Anons

Bu gün, 16:49- Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş

Bu gün, 16:29- Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

Bu gün, 15:57- Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

Bu gün, 14:34- “Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

Bu gün, 14:02- Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

Bu gün, 13:19- BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

Bu gün, 12:48- Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Haqqımızda Əlaqə

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM) 26-cı Baş Konfransında iştirak edib

Tarix:1-09-2022, 15:43

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM) 26-cı Baş Konfransında iştirak edib
Çexiyanın Praqa şəhərində dünyanın müxtəlif ölkələrindən 4500-dən artıq muzey mütəxəssisinin iştirakı ilə Beynəlxalq Muzeylər Şurasının (ICOM) “Muzeylərin gücü” devizi altında 26-cı Baş Konfransı keçirilib. Üç ildən bir keçirilən bu konfrans beynəlxalq muzey ictimaiyyətini müvafiq mövzu ətrafında fikir mübadiləsi aparmaq və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır. Tədbirdə ölkəmiz ICOM Azərbaycan Milli Komitəsinin üzvləri - Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin Muzey və daşınar mədəni irs sektorunu müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Altun Mikayıllı, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova, İçərişəhər Muzey Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elfira Qurbanova, “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin İdarə Heyətinin üzvü, sədrin birinci müavini, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov və digər mədəniyyət müəssisələrindən olan böyük nümayəndə heyəti ilə təmsil olunub.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hər bir nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM) müvafiq sahə üzrə üzv olduqları komitələrdə iştirak və təqdimatlarla çıxış edib. Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin Muzey və daşınar mədəni irs sektorunun müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Altun Mikayıllı Çexiya və Azərbaycan muzeylərinin təcrübə mübadiləsi və birgə sərgilərin təşkili, o cümlədən mədəni sərvətlərin ölkədən qeyri-qanuni yollarla çıxarılması və qeyri-qanuni ticarətə məruz qalma ehtimalı yüksək olan daşınar mədəni sərvətlərin növlərinin müəyyən edilməsi, təhlükədə olan daşınar mədəni sərvətlər ilə bağlı fikir mübadiləsi aparıb. ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova 2019-2021-ci illərdə ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə ölkəmizin muzey həyatında baş verən yeniliklər, təşkil olunan tədbirlər, beynəlxalq konfranslar, pandemiya dövründə muzeylərin onlayn fəaliyyəti, 44 günlük Vətən müharibəsi zamanı muzeylər tərəfindən aparılan təşviqat kampaniyaları, Azərbaycan Milli Xalça Muzeyinin Azərbaycanda ilk inklüziv muzeyi kimi fəaliyyəti haqqında ətraflı məlumat verib.

ICOM-un Fəlakət risklərinin idarə olunması üzrə Beynəlxalq Komitəsinin iclasında “Qarabağın timsalında müharibə və hərbi münaqişələr dövründə mədəni-tarixi abidələrin və muzeylərin dağıdılması” mövzusunda təqdimatı iclas iştirakçılarına nümayiş etdirilib. İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova “Geyimin ritual gücü” adlı iclasda “Qurama - Azərbaycan Xalq Tətbiqi Sənəti” adlı məruzə ilə çıxış edib. “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin İdarə Heyətinin üzvü Pərvin Gözəlovun Muzey, silah kolleksiyaları və hərb tarixi Beynəlxalq komitəsinin iclasında “Muzeylər hərb tarixinin qoruyucusu: Azərbaycan, Türkiyə və Rusiya muzeylərinin nümunəsində” adlı məruzəsi dinlənilib və müəllifi olduğu “Naxçıvan xanlığına məxsus üç bayraq” adlı kitabı komitə üzvlərinə təqdim edilib.

Konfrans zamanı müasir çağırışlara cavab verən yeni muzey tərifi də konfrans iştirakçılarına və beynəlxalq muzey ictimaiyyətinə təqdim edildi: “Muzey - maddi və qeyri-maddi irsi tədqiq edən, toplayan, mühafizə edən, şərh və nümayiş etdirən, daim cəmiyyətin xidmətində fəaliyyət göstərən qeyri-kommersiya qurumudur. İctimaiyyət üçün açıq, əlçatan və inklüziv muzeylər müxtəlifliyi və davamlılığı təşviq edir. Onlar təhsil, əyləncə, düşüncə və bilik mübadiləsi üçün müxtəlif təcrübələr təklif edərək etik, peşəkar və icmaların iştirakı ilə fəaliyyət göstərir”.

Qeyd edək ki, ICOM-un 2025-ci ildə keçiriləcək növbəti Baş Konfransına Dubay şəhəri ev sahibliyi edəcək.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...