Anons

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Dünən, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Dünən, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Dünən, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Haqqımızda Əlaqə

“XAZART” incəsənət simpoziumu keçiriləcək

Tarix:29-09-2022, 16:22

“XAZART” incəsənət simpoziumu keçiriləcək
“Leyla Khazary ArtGallery” “Qalaalti Hotel & Spa” –nın əməkdaşlığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “XAZART” incəsənət simpoziumunu təqdim edir.

“XAZART” incəsənət simpozium 2022-ci il 07-15 oktyabr tarixlərində , gözəl bir məkanda – təbiətin qoynunda, başlanğıcını Dərbənddən götürüb Bakıya, Abşerona qədər uzanan müdafiə xəttinin qalalar silsiləsinə daxil olan, zirvəsində 4-5-ci əsrlərin məşhur Çıraqqala abidəsi olan dağın ətəyində, “Qalaalti Hotel & Spa”-da keçirilir.

Simpoziumun işitirakçıları sənətdə artıq öz sözünü demiş rəssamlardır. Rəssamlardan əlavə simpoziumun fəxri və aktiv qonaqları arasında incəsənətin müxtəlif sahələrinə aid sənətkarlar iştirak edəcəklər.

“XAZART” incəsənət simpoziumunun məqsədi ictimaiyyət nümayəndələrinin iştirakı ilə təsviri incəsənətdə müasir tendensiyaları müəyyənləşdirmək, geniş tamaşaçı kütləsi arasında müasir rəngkarlığı təbliğ etməkdir.

Simpoziumun təşkilatşısı “Leyla Khazary ArtGallery” artıq neçə illərdir ki, rəssamların yaradıcılığını təbliğ edir. “Leyla Khazary ArtGallery” Azərbaycanda fərdi sərgilər təşkil edir, incəsənət haqqında sənədli filmlər nümayiş etdirir, təsviri sənətustalarının çıxışlarını, tematik sərgiləri təşkil etməklə Azərbaycanın incəsənət və qalereya işi aləmində bir çox yeniliklərin yaradıcısı və təşəbbüskarı kimi çıxış edir. Qalereya rəngkarlığı təbliğ etməkdən əlavə onlayn -şoular, konfranslar və hərraclar, rəsm kursları və mühazirələr təşkil edir. “Leyla Khazary ArtGallery” Bakıda ən böyük – 250 kv. metr sahəyə malik şəxsi qalereyadır. Qalereya tərəfindən “Qalaalti Hotel & Spa” ilə birlikdə keçən ilin yayından başlayaraq “Artrium” adlı çox qeyri-adi bir sərgilər silsiləsi başlanmışdır. Bu sərgidə hər ay yeni bir rəssam öz işlərini təqdim edir. Birinci sərgi “restART” adı altında Mir Azər Abdullayevin yaradıcılığına həsr edilmişdi.

Simpoziuma ustad rəssamlar, Azərbcaycanın hüdudlarından kənarda da tanınan və sevilən sənətkarlar dəvət edilib:

Anar Hüseynzadə, Anar Yolçuyev, Diana Əliyeva, Eldar Babazadə, Elnur Mahmudov, Əbülfəz Fərəcoğlu, Fərhad Yalquzaq, İnna Kostina, Mir Azər Abdullayev, Rafail Əliyev, Sənan Eynullayev, Təranə Seid, Zöhrab Salamzadənin adları bütün sənətsevərlərə yaxşı tanışdır.

Simpoziuma hər rəssam öz dünyasını, öz görüşünü gətirəcək. Auditoriyanı, tamaşaçıları öz yaradıcılığı ilə tanış edəcək. Rəngkarlığın müxtəlif istiqamətləri təqdim olunacaq. Abstrakt və klassik əsərlər nümayiş olunacaq.

“XAZART” incəsənət simpoziumu bölgələrdə bədii həyatın canlanması, yerli istedadların yaradıcılığa həvəslərinin, paytaxtla əyalət arasında yaradıcılıq münasibətlərinin artırılması, “Qalaaltı” Hotel & Spa –ya xaricdən gələn qonaqların yerli incəsənətlə, ölkənin mədəni həyatı ilə tanış edilməsi məqsədi ilə keçirilir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Azскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...