Anons

23-09-2022, 17:41- Azərbaycanda Milli Şəhərsalma Forumu keçiriləcək

23-09-2022, 15:08- Azərbaycanda 3 radio yayımçısına lisenziya verilib

23-09-2022, 14:43- Azərbaycan taekvondoçuları Avropa çempionatında mübarizə aparacaq

23-09-2022, 14:17- “Nar” ölkədə jest dilinin inkişafına töhfə verməyə davam edir

23-09-2022, 13:52- 352 hərbçi yüksək texonologiyalı protezlə təmin edilib

23-09-2022, 13:26- Azərbaycanda “Təqib və İzləmə” sistemi yaradılacaq

23-09-2022, 13:00- Sabahın hava proqnozu açıqlanıb

23-09-2022, 12:35- Ötən il Azərbaycanda 102 ölkədən 8 minə yaxın əcnəbi tələbə təhsil alıb

23-09-2022, 12:08- Dünyanın ən çox səhifəli kitabı - bütün nüsxələri satıldı

23-09-2022, 11:44- Azərbaycana payız gəldi

23-09-2022, 11:19- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

23-09-2022, 10:27- Hərb sahəsində uğurlarımız ordu quruculuğu sahəsində həyata keçirilən islahatların nəticəsidir

23-09-2022, 10:00- Yollara ümid deyib həmişə... - Bayram Məmmədov yazır

22-09-2022, 17:00- Bakı aeroportunda kran aşıb, ölən və yaralanan var

22-09-2022, 16:35- Psixoloq, Kouç Arzu Kərimova: "Bu sahəyə gələrkən heç ağlıma gəlməzdi ki, insanların ruhu bu qədər yorğun və bitkindir"

22-09-2022, 16:09- Orta məktəblərdə niyə dərsliklər çatışmır? - AÇIQLAMA

22-09-2022, 15:44- “Filizçay” polimetal yatağının təsdiqlənmiş filiz ehtiyatlarının həcmi artırılıb

22-09-2022, 15:17- "Azərbaycan - İraq" Mədəni Əlaqələr İB-nin nümayəndələri Mingəçevirdə olub - FOTO

22-09-2022, 14:53- Bulvarda sökülən atraksionların yerinə niyə yeniləri gətirilmir? - AÇIQLAMA

22-09-2022, 14:26- Sabahın hava proqnozu açıqlanıb

Haqqımızda Əlaqə

Bakıda "Ana, mən müharibə istəmirəm" adlı sərgi keçirilir

Tarix:19-09-2022, 16:21

Bakıda "Ana, mən müharibə istəmirəm" adlı sərgi keçirilir
Polşa və Ukraynanın Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə Bakıda "Ana, mən müharibə istəmirəm" adlı sərgi açılıb.

Sərginin açılışında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, Polşa səfiri Rafal Poborski, müxtəlif ölkələrin Azərbaycandakı diplomatik missiyalarının rəhbərləri iştirak edib.

Açılışda çıxış edən Polşa səfiri deyib ki, bu sərgidə nümayiş olunan, uşaqların çəkdiyi rəsmlərdə həm İkinci Dünya müharibəsi zamanı polşalı uşaqların yaşadığı travmanın, həm də Rusiyanın Ukraynaya hücumu nəticəsində ukraynalı uşaqların əzablarının izi var.

Diplomat deyib ki, müharibənin ilk günündən Polşa Ukraynanın yanında olub və olmağa davam edəcək: "Müharibə başlayanda 6 milyona qədər ukraynalı Polşaya pənah gətirdi, hazırda 1.8 milyona qədər Ukrayna vətəndaşı Polşadadır, bu müharibədə yüz minlərlə uşaq zərər görüb, onlar öz evlərini tərk etmək məcburiyyətində qalıb, yüzlərlə uşaq həlak olub, yaralanıb".

Ukrayna səfiri Vladislav Kanevski isə çıxışında xalqının hazırda mövcudluğu üçün mübarizə apardığını vurğulayıb: "24 fevralda Rusiya hücum edəndə çoxu gözləyirdi ki, Ukrayna, sadəcə, bir neçə günə məğlub ediləcək. Amma biz reallığı dəyişdirdik”. Diplomat bu müharibədə Ukraynaya hərbi yardım edən müttəfiqlərin də rolunu vurğulayaraq bu yardımın davam etməli olduğunu deyib.

Qeyd edək ki, layihə 1946-cı ildə polyak uşaqları tərəfindən yaradılmış, İkinci Dünya müharibəsi, Alman və Sovet işğalı (1939-1945) təcrübələrini əks etdirən tarixi rəsmlər və ukraynalı uşaqların gözü ilə Rusiyanın Ukraynaya hücumunu təqdim edən müasir rəsmlərdən ibarətdir.

Sərgidə nümayiş olunan rəsmlər və mətnlər Polşa Mərkəzi Arxivindən gətirilib.

Sərgi 29 sentyabr 2022-ci il tarixinədək Bakıda “Landmark”da ziyarətçilər üçün açıq olacaq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...