24-06-2022, 17:17- Defektoloq-Loqoped Şəbnəm Əsgərova: "Öz işimin fanatıyam"
24-06-2022, 16:55- Əcnəbiləri ölkə ərazisinə qanunsuz keçirən şəxslər saxlanılıb
24-06-2022, 16:51- Azərbaycanda 17 nəfər COVID-19-a yoluxub, 1 nəfər ölüb
24-06-2022, 16:23- Xalça Muzeyində qurama nümunələrindən ibarət sərgi açılacaq
24-06-2022, 15:38- Azərbaycanda psixatrop maddə istifadəçiləri artıb - RƏSMİ
24-06-2022, 15:09- Bu bağçalara uşaq qəbulu sərbəstdir - Nazirlik
24-06-2022, 14:42- ANAMA sədri BQXK-nın nümayəndələri ilə görüşüb
24-06-2022, 13:58- Sabah 37 dərəcə isti olacaq
24-06-2022, 13:27- Bu gün planetlər paradı olacaq
24-06-2022, 13:00- “Space” TV-yə ciddi xəbərdarlıq olunub
24-06-2022, 12:33- Hərbi orkestrlərin yürüşləri olacaq - SİYAHI
24-06-2022, 12:05- Azərbaycanda KOB İnkişaf Fondu yaradılır
24-06-2022, 11:46- FHN-in amfibiya təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb
24-06-2022, 11:19- Azərbaycan nümayəndəsi BMT-nin Komitəsinə üzv seçilib
24-06-2022, 10:51- Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
24-06-2022, 10:24- Peşə bayramın mübarək, qalib Azərbaycan əsgəri
24-06-2022, 10:00- Millət vəkili və YAP Qaradağ rayon təşkilatının sədri Lökbatan qəsəbəsində bir qrup vətəndaşı qəbul ediblər
23-06-2022, 16:17- Ukraynada 152 mədəni abidə qismən və ya tamamilə dağıdılıb
23-06-2022, 15:56- Azərbaycan-Gürcüstan təhsil sahəsi üzrə əməkdaşlıq Sazişi təsdiqlənib
23-06-2022, 15:23- Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM
İyunun 23-dən 26-dək Bakıda 4-cü HESTOUREX Dünya Sağlamlıq Turizmi Sərgisi təşkil olunacaq.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasından verilən məlumata görə, dünyanın ən böyük sağlamlıq turizmi sərgisi olan HESTOUREX-nin post-pandemiya dövründə hər il fərqli bir məkanda keçirilməsi nəzərdə tutulur. Bu il dünyanın ən böyük sağlamlıq turizmi toplantısı HESTOUREX öz iştirakçılarını tamamilə yenilənmiş formada Azərbaycanın paytaxtı Bakı şəhərində salamlayacaq. Bu möhtəşəm görüşə 22 Avropa ölkəsi daxil olmaqla, dünyanın 65-dən çox ölkəsindən 1000-dən çox sağlamlıq turizmi təşkilatı qatılacaq. Türkiyənin də məşhur termal və sağlamlıq turizmi mərkəzlərinin iştirakı ilə baş tutacaq sərgidə minlərlə B2B görüşlərin təşkili planlaşdırılır. Sərgi zamanı çoxlu panellər və xüsusi təqdimatlar nümayiş olunacaq. İştirakçılar sərgi məkanında – "Baku Crystal Hall"da xəstəxanalar, klinikalar və turizm agentlikləri ilə işgüzar görüşlər keçirmə şansı əldə edəcək.
Sərgi rəsmi olaraq Azərbaycan Dövlət Turizm Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası tərəfindən dəstəklənir.
Sərgidə ziyarətçi qismində iştirak etmək istəyənlər ətraflı məlumat və qeydiyyat forması üçün aşağıdakı veb-sayta daxil ola bilərlər.