim. Wikipediada Azərbaycana aid olan məlumatlar yalnız Azərbaycan dilindədir. Yaxşı olar ki, həmin məlumatlar başqa dillərə də tərcümə olunub digər xalqın nümayəndələrinə də çatdırılsın. Ümumiyyətlə, bu sahədə çox işlər görmək olar ki, bu da bizim dünyada gedən informasiya müharibəsində ən azından məğlub olmamağımıza zəmin yaradar.

Novruz Aslanov: "Məqsədim Azərbaycana aid olan məlumatları tapıb üzə çıxartmaqdır"
Novruz Aslanov: "Məqsədim Azərbaycana aid olan məlumatları tapıb üzə çıxartmaqdır"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...