Anons

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Dünən, 10:49- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

Dünən, 10:08- «AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

Dünən, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

17-04-2024, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

17-04-2024, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

17-04-2024, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

17-04-2024, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

17-04-2024, 18:24- Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

17-04-2024, 16:48- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

17-04-2024, 16:18- “Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

17-04-2024, 15:39- Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

Haqqımızda Əlaqə

Heydər Əliyev Mərkəzində Vaqif Mustafazadəyə həsr olunan konsert keçiriləcək

Tarix:6-10-2022, 11:33

Heydər Əliyev Mərkəzində Vaqif Mustafazadəyə həsr olunan konsert keçiriləcək
Dekabrın 16-da Heydər Əliyev Mərkəzində dünyaşöhrətli musiqiçi, caz əfsanəsi Vaqif Mustafazadənin anım gününə həsr olunan “Anam. İçərişəhər. Xəzər…” adlı konsert keçiriləcək. Konsertin belə adlandırılması da təsadüfi deyil. Belə ki, Xəzərin sahilində yerləşən Bakıda, İçərişəhərdə dünyaya göz açan Vaqif Mustafazadə yaradıcılığındakı uğurların səbəblərindən söz açarkən hər zaman etiraf edərdi: “Çünki, anam, İçərişəhər və bir də dəniz var idi”.

Konsertdə Azərbaycan caz-muğam musiqisinin məşhur nümayəndələri Vaqif Mustafazadənin əsərlərini ifa edəcəklər. Həmin gün konsertdə Alim Qasımov, Elbəy Məmmədzadə, Elçin Şirinov, Elvin Bəşirov, Emil Əfrasiyab, Etibar Əsədli, İsfar Sarabski, İsgəndər Ələsgərov, Mir Musa Seyidzadə, Nicat Aslanov, Riad Məmmədov, Ruslan Hüseynov, Şahin Növrəsli, eləcə də Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblı və dirijor Fuad İbrahimovun idarəçiliyi ilə “Bakı Kamera Orkestri (“Baku Chamber Orchestra”) çıxış edəcək.

1940-cı ildə anadan olan görkəmli bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR-in Əməkdar artisti, Dövlət Mükafatı laureatı Vaqif Mustafazadə ilk təhsilini anası Zivər Əliyevanın çalışdığı 1 saylı musiqi məktəbində alıb. Vaqif Mustafazadə təhsilini 1957-1963-cü illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində davam etdirib. 1964-cü ildə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1965-ci ildə Tbilisi şəhərinə məşhur “Orero” ansamblına musiqi rəhbəri kimi dəvət edilib, elə həmin il Gürcüstan Dövlət Filarmoniyasının nəzdində “Qafqaz” caz triosunu yaradıb. 1967-68-ci illərdə Tallində Beynəlxalq caz festivalında iştirak edib.

1968-ci ildə görkəmli bəstəkar Rauf Hacıyevin dəvəti ilə Bakıya dönən Vaqif Mustafazadə 1969-cu ildə Bakıda “Caz-69” festivalında 1-ci mükafata layiq görülüb. 1970-ci ildə “Leyli” vokal kvartetini, 1971-ci ildə Dövlət Teleradiosunun nəzdində “Sevil” vokal-instrumental ansamblını yaradıb.

1977-ci ildə Donetskdə keçirilən caz festivalında laureat, 1978-ci ildə Tbilisidə caz festivalda laureat adına və ən yaxşı pianoçu mükafatına layiq görülüb. 1979-cu ildə “Əzizəni gözləyərkən” kompozisiyası ilə Monakoda Beynəlxalq caz kompozisiyaları müsabiqəsində ən yaxşı bəstəkar kimi birinci yerin və “Ağ royal” mükafatının sahibi olub. Elə həmin il Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Vaqif Mustafazadə muğamlarımızı ənənəvi caz texnikası ilə birləşdirərək muğamla cazın sintezini yaradıb. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu gün də aktualdır və bir çox musiqiçilər ifalarında Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...