Anons

24-06-2022, 17:17- Defektoloq-Loqoped Şəbnəm Əsgərova: "Öz işimin fanatıyam"

24-06-2022, 16:55- Əcnəbiləri ölkə ərazisinə qanunsuz keçirən şəxslər saxlanılıb

24-06-2022, 16:51- Azərbaycanda 17 nəfər COVID-19-a yoluxub, 1 nəfər ölüb

24-06-2022, 16:23- Xalça Muzeyində qurama nümunələrindən ibarət sərgi açılacaq

24-06-2022, 15:38- Azərbaycanda psixatrop maddə istifadəçiləri artıb - RƏSMİ

24-06-2022, 15:09- Bu bağçalara uşaq qəbulu sərbəstdir - Nazirlik

24-06-2022, 14:42- ANAMA sədri BQXK-nın nümayəndələri ilə görüşüb

24-06-2022, 13:58- Sabah 37 dərəcə isti olacaq

24-06-2022, 13:27- Bu gün planetlər paradı olacaq

24-06-2022, 13:00- “Space” TV-yə ciddi xəbərdarlıq olunub

24-06-2022, 12:33- Hərbi orkestrlərin yürüşləri olacaq - SİYAHI

24-06-2022, 12:05- Azərbaycanda KOB İnkişaf Fondu yaradılır

24-06-2022, 11:46- FHN-in amfibiya təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb

24-06-2022, 11:19- Azərbaycan nümayəndəsi BMT-nin Komitəsinə üzv seçilib

24-06-2022, 10:51- Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür

24-06-2022, 10:24- Peşə bayramın mübarək, qalib Azərbaycan əsgəri

24-06-2022, 10:00- Millət vəkili və YAP Qaradağ rayon təşkilatının sədri Lökbatan qəsəbəsində bir qrup vətəndaşı qəbul ediblər

23-06-2022, 16:17- Ukraynada 152 mədəni abidə qismən və ya tamamilə dağıdılıb

23-06-2022, 15:56- Azərbaycan-Gürcüstan təhsil sahəsi üzrə əməkdaşlıq Sazişi təsdiqlənib

23-06-2022, 15:23- Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM

Haqqımızda Əlaqə

Bolqarıstanda Azərbaycan mədəniyyəti gecəsi

Tarix:8-06-2022, 15:08

Bolqarıstanda Azərbaycan mədəniyyəti gecəsi
Bolqarıstanın ən qədim şəhərlərindən olan Sozopolda “Soleil” 11-ci Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində Azərbaycan mədəniyyəti gecəsi təşkil edilib.

Tədbirdə Sozopol meriyasının nümayəndəsi, Bolqarıstanın Xarıcı İşlər Nazirliyinin Dövlət Mədəniyyət İnstitutunun direktoru, Bolqarıstan, Makedoniya, Ruminiya, Albaniya və Gürcüstan rəssamları, KİV nümayəndələri, şəhər sakinləri və digər qonaqlar iştirak ediblər.

Festival çərçivəsində Azərbaycan Mərkəzi tərəfindən şəhərin ən gözəl məkanlarından biri olan Etnoqrafiya muzeyində “Odlar yurdu bolqar uşaqlarının gözü ilə” adlı rəsm sərgisi təqdim olunub.

Tədbiri giriş sözü ilə açan festivalın direktoru Aleksandrina İsaylova Azərbaycanın bir neçə il ardıcıl olaraq festivalda aktiv iştirak etdiyini qeyd edərək Azərbaycanı əks etdirən sərginin festivalın qonaqları arasında çox böyük maraq doğurduğunu söyləyib.

Tədbirdə çıxış edən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şıqayeva-Mitreska bu rəsm sərgisinin ötən il Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təşkil edilmiş uşaq rəsm müsabiqəsində iştirak edən rəsmlərin bir hissəsi olduğunu qeyd edib. Xanım Şıqayeva-Mitreska sərgi barədə məlumat verərək bolqar uşaqların Azərbaycanın rəngarəng adət-ənənələrini, mədəniyyətini, Azərbaycanın multikulturalizm ənənələrini rəsmlərdə nümayiş etdirdiyini bildirib.

Mərkəz müdiri Bolqarıstanın Azərbaycanın müstəqilliyini qəbul edən birinci ölkələrdən olduğunu və bu il yüksək səviyyədə inkişaf edən Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərinin 30-illik yubileyinin qeyd edildiyini vurğulayıb. Həmçinin Sofiyada Azərbaycan Dili Mərkəzinin mövcudluğunun ikitərəfli mədəniyyət münasibətlərinə müsbət təsirindən danışaraq bu sərginin ikitərəfli dostluq münasibətləri üçün simvolik olmasını bildirib.

Qeyd edək ki, Bolqarıstanda Beynəlxalq Frankofoniya Festivalı 2011-ci ildən keçirilir və şəhərinin ictimai və mədəni həyatında böyük mədəni hadisəyə çevrilmiş bu qəbildən yeganə olan tədbir müxtəlif ölkələrin mədəniyyətini bolqar xalqı və ölkənin qonaqlarına nümayiş etdirir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...