Anons

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Dünən, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünən, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Dünən, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Dünən, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Dünən, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Dünən, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Dünən, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Dünən, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Dünən, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Dünən, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

22-04-2024, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22-04-2024, 22:34- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

22-04-2024, 21:49- İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

22-04-2024, 17:31- Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

22-04-2024, 17:09- Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

Haqqımızda Əlaqə

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Parisdə “Revelations” Beynəlxalq Biennalesində təmsil olunur

Tarix:10-06-2022, 12:51

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Parisdə “Revelations” Beynəlxalq Biennalesində təmsil olunur
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Parisin mərkəzində Eyfel qülləsinin qarşısında məşhur “Grand Palais Ephemere”də 33 ölkədən 500-dən çox iştirakçını bir araya gətirən incəsənət və sənətkarlıq üzrə 5-ci “Revelations” Beynəlxalq Biennalesində ilk dəfə təmsil olunur.

“Grand Palais Ephemere”də keçirilən incəsənət və sənətkarlıq üzrə 5-ci “Revelations” Beynəlxalq Biennalesində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş Azərbaycan stendinin açılışı olub. Azərbaycan stendində Elvin Nəbizadənin fenomenal “Gündüz və gecə” əsəri nümayiş etdirilir.

İncəsənət və sənətkarlıq üzrə 5-ci “Revelations” Beynəlxalq Biennalesinin və Fransa İncəsənət Atelyesi Federasiyasının prezidenti Od Taon (Aude Tahon) layihədə Azərbaycanın iştirakından şad olduqlarını bildirib. O qeyd edib ki, “Revelations” Beynəlxalq Biennalesinin əsas məqsədi bədii yaradıcılıq sahəsində istedadların aşkarlanması və tanıdılmasıdır. Od Taon Fransa İncəsənət Atelyesi Federasiyası tərəfindən təşkil olunan dekorativ incəsənətə dair digər salonlar haqqında məlumat verərək, Azərbaycanı bu salonlarda da görmək arzusunu ifadə edib. “İncəsənət peşələri bu narahat dünyada yaxşı bələdçidir. Tam optimist, davamlı həyat və yaradıcılıq məkanları kimi bu peşələr ümid, təxəyyül və şənlik daşıyıcılarıdır”, - deyə O.Taon geniş bədii miqyasa malik belə yaradıcılıq və sənətkarlıq salonlarının beynəlxalq incəsənət dialoqu məkanı olduğunu bildirib.

“Burada nümayiş etdirilən “Gündüz və gecə “ əsərinin hələ şəklini görəndə heyran olduq, əsərin özünü görmək və onun hansı materialdan hazırlanması ilə çox maraqlandıq. Bu gün bu əsər salonumuzu şərəfləndirir. Əminəm ki, ziyarətçilər bu əsər vasitəsilə Azərbaycanı daha dərindən kəşf edəcəklər”,-deyə Fransa İncəsənət Atelyesi Federasiyasının prezidenti diqqətə çatdırıb.

Heykəltəraş Elvin Nəbizadə belə bir biennaledə iştirak etməkdən şərəf duyduğunu bildirib. “Müasir dünyada mövcud təlatümlər və mürəkkəb hadisələr, eləcə də pandemiya yaradıcı insanlarda sənət ruhunu müəyyən dərəcədə zəiflətmişdir. Təşəbbüsü və dəstəyi ilə yaradıcı ruhumu canlandırdığı, belə möhtəşəm biennaledə iştirak etməyimə imkan yaratdığı üçün Heydər Əliyev Fonduna, onun rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”,- deyə E.Nabizadə qeyd edib.

Əsəri haqqında məlumat verən müəllif “Gündüz və gecə” instalyasiyasının ikili xarakter daşıdığını deyərək, onun interaktiv olduğunu vurğulayıb. Bildirib ki, ziyarətçilər instalyasiyanın ətrafında dolaşaraq, əsərin bir hissəsinə çevrilərək, onu daha dərindən hiss edəcəklər.

“Gündüz və gecə” instalyasiyası müasir dövrdə vacib problemlərdən olan təbiətin və ətraf mühitin çirklənməsi, plastik tullantılar ilə mübarizə məsələsinə diqqəti cəlb edir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...