Anons

Bu gün, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Bu gün, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Bu gün, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Bu gün, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Bu gün, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Dünən, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

Dünən, 20:40- Ramazanın 18-ci gününün DUASI

Dünən, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Dünən, 18:43- Pedaqoji Universitetin Şəki filialına yeni direktor təyin olunub - ƏMR

Dünən, 16:04- Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Dünən, 15:29- Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Dünən, 14:43- İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

Dünən, 14:17- Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

Dünən, 13:08- Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

Dünən, 12:24- Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Dünən, 11:44- “Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

Dünən, 10:37- Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

Dünən, 09:58- 6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

Dünən, 09:29- Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

Dünən, 09:01- Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

Haqqımızda Əlaqə

“Şuşa İli” çərçivəsində “ArtCamp Shusha” adlı beynəlxalq layihəyə başlanılır

Tarix:8-07-2022, 17:06

“Şuşa İli” çərçivəsində “ArtCamp Shusha” adlı beynəlxalq layihəyə başlanılır
Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə bu ay rəssamlar üçün “ArtCamp Shusha” adlı beynəlxalq layihə həyata keçiriləcək.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar ölkəmizə İtaliya, Almaniya, Rumıniya, Danimarka və Türkiyədən olan rəssamların səfəri planlaşdırılır. Xarici rəssamlarla yanaşı, layihədə Rəşad Mehdiyev, Vüqar Muradov, Anar Hüseynzadə, Butunay Haqverdiyev, Günel Ravilova və Vüsalə Ağarazıyeva kimi yerli rəssamlar da iştirak edəcəklər. Layihə çərçivəsində xarici və yerli rəssamlar Şuşa şəhərini ziyarət edəcəklər. Mədəniyyət paytaxtımız olan bu şəhər ilə yaxından tanış olacaq rəssamlar Şuşaya həsr olunmuş rəsm əsərləri yaradacaqlar.

Tanınmış yerli sənət xadimlərinin, şairlərin, yazıçıların, musiqiçilərin, rəssamların, memarların yaradıcılığında Şuşa kifayət qədər tərənnüm olunsa da, xarici mütəxəssislərin gözü ilə ona yeni bir baxış zəruridir. Xarici mütəxəssislərin Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri ilə yaxından tanış olmaları və qısa bir müddət Şuşada yaşamaları onlarda bu ecazkar şəhər haqqında tam təsəvvür yaranmasına səbəb olacaq. Dəvət olunan xarici rəssamların yaratdığı əsərlər onların Şuşa barədə təəssüratlarının tərənnümü olacaq və müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində işıqlandırılaraq daha geniş tamaşaçı kütləsinə xitab edəcək.

Layihə çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən rəssamların emalatxanalarında görüşlər təşkil olunacaq, rəsm qalereyaları ziyarət olunacaq və təsviri sənət sahəsində müasir çağırışlara dair müzakirələr aparılacaq.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...